Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

230.3.5. saya oturmuş gəmini yüngülləşdirmək məqsədi ilə gəmidəki yükün
yanacağın və ya təchizat predmetlərinin gəmidən lixterlərə yüklənməsinə və 
sonradan yenidən gəmiyə yüklənməsinə çəkilən fövqəladə xərclər, habelə bunun 
nəticəsində vurulan digər zərər. 
Maddə 231. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq 
məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər  
231.0. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə 
görülən tədbirlər nəticəsində çəkilən xərclər aşağıdakı hallarda ümumi qəza hesab edilir: 
231.0.1. ümumi təhlükəsizlik naminə görülən əməliyyatın bir hissəsi kimi yerinə 
yetirildikdə, əgər tədbirlər ümumi dəniz müəssisəsindən kənarda yerinə yetirildiyi 
halda tərəflərə xilasetmə üçün mükafat almaq hüququ verərsə; 
231.0.2. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limana 
və ya sığınacaq yerinə daxil olduqda və ya çıxdıqda; 
231.0.3. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi 
limanda və ya sığınacaq yerində ləngidikdə. Gəmidən dənizi çirkləndirən 
maddələrin faktik axması və ya axıdılması ilə əlaqədar vurula biləcək zərərin 
qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən əlavə tədbirlərə çəkilən 
xərclər ümumi qəza hesab edilmir; 
231.0.4. yükün boşaldılması, anbara yığılması və ya yenidən gəmiyə vurulması ilə 
bağlı, əgər göstərilən əməliyyatlara çəkilən xərclər ümumi qəza hesab edilirsə. 
Maddə 232. Yükün, yanacağın və təchizat predmetlərinin zədələnməsi və ya məhv 
olması nəticəsində vurulan zərər  
Əgər göstərilən əməliyyatlar ümumi qəzaya aid edilirsə, yükün, yanacağın və təchizat 
predmetlərinin gəmidə yerinin dəyişdirilməsi, gəmidən boşaldılması, yenidən gəmiyə 
yüklənməsi və yerləşdirilməsi, habelə onların saxlanma nəticəsində zədələnməsi və ya 
məhvi ilə bağlı zərər ümumi qəza hesab edilir. 
Maddə 233. Fraxtın itirilməsi nəticəsində vurulan zərər  
Yükün itirilməsi nəticəsində fraxtın itirilməsi, əgər yükün itirilməsinin əvəzinin 
ödənilməsi ümumi qəzanın bölüşdürülməsi qaydasında həyata keçirilirsə, ümumi qəza 
hesab edilir. Bu halda fraxtdan yük sahibinin fraxtı almaq məqsədi üçün çəkməli olduğu, 
lakin əmlakın qurban verilməsi nəticəsində çəkmədiyi xərclər çıxılır. 
Maddə 234. Əvəz edilən xərclər  
ümumi qəzaya aid ediləcək xərclərin əvəzinə çəkilən hər hansı bir əlavə xərc ümumi qəza 
hesab edilir (əvəz edilən xərclər). Əvəz edilən xərclər, belə xərclər nəticəsində ümumi 
qəzanın hər hansı bir iştirakçısının əldə etdiyi qənaətdən asılı olmayaraq, yalnız qarşısı 
alınmış xərclər həddində ödənilir. 
Maddə 235. ümumi qəza hesab edilməyən zərər (xüsusi qəza)  


235.1. Bu Məcəllənin 223.1-ci maddəsində müəyyən edilmiş əlamətlərin təsiri altına 
düşməyən zərər, habelə bu Məcəllənin 235.2-ci maddəsində göstərilən zərər xüsusi qəza 
hesab edilir. Belə zərər gəmi, yük və fraxt arasında bölüşdürülmür və həmin zərəri 
zərərçəkən və ya onun vurulmasına görə məsuliyyət daşıyan şəxs çəkir. 
235.2. Bu Məcəllənin 223.1-ci maddəsində göstərilən əlamətlər mövcud olduqda da 
aşağıdakılar ümumi qəza hesab edilmir: 
235.2.1. gəmidən ticarət gəmiçiliyi qaydalarının və adətlərinin pozulması ilə 
daşınan və kənara atılan yükün dəyəri; 
235.2.2. yanğının söndürülməsi zamanı tüstünün təsiri və ya qızma nəticəsində 
vurulan zərər; 
235.2.3. dəniz təhlükəsi nəticəsində faktiki itirilmiş və ya qopmuş qırıqların və ya 
gəmi hissələrinin sonradan kəsilməsindən vurulan zərər; 
235.2.4. suda olan gəminin mühərrikinin yaxud digər maşın və qazanlarının işinin 
gücləndirilməsi nəticəsində vurulan zərər
235.2.5. səfər müddətinin artırılması nəticəsində gəmiyə və ya yükə vurulan hər 
hansı bir zərər və ya itki (boşdayanmaya görə zərər, qiymətlərin dəyişməsi və s.). 
Maddə 236. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi 
nəticəsində vurulan zərər  
236.1. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi nəticəsində 
ümumi qəza təşkil edən zərər zədələnmiş və ya itirilmiş hissələrin təmir, düzəldilmə və 
ya dəyişdirilmə qiymətindən asılı olaraq müəyyənləşdirilir. 
236.2. Əgər gəminin təmiri aparılmayıbsa, gəminin zədələnməsi nəticəsində vurulan 
zərər zədələnmədən sonra gəminin qiymətinin azaldığı və smetaya uyğun olaraq gəminin 
təmir qiymətindən çox olmayan məbləğlə müəyyənləşdirilir. 
Maddə 237. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər  
237.1. Yaşı on beş ildən çox olmayan gəmidə təmir zamanı köhnə materiallar və ya 
hissələr təzələri ilə əvəz edildikdə, bu Məcəllənin 236-cı maddəsinə uyğun olaraq ümumi 
qəzaya aid edilən təmir xərci, bu Məcəllənin 237.2-237.4 maddələrində göstərilən hallar 
istisna olmaqla, təmir xərcinin üçdə bir hissəsi qədər azaldılır. 
237.2. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər gəminin bu Məcəllənin 236-cı 
maddəsinə müvafiq olaraq ümumi qəza hesab edilən müvəqqəti təmirinin xərclərinə, 
habelə ərzağın, təchizat predmetlərinin, lövbər və lövbər zəncirlərinin xərclərinə tətbiq 
edilmir. 
237.3. Gəminin təmir olunması ehtiyacından yaranan quru dok, stapel və gəminin 
yerdəyişməsinə çəkilən xərclər tam həcmdə ümumi qəzaya aid edilir. 
237.4. Gəmi gövdəsinin təmizlənməsi, astarlanması və rənglənməsi üçün xərclər, əgər 
gəmi gövdəsinin sonuncu təmizlənməsi, astarlanması və rənglənməsi ümumi qəza 


