Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə46/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

Bu  gün  «Qobustan»ın  indiki  baş  redaktoru,  gözəl  şairimiz  və  mənim  etibarlı 

dostum  Fikrət  Qocanın  təklifiylə  «Qobustan»ın  bu  özəl  yubiley  nömrəsinə  Son  söz 

yazarkən  o  vaxtkı  dövr  üçün  -  bütün  çətinlikləri,  sıxıntıları,  haqsızlıqları,  dözülməz  

mənəvi təzyiqlərinə baxmayaraq - qəribsəyirəm, gəncliyimin «Qobustan» günləri üçün 

nostalji  hissləri  duyuram.  Bu  da  təbiidir,  çünki  gənclik  hansı  şəraitdə  və  mühitdə 

keçməsindən  asılı  olmayaraq  ömrün  ən  işıqlı,  ən  ümidli  çağıdır  -  axı  hər  şey  hələ 

irəlidədir.  Qəlbinə,  zehninə    hakim  olan  duyğu-fikir  də  Gələcəyə  ümiddir  -  Azad, 

Ədalətli,  Firavan,  hürr  düşüncəli,  sərbəst  davranışlı  Gələcəyə  ümid.  İndi  -  XX  əsrin 

qurtara-qurtarında,  bizim  nəsil  üçün  hər  şey  irəlidə  yox,  geridədir.  Odur  ki,  tez-tez 

keçmişə  boylanır,  yaşanılmış  ömrün  mənasını  da,  mayasını  da,  tarixdə  yerimizi  də 

keçmişdə axtarırıq. 

1964-cü  ildə  Moskvada  Ali  ssenari  kurslarını  bitirdikdən  sonra  üç  il  Bakıda, 

radioda əvvəl Uşaq şöbəsinin, sonra İncəsənət şöbəsinin müdiri kimi çalışdım. 67-ci ildə 

ilk  ssenarim  üzrə  lentə  alınan  «Torpaq,  Dəniz,  Od,  Səma»  filminin  çəkilişində  iştirak 

etdiyimçün  Radiodan  çıxdım,  film  bitdikdən  sonra  isə  bir  il  işləmədim.  1968-ci  ilin 

yayında  Buzovna  bağında  götür-qoy  edirdim  ki,  payızda  hara  işə  düzəlməyə  təşəbbüs 

göstərim. Belə günlərin birində şəhərdən bağa qayıdan Ənvər Məmmədxanlı mənə dedi 

ki,  Cəfər  səni  ministr  eləmək  istəyir.  Atamın  və  Ənvərin  yaxın  dostu,  universitetdə 

mənim  müəllimim  və  diplom  işimin  rəhbəri  olmuş  Cəfər  Cəfərov  o  vaxt  Mərkəzi 

Komitənin  ideoloji  katibi  vəzifəsinə  təzəcə  seçilmişdi.  Bu  sözləri  də  Ənvərlə  görüşü 

zamanı deyib və məni yanına dəvət edib.  

Səhərisi Bakıya gəldim, Cəfər müəllimə telefon etdim, görüşdük və məlum oldu 

ki,  məni  nazir  yox,  Kinematoqrafiya  Komitəsi  sədrinin  müavini  təyin  etmək  istəyir. 

Tamamilə səmimi etiraf edirəm ki, bu təklifə çox da sevinmədim. Mənimçün ən kiçik 

işdə belə sərbəst işləmək, hər hansı böyük vəzifəli müavin olmaqdan üstündür. Nə yaxşı 

ki, Cəfər müəllimin bu fikri nə ondan, nə də məndən asılı olmayan səbəblərə görə baş 

tutmadı.  

Ancaq  elə  həmin  görüşdə  Cəfər  Cəfərov  mənə  başqa  bir  niyyətini  də  söylədi. 

Dedi  ki,  vaxtilə  Mehdi  Məmmədovun  redaktorluğu  ilə  «Azərbaycan  incəsənəti»  adlı 

almanax çıxıb. Cəmisi üç nömrəsi çıxıb, sonra qapanıb. Həmin almanaxı bərpa eləmək 




istəyir və Mehdi müəllimin teatrda çox məşğul olduğunu nəzərə alaraq baş redaktorluğu 

mənə təklif edir. Bu təklifi böyük həvəslə və sevinclə qəbul etdim və 19 il - 1968-ci ilin 

sentyabrından 1987-ci ilin iyununa qədər - incəsənət almanaxının baş redaktoru işlədim. 

Dəqiqləşdirirəm:  incəsənət  almanaxının  yox,  incəsənət  toplusunun.  Həm  də  bu  toplu 

Mərkəzi  Komitə  bürosunun  qərarında  «Azərbaycan  incəsənəti»  nəşrinin  bərpası  kimi 

qeydə alınmışdısa da, mən onu «Qobustan» adlandırmağı təklif etdim. Cəfər müəllimə 

fikrimi izah etdim: «Azərbaycan incəsənəti» çox yıpranmış, rəsmi, protokol xarakterli 

addır, jurnal adı kimi cəlbedici deyil. Tarixi Qobustan sənətin bir sıra növlərini - təsviri 

sənət  (qaya  rəsmləri),  musiqi  (qaval-daş),  rəqs  (Yallını xatırladan  şəkillər)  əks  etdirən 

yerdir. Müxtəlif sənət sahələrini işıqlandıracaq bir toplunun «Qobustan» adlanması həm 

bu  baxımdan,  həm  Qobustanın  özünün  daha  geniş  tanıdılması  baxımından,  həm  də 

orijinal jurnal adı kimi daha münasibdir. Cəfər müəllim də o vaxt Mərkəzi Komitənin 

şöbə müdiri işləyən Teymur Əliyev də bu mülahizələri qəbul etdilər və partiya qayda-

qanunlarında  görünməmiş  bir  iş  baş  verdi:  Büronun  əvvəlki  qərarı  dəyişdirildi, 

«Azərbaycan  incəsənəti»  almanaxı  əvəzinə  «Qobustan»ın  nəşri  haqqında  sənəd  qəbul 

olundu. Almanaxın toplu adlandırılmasını isə özümüz - qərarsız-filansız etdik.  

Dərhal bu ada etirazlar meydana çıxdı. Elə Mərkəzi Komitənin məsul işçilərindən 

biri: «Qobustan» niyə?  - deyə təəccübləndi  - Qobustan deyəndə dəvələr yada düşür. - 

Dəvələr niyə? - deyə indi də mən təəccübləndim. Demə məsul yoldaşın  

Qobustan  qaya  rəsmlərindən  xəbəri  yoxmuş.  Haradasa  Qobustan  ərazisində 

dəvəçilik sovxozu olduğunu bilirmiş.  

Beləliklə,  «Qobustan»la  bağlı  mübahisələr  hələ  toplu  çıxmamışdan,  elə  onun 

adından  başlamışdı.  Görkəmli  sənətkarımız,  xalçaçılıq  sahəsində  mötəbər  mütəxəssis, 

sonralar  «Qobustan»-ın  redaksiya  üzvü  və  fəal  müəlliflərindən  biri  mərhum  Lətif 

Kərimov da bu ada etiraz edir, «o yerin adı Qobustan yox, Qəbristandır» - deyirdi. - Hər 

halda oranı hamı Qobustan kimi tanıyır - dedim. Toplunun adını da «Qobustan» qoyaq, 

amma  elə  ilk  nömrədə,  Lətif  müəllim,  Sizin  «Qobustan,  yaxud  Qəbiristan»  haqqında 

mülahizələrinizi  də  dərc  edək.  Razılaşdı.  Birinci  nömrəyə  çatdırmadı,  amma  sonrakı 

saylardan  birində  Lətif  müəllimin  «Qobustan,  yaxud  Qəbiristan»  adlı  məqaləsini  çap 

etdik.  Beləliklə  «Qobustan»ın  elə  ilk  nömrələrindən  əsas  prinsiplərinin  birini  də 




nümayiş  etdirdik  -  sərbəst  fikir  söyləmək  üçün,  hətta  redaksiyanın  mövqeyinə  uyğun 

olmayan, zidd olan mülahizələr irəli sürmək üçün toplu öz səhifələrində yer ayıracaq.  

Dediyim kimi başı bəlalı «Qobustan»la bağlı söz-söhbətlər toplunun hələ ilk sayı 

işıq  üzü  görməmişdən  başlamışdı.  «Qobustan»  adından  başqa  «toplu»  sözü  də 

mübahisələr  doğururdu.  Əcnəbi  «almanax»  yaxud  «Məcmuə»  kəlmələri  heç  kəsi 

narahat etmirdisə, «toplu»nu türk dilindən (?!) alınma söz kimi qəbul edirdilər və bunun 

yaman nigarançılığını çəkirdilər. Türk sözü! Bu irad, xüsusilə Azərbaycanda o dövrün 

və  o  sistemin  anlayışlarına  görə  ən  ağır  siyasi  ittihama  bərabərdi.  Azərbaycan 

lüğətlərinə  istinadən  «toplu»  sözünün  Azərbaycan  (guya  ki.  Azərbaycan  türk  deyil!) 

kəlməsi olduğu barədə izahat verməli olurduq.  

İş  ondaydı  ki,  Azərbaycan  dili  lüğətlərinə  daxil  olan,  amma  çox  istifadə 

edilməyən, az qala unudulmuş sözləri məhz «Qobustan» səhifələrində görəndə bunları 

«türk  dilinin»  (oxu:Türkiyə  türkcəsinin)  təsiri  kimi  qələmə  verirdilər.  Məsələn 

müvəffəqiyyət əvəzinə daha çox uğur, nümunə əvəzinə örnək, müqəddimə əvəzinə ön 

söz,  əsr  əvəzinə  yüz  il,  əlaqədar  əvəzinə  bağlı  yozum  işlədəndə  bunu  «pantürkizm» 

əlamətləri  kimi  qiymətləndirirdilər.  «Qobustan»  haqqında  şeytançılıq  edən  «qeyrətli 

donosbazlarımızın»  xəbərdarlıqları  əsasında  Mərkəzi  Komitənin  ikinci  katibi  Kozlov 

Cəfər Cəfərovdan soruşurdu: Doğrudurmu ki, «Qobustan» türk dilində çıxır? (Bu günün 

gənc oxucularına bir daha izah edirəm ki, o dövrdə «türkcə» anlayışı yalnız «Türkiyə 

türkcəsinə» şamil edilirdi və Azərbaycanda «türkcə» jurnal çıxarmaq azı Türkiyəyə və 

dünya imperializminə xidmət kimi ciddi siyasi suç sayılırdı.) 

Yenə  də  izahat  verməli  olurduq  ki,  məsələn  «təfsir  etmək»  əvəzinə  «yozmaq» 

kəlməsini  (rejissor  yozması,  rejissor  yozumu)  işlətməyin  Türkiyə  türkcəsinə, 

pantürkizmə  və  dünya  imperializminə  heç  bir  dəxli  yoxdur.  İzah  etməli  olurduq  ki, 

«Qobustan» incəsənətə aid nəşrdir, incəsənətin bəzi növləri (məsələn kino, balet, dəzgah 

rəsmi)  sənətimizə  yeni  gəlib,  odur  ki  min  illik  xalçaçılıq,  muğam,  şeir  sahələrinə  aid 

yüzlərcə  istilahımız  olduğu  halda  simfonik  musiqi,  yağlı  boya,  heykəltəraşlığa  aid 

terminlərimiz  yox  dərəcəsindədir.  Onları  yaratmalıyıq.  Tutalım  yağlı  boya  sənətində 

«mazok» mənasında  «yaxmaq» felindən «yaxı» sözünü işlədə bilərik. Heykəltəraşlıqda 

taxta  heykəli  yonmaq,  kipsi  isə  yapmaq  olar.  Və  bu  «yapmaq»  kəlməsindən  Türkiyə 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə