Şərurda toy şənliyi payız aylarında keçirilir. Toydan bir müddət öncə qo-
naqlar də`vət edilir. Toydan qabaq qızın anasına “süd pulu” deyilən
məbləğ verilir. Bundan əlavə də “başlıq” verilir. Qız evi bu pula cehiz
hazırlayır. Toyun birinci günü günortaya yaxın oğlan evi aldıqları geyim
və əşyalarları da götürərək çalğıçılarla birlikdə qız evinə “parçabiçdi”yə
gedirlər. Bu qız üçün alınan bir parçanın qız evində biçilib,
sonradan tik-
ilməsidir. Qız evində çalğıçılar “xəl`ət” (yə`ni hədiyyə) və “nəmər” (yə` -
ni pul) istəyir. Buna cox zaman “müştüksındı” deyilir. Toydakı qonaqlar
üçün bir çox ləziz yeməklər hazırlanır. “Bəy”in (yə`ni oğlanın) atasını,
əmi və dayısını “qazanaçdı”ya çağırırlar. Toyun yeməklərini bişirənlərə
nəmər verilir. Nəmər verilməyənə kimi qazanların ağzı açılmır. Yeməklər
düzülür. Qız-gəlinlər, cavan oğlanlar rəqs edir, yallı gedir. Şərur toylarını
yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə
çevrilib. Tədqiqatçıların fikrincə, “yallı rəqs növü 8-10 min il bundan
əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranma tarixi əlifbanın, yazılı
mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. İlkin
yallı oyunları oda, atəşə pərəstiş dövründə formalaşıb. O, od-ocaq ətrafın-
da toplanan mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin başlıca
məşğuliyyət sahəsi olan ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun,
döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii
qüvvələrə and vermək istəyənlər özlərinin bu münasibətlərini mərasim-
lərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yadelli, hiyləgər
düşmən üzərində qabiliyyətli mübarizə, baharın gəlişi və digər həyati
vacib məsələlər də rəqs nümunələrində dolğun əksini tapıb. Bu deyilən-
ləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya
qayaüstü rəsmlərində də duymaq olur. Hər bir yallı həm də birlik ifa -
dəsinin rəmzinə çevrilib. Əcdadlarımız yaxşı anlayıblar ki, süfrələrin zən-
gin olması, ovun uğurlu keçməsi, çətinliklərin həll olunması, düşmənin
yerində oturdulması xeyli dərəcədə birgə əməkdən, birlikdən asılıdır” (4).
Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik
hərəkətləri ilə ətrafdakılara da olduqca xoş tə`sir bağışlayırlar. Böyük
sənət adamları Şərur torpağını həm də yallıların beşiyi adlandırıblar. Bir
vaxtlar burada yallının 100-dən artıq növü olub. Onlar toy mərasim-
lərində, el şənliklərində yaşadılıb. "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-
qazı", "Köçəri", "Urfanı", "Qaladan-qalaya", “Tello” belə yallı nümü nə -
lərindəndir (4). 1937-ci ildə deputat kimi seçiciləri ilə görüş zamanı,
Şərurda olan dahi bəstəkarımız Üzeyir Hacıbəyov Şərur yallıları ilə bağlı
2011/
IV
130
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com