hadisəsinin baş verməsinə qədər son 12 ay ərzində həyata keçirilibsə, 50 faiz miqdarında 
ümumi qəzaya aid edilir. 
Maddə 238. Gəminin məhv olması nəticəsində vurulan zərər  
Gəmi tamamilə məhv olduqda və ya tamamilə məhv olmasa da, təmirinə sərf ediləcək 
xərclər gəminin təmirdən sonrakı dəyərindən artıq olacaqsa (gəminin tam konstruktiv 
məhvi), ümumi qəza hesab edilən zərər gəminin zədəsiz vəziyyətdə qiymətləndirilmiş 
dəyərindən smetaya müvafiq olaraq və ümumi qəzaya aid edilməyən zədələrin aradan 
qaldırılmasına çəkilən xərclər və gəmidə qalan əmlakın satışından əldə edilən xalis 
məbləğ çıxılmaqla müəyyənləşdirilir. 
Maddə 239. Yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər  
239.1. ümumi qəzaya aid edilən yükün zədələnməsi və ya məhv olması nəticəsində 
vurulan zərər yükün boşaldıldığı anda yükalana təqdim edilən hesab əsasında təyin edilən 
dəyərə müvafiq olaraq, belə hesab olmadıqda isə yükün yüklənildiyi anda olan dəyərinə 
əsasən müəyyənləşdirilir. Yükün boşaldıldığı ana olan dəyərinə sığorta və fraxt (fraxt yük 
sahibinin riskində deyilsə) xərcləri daxildir. 
239.2. Zədələnmiş yükün satıldığı halda əvəzi ödəniləcək zərər, bu Məcəllənin 239.1-ci 
maddəsinə müvafiq olaraq müəyyən edilən yükün zədəsiz vəziyyətdə olan dəyəri ilə onun 
satışından əldə edilən xalis məbləğ arasındakı fərqlə müəyyənləşdirilir. 
239.3. Gəmi sahibinin və ya onun dəniz agentinin xəbəri olmadan və ya qəsdən yanlış ad 
altında gəmiyə yüklənmiş yükün, habelə qəsdən yanlış ad altında daşınmaq üçün təhvil 
verilmiş yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər ümumi qəza 
hesab edilmir. Belə yüklər xilas edildikdə, onların sahibləri ümumi qəza ilə bağlı 
ödəmələrdə ümumi əsasla iştirak etməyə borcludurlar. Daşınma üçün təhvil verilərkən 
dəyərləri həqiqi dəyərlərindən az elan edilmiş yüklərin sahibləri ümumi qəza ilə bağlı 
ödəmələrdə yüklərin həqiqi dəyərinə müvafiq olaraq iştirak edirlər, lakin vurulan zərərin 
əvəzini yalnız yüklərin elan edilmiş dəyərinə müvafiq alırlar. 
Maddə 240. ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin 
üstünə gələn faizlər  
Dispaşa tərtib edildikdən üç ay sonra ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi 
ödənilən xərclərin və digər məbləğlərin üstünə illik 7 faiz əlavə edilir. 
Maddə 241. Əmlakın kontribusiya dəyəri  
241.1. Əmlakın (gəminin, yükün və fraxtın) ümumi dəyəri, hansına ki uyğun olaraq 
ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin örtülməsi üçün 
ödənişlər təyin edilir (əmlakın kontribusiya dəyəri), gəmi səfərini başa çatdırdıqdan sonra 
bu əmlakın həqiqi xalis dəyəri əsasında müəyyənləşdirilir. Bu dəyərə, əgər belə məbləğ 
ona daxil edilməyibsə, qurban verilmiş əmlakın ümumi qəzanın bölüşdürülməsi 
qaydasında əvəzi ödənilən məbləğ əlavə edilir. 
241.2. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən ümumi qəza halında bu əmlaka 
dair çəkilən bütün əlavə xərclər, bu Məcəllənin 271-ci maddəsinə müvafiq olaraq xüsusi 
kompensasiyanın verilməsi haqqında qərara əsasən ümumi qəza hesab edilən və ya 
gəmiyə aid olan xərclər istisna olmaqla, çıxılır. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə