lidir. Aşıq Nəcəf bu şe'rdə də ustalıq göstərməklə bərabər, bunu cavan,
təcrübəsiz birisinə xitabən dediyini də qeyd edir:
Sən aşıqdan saz çalırsan,
Çəp oxuyub, qalma çəp.
Məndən sənə nəsihət olsun
Çəp danışıb, gülmə çəp.
Həqiqətdən kəlmə söylə
Eşidən əhsən desin,
Dinəndə çəp sual verib
Sualını alma çəp (3,165).
Aşıq Nəcəfin “Danışaq” adlı divanisi də hərbə-zorba xarakteri daşıyır.
Burada daha çox haqqa söykənmək, həqiqətə uyğun hərəkət etmək kimi
müsbət cəhətlər sadalanır. Aşıq Nəcəf yazır:
Möhkəm tutaq doğru yolu
Nə yanılaq, nə azaq;
Sərimiz salamat olar,
Əyridən olsaq uzaq.
Namərdi məzəmmət edək,
Mərdlərə tə`rif yazaq;
Nə xainin adın çəkək,
Nə xəbisdən danışaq (3, 166).
Burada professor Mürsəl Həkimovun bir mülahizəsini xatırlatmaq
yeri nə düşər. O, yazır: “Divani aşıq sənətində istər şe'r növü kimi, istər
havacat oxunuşu cəhətdən dalbadal, rəqibə qibtə baxımından aşıq himni-
dir, aşığın qənimidir” (4, 459).
Məqalənin əvvəlində göstərdiyimiz kimi, Aşıq Nəcəfin eyni adlı
(“Gəl”) iki divanisi mə`lumdur. Bunlardan biri namə`lum bir şəxsə ün -
vanlanmışdır. Aşıq deyir:
Əgər mərdsən, bu meydana
Saz götür, mərdanə gəl.
Həqiqətdən kəlmə kəsək
Danış, xoş zəbana gəl.
2011/
IV
111
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Mə`rifətlə məclis apar,
Görənlər əhsən desin;
Hərcayıyla aşna olma,
Sirr vermə nadana gəl (3, 169).
Bu deyilənlərdən mə'lum olur ki, müəllif əsl aşığı “mərd, həqiqətdən
kəlmə kəsən, mə`rifətlə məclis aparan” və digər insani keyfiyyətlərdə
görmək istəyir. Professor Mürsəl Həkimov yazır: “Divanini ustadlar haqq
qapısı, “aşığın məsləki ” “ədəb-ərkan” adlandırırlar (4, 460).
Aşıq Nəcəfin “Gəl” adlı digər divanisi də maraqlıdır.
Göyçəli Aşıq Nəcəfəm,
Aşkar etdim elimi,
Məhşurdu əslim-nəslim
Aləm bilir halımı,
Bir ləhcədə nitqə gəlib
Açar olsa dilimi
Ünüm yetər Alosmana
Səs sallam cahana gəl (3, 169).
Aşıq Nəcəf göründüyü kimi, ədəb-ərkan gözləyən ustad aşıqdır. Təbii
ki, onun rəvan təbi də, ustalığı da bu şe`rdən bəllidir. Burada ustad Aşıq
Ələsgərin bir şe`rini xatırlamaq yerindədir:
Aşıq olub diyar-diyar gəzənin
Əzəl başda pür kamalı gərəkdi
Oturub-durmaqda ədəbin bilən
Mərifət elmində dolu gərəkdi (4, 71)
Aşıq Nəcəf həqiqətən də “mə`rifət elmində doludur”. Müəllifin “Ola”
adlı divanisi də diqqətçəkəndir.
O yazır:
Aşıqlıqda öz yerim var,
Şairlikdən halıyam,
Təcnis, təxmis cəm etmişəm,
Divanidən doluyam;
2011/
IV
112
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Kamil ustad xidmətçisi;
Şahi-Mərdan quluyam;
Təkəbbürə baş əymərəm,
Əgər ki, sultan ola (3, 172).
Aşığın müasirləri Növrəs İman və Aşıq Talıbın da eyni adlı divaniləri
mə`lumdur. Məsələn, Aşıq Talıbın “Durur”, Növrəs İmanın “Gəl” adlı
divaniləri var.
Aşıq Nəcəfin divani yaradıcılığında məcazlar bolluğu diqqəti xüsusilə
cəlb edir. Bu məcazlar antonim mə`nalı sözlərin qarşılaşdırılması ilə,
yaxın mə`nalı sözlərlə və digər vasitələrlə yaradılmışdır. Məsələn, “Lazım
deyil” divanisində “yaxşı-yaman, xeyir-şər”, “yaxşılıq-pislik”, “dərman-
dərd”, “Danışaq” şe`rində “namərd-mərd”, “xain-xəbis” və s. bu deyilən-
lərin həqiqət olduğunu göstərir.
Böyük aşığın divanilərinin əksəriyyətində Allahın, İmam Əlinin və
digər müqəddəs şəxslərin adları çəkilir, onlar böyük şükranlıqla xatırlanır.
Bu poetik örnəklərdə verilən “Qadiri-sübhan”, “Şahi-Mərdan”, “Şahi Qə -
şə məm”, “Pərvərdigar” kimi sözlər təbii ki, təsadüfən işlənməmişdir.
“Şahi-Qəşəm”, “Şahi-Mərdan” İmam Əlinin, “Qadiri-sübhan”, “Pər vər di -
gar” Allahın adlarıdır. Bu sözlərə (istər Allahın, istərsə də İmam Əlinin
ad la rı) Aşıq Talıbın, Növrəs İmanın, eləcə də Aşıq Ələsgərin şe`rlərində
sıx-sıx rast gəlinir. Bunu izləmək üçün hər bir sənətkarın yaradıcılığından
nümunə verməyi məqsədəuyğun hesab edirik.
Aşıq Ələsgər:
Dar günümdə yetiş dada
Ya Şahi-Mərdan ağa!
Nitq ver meydan içində
Qoyma sərkərdan ağa
Həm Əliyəm, həm Vəliyəm,
Həm zəkisən, həm səxa
Həmi dildə zikrim sənsən
Həmi əzbərdən ağa (6, 168).
Aşıq Talıb:
Dolanıram bu dünyanı
Gəzirəm əfsanə mən
Yüz söylərəm həqiqətdən
2011/
IV
113
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Çatmaram imana mən,
Sidqi-dilqəm sığınmışam
Ol Şahi-Mərdana mən,
Talıbam çıxmaq çətindi,
Düşsəm imtahana mən,
Atı Düldül, qulu Qənbər,
Ol Şiri-yəzdan mənim (7, 141).
Növrəs İman:
Dəli könül, qafil olma,
Sığın giridarə gəl.
Aləmləri xəlq eyləyən,
Bir pərvərdigarə gəl.
Gecə-gündüz zikr eylə,
Həsən, Hüseyn, Abbası
Aldanma dünya malına
Olma üzü qarə, gəl (8, 140).
“Həqiqətdən kəlmə kəsib, həqiqətdən söylərəm” və ya “Ərlərimdi
leyli-nahar ərənlərin sərvəri” deyən Aşıq Nəcəf divanilərindən də gö rün -
dü yü kimi həm ustad aşıqdır, həm də böyük aşıq Ələsgər ocağının nüma -
yən dəsidir.
Bir az öncə qeyd etdik ki, Aşıq Nəcəfin, Növrəs İmanın, Aşıq Talıbın
divaniləri ilə səsləşən şe`rləri, eyni adlı divaniləri mövcuddur. Bu qədər
yaxınlıq və oxşarlıq təbii ki, elə-belə təsadüfi deyildir.
Bunu tam yəqinləşdirmək və aydınlaşdırmaq üçün Aşıq Ələsgər irsinin
və Ələsgər ocağının tədqiqatçısı İslam Ələsgərə istinad üçün üz tutduq,
çünki bu barədə cəfakeş alimin mülahizələri maraqlıdır. İslam Ələsgər
yazır: “Bu nəsildən aşıq şe`rlərinin müxtəlif formalarında yazılanları iyir-
midən artıqdır. Lakin başqa aşıq və el şairləri kimi, nə birincilər (aşıqlar, nə
də ikincilər (şairlər) Ələsgər sənətinin kölgəsindən çıxa bilməmişlər” (9, 4).
Əlbəttə bir məqalə həcmində Aşıq Nəcəfin divanilərini dəyər-
ləndirmək, bu poetik örnəkləri təhlil və tədqiq etmək asan deyil. Sadəcə
burada aşığın yaradıcılığında bu şe`r növünün əhəmiyyətli mövqe tut-
duğunu, eyni zamanda bu divanilərin kamil sənət nümunəsi olduğu qə-
naə tinə gəldim. Zənn edirik ki, Aşıq Nəcəfin divani yaradıcılığı ilə bağlı
araşdırmalar hələ davam etdiriləcəkdir.
2011/
IV
114
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |