Bu ən`ənələr XX əsrdə də bu və ya digər şəkildə davam etdirilmişdir.
Belə ki, əsrin əvvəllərində tar problemi gündəmə gətirilərkən Üzeyir
Hacıbəyov pərdələrini Avropa not sisteminə uyğun düzülməsi təklifi ilə
tarın yeni inkişaf mərhələsinə qədəm qoymasını tə`min etmişdir.
Əsrin ortalarında muğam ustadımız Əhmədxan Bakıxanov qədim mu -
siqi alətlərimizi qoruyub saxlamaq və onları təkmilləşdirmək, digər tərəf -
dən isə onların müasir milli ansambl və orkestrlərdə möhkəm yer tutma -
ları üçün dəyərli təcrübələr aparmış və bunların məntiqi nəticəsi kimi rəh-
bərlik etdiyi ansamblın səslənmə, tembr xüsusiyyətlərini zənginləş dir miş -
dir.
Bəstəkar-dirijor, pedaqoq-tarzən Anatollu Qulam oğlu Ab basovun xa -
tirələrinə görə, Əhməd müəllim muğam dərslərini evdə keçərmiş, Əhməd
müəllimin evi sanki milli musiqi alətlərinin muzeyi idi. Onun kollek-
siyasında müxtəlif növ tarlar – o cümlədən təcrubi tar, məşq tarı, dərs tarı,
sədəfli tar, İran tarı, adi tar, bas tar, növbənöv sazlar, əsa saz, sədəfli ka -
mança, ney, tütək, balaban, dəf, qoşa nağara və s. alətlər var idi. Təcrübi
tara “sol tar”da deyilirdi. Bu tarın qəribə bir tarixcəsi var: Əhməd müəl-
limin qardaşı Məmmədxan Bakıxanov da gözəl tar ifaçısı idi və həmişə
qardaşının tarını götürüb çalardı. Əhməd müəllim günlərin birində tarı
sökərək tərsinə – yə`ni sağ biləklə deyil, sol biləklə çalınacaq tərzdə yığır.
Simləri, aşıqları – bir sözlə, hər şeyi... Qardaşının isə bundan xəbəri ol -
mur. Bir gün o yenə də tarı çalmaq üçün götürəndə bu qəribəliyi görür və
tarı bu cür ifa edə bilmədiyindən artıq bu tara toxunmur. Əhməd müəllim
bu tarda da adi tardakı kimi böyük ustalıqla ifa edərdi və ifasında heç bir
çətinlik hiss olunmazdı.
Əhməd müəllim muğamlarla yanaşı, xalq musiqimiz, folklorumuzun
dərin bilicisi olaraq milli musiqi sahəsində bəstəkarlıq fəaliyyəti də
göstərmiş, küllü miqdarda dəraməd, rəng, diringi və təsnifləri, xalq mah-
nıları da bəstələmiş və bunlar, ilk növbədə, öz tələbələri və rəhbərlik
etdiyi ansamblın repertuarında geniş yer tutmuşdur.
Maraqlıdır ki, ifaçılıq tarixində alətlər üzərində nə isə bir yenilik, sə -
mərələşdirici və rekonstruktiv təklif çox vaxt bu alətləri düzəldən ustalar
deyil, alətlərlə daha sıx və yaradıcı təmasda olan sənətkarlar – alətin ma -
hir ifaçıları tərəfindən irəli sürülür. Burada daxili bir qanunauyğunluq da
nəzərə çarpır. Alət düzəldən ustalar bu günə kimi mövcüd ən`ənə lər dən,
vərdiş və adət etdikləri qaydalardan sanki ayrıla bilmədiklərindən, digər
tərəfdən, alətin ifaçılığı ilə məşğul olmadıqlarından ifa zamanı meydana
gələn fikirlərlə rastlaşmırlar. Başqa sözlə desək, onlar alətləri bu günə
2011/
IV
118
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com