Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə43/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

Belə  hesab  edirəm  ki,  XX  əsr  miladi  təqvimə  görə  1901-ci  ilin  1  yanvarında 

deyil,1905-ci ildə Rusiyadakı,Uzaq və Yaxın Şərqdəki inqilabi hadisələrdən başlandı və 

1991-ci  ilin  dekabrında  Belovec  meşəsində  SSRİ-nin  dağılması,    bütün  dünyaya 

meydan oxuyan sosialist düşərgəsinin tarixə qovuşması ilə sona yetdi. Məndə belə bir 

təəssürat yaranıb ki,XX əsr sona çatsa da,XX1 əsr  

hələ başlanmayıb. Yüzilliyin simasını formal tarixlər deyil, epoxial, cahanşümul 

hadisələr müəyyən edir. 

XX əsrin simasını inqilablar,çevrilişlər və müharibələr müəyyən etdi.Əlbəttə,daha 

öncəki  əsrlərdə  də  qanlı  savaşlar,nəhəng  inqilablar  az  olmayıb,lakin  yola  saldığımız 

əsrin  kataklizmləri  qədər  bütün    bəşəriyyətin  taleyinə  total  təsir  edən  yüzillik 

olmayıb.Fikrimcə,XX  əsrdə  iki  deyil,üç  dünya  müharibəsi  baş  verib.  1914-1918-ci  və 

1939-1945-ci  illərdə  baş  vermiş  Birinci  və  İkinci  cahan  müharibələri  misilsiz  insan 

itkiləri, maddi dağıntılar,bir neçə nəslin puç olmuş ümidləri ilə nəticələndi. 

Hal-hazırda  isə  artıq  yarım  əsrdən  uzun  sürən  bir  müddət  ərzində 

Koreya,Vyetnam,Laos,Kambodcadan  tutmuş  Kəşmir,  Əfqanıstan,Yaxın  Şərqdən 

keçərək  Afrika  və  Mərkəzi  Amerika,son  illərdə  Qafqaz  və  Balkanlarda  qanlı  Üçüncü 

dünya müharibəsi gedir.  Fikrimcə ,bu da əvvəlki iki müharibə kimi tam haqda dünya 

müharibəsi  adlandırıla  bilər.Yüz  minlərlə  insanın  həlak  olduğu,xalqların    tarix  boyu 

formalaşmış  dəyərlərinin,  qarşılıqlı  münasibətlərinin  məhv  edildiyi,fiziki  və  mənəvi 

cəhətdən şikəst edilmiş nəsillərin arzu və istəklərinin yanlış siyasi prioritetlərə, düzgün  

dərk  edilməmiş  milli  və  dövlət  mənafelərinə  qurban  verilən  qanlı  qarşıdurmaları  bəzi 

siyasətçilər  qeyri-sabitlik  kimi  qiymətləndirirlər.  Bu  isə  real  vəziyyətə  həddən  artıq 

yumşaq ad verməkdir. 

Həqiqi  və  uydurulmuş  milli  mənafelər  -budur  elan  edilməmiş  Üçüncü  Dünya  

müharibəsinin səbəbləri və motivləri. 

Əgər XX əsrin iki dünya müharibəsində ölkələr və ya ölkə qrupları öz aralarında 

savaşırdırlarsa,Üçüncü  dünya  davasında  ölkələrin  daxilindəki  etnoslar  bir-birinə  qarşı 

durur.Bu,ilk baxışda göründüyü kimi vətəndaş müharibəsi deyil,hər biri lokal xarakter 

daşıyan,müəyyən bir ölkənin sərhədləri ilə hüdudlanan,lakin bütövlükdə dünya miqyaslı 

bir yanğının məşum mənzərəsini təşkil edən sırf etnik toqquşmalardır. 




Hər  biri  ayrıca,mustəqil    fəlakət  olsa    da,müəyyən  bir  dövlətin  sərhədləri 

daxilində baş verən bu faciəli hadisələrin səbəbləri çox vaxt eyni olur. Əlbəttə ki,hər bir 

ölkənin və hər bir konfliktin spesifik xüsusiyyətlərini və şəraitini nəzərə almaqla. 

Bir çox hallarda əsl hərbə çevrilən bu qanlı toqquşmaların konseptual əsası ondan 

ibarətdir ki,beynəlxalq qanunun iki əsas prinsipi -- bir tərəfdən ölkənin ərazi bütövlüyü 

və sərhədlərinin toxunulmazlığı,digər tərəfdən bu ölkələrdə yaşayan milli azlıqların öz 

müqəddəratını  təyin  etmək    prinsiplərini  -  bir-birilə  uyğunlaşdırmaq  çətindir.  Bu  iki 

prinsip,şübzəsiz,  istər  münaqişə  baş  verən  bölgələrdə,istərsə  də    ümumən  dünyada 

sabitliyin bərqərar olması üçün çox vacibdir. Hər hansı  sərhəddə yenidən baxılması və 

ya dəyişdirilməsi  bir örnək kimi təkcə həmin ölkə üçün deyil,başqa dövlətlər üçün də 

böyük  təhlükə  mənbəyidir.Belə  təşəbbüslərin  zəncirvari  reaksiyası  bütün  dünyanı 

partlada bilər. 

Digər tərəfdən hər hansı böyük və ya kiçik xalqın öz mədəniy-yətini,dilini,iqtisadi 

sistemini,mentalitetini qoruyub saxlamağa çalışması düzgün anlanılmalıdır. 

Bu,  həddən  artıq  mürəkkəb  və  ağrılı  problemin  mədəni,  lakin,  təəsüf  ki, 

reallıqdan hələ çox uzaq həlli hər iki prinsipmin uyğunlaşdırılmasındadır. Ölkənin ərazi 

bütövlüyü qeydsiz-şərtsiz toxunulmaz qalmalıdır. Lakin bu vahid ölkədə milli azlıqların 

tam  mənasında  mənəvi  və  maddi  mövcudluğu,  geniş  özünüidarəetmə  şəraitində  öz 

iqtisadiyyatinı,mədəniyyətini  və  dilini  inkişaf  etdirməsi  üçün  imkanlar  yaradılmalıdır. 

İnkişaf  etmiş  Avropa  ölkələrinin,  məsələn,  elə  tutalım  İsveçrənin  artıq  çoxdan  nail 

olduqları bir ideal. Amma o da var ki, firavanlıq içində yaşayan Avropada da - Olster və 

ya Basklar ölkəsində vaxtaşırı partlayış səsləri dünyanı sarsıdır. 

Milli azlıqların kompakt yaşadıqları ölkələrdə ən geniş hüquqlara malik olmaq və 

ən yüksək statuslu muxtariyyət qanunauyğun sayılır. Dağlıq Qarabağ üçün məhz bunu 

təklif edən Azərbaycan hər dəfə rədd cavabı alır. Bu rədd cavabı artıq baş tutmuş faktın 

«məntiqinə» və kənar qüvvələrin açıq ya gizli dəstəyinə arxalanır. Buraya onu da əlavə 

edək  ki,  bütövlüklə  qovulduqlarına  qədər  Ermənistan  ərazisində  yaşayan  200  min 

azərbaycanlı hər hansı  muxtariyyət formasını dilə belə gətirə bilmirdi.. 

O  zamanki  sovet  rəhbərliyinin  cinayətkarcasına  laqeyd  yanaşdığı  Qarabağ 

münaqişəsinin davamı kimi,sonralar Çeçenistan hadisələri başlandı. 




Həm  Rusiyanın,həm  də  Qərbin  müəyyən  dairələrinin  üstünlük  verdiyi    ikili 

standartlar  siyasəti  problemi  daha  da  dərinləşdirdi  və  istər  Azərbaycanın,  istərsə  də 

Ermənistanın  ictimai  şüurunda  daha  bir  əlavə  yeni  problem  yaratdı.  Azərbaycan  və 

yəqin ki, Ermənistan cəmiyyətində heç nəyə baxmayaraq Rusiyaya xeyirxah münasibət 

bəsləyən,onun  tarixinə  hörmətlə  yanaşan,  mədəniyyətinə  heyranlığını  gizlətməyən 

adamlarla  Şimal  qonşusunun  mövqeyini  ikili  standartlar  siyasəti  kimi 

qiymətlənldirənlər,bu  dövlətdən  mümkün  qədər  uzaqlaşmağı  təklif  edənlər  arasında 

qarşıdurma meydana çıxmaqdadır. 

Əlimdə  kifayət  qədər  dəlil  və  sübutların  olmasına  baxmayaraq,burada  Qarabağ 

münaqişəsinin  qaynaq  və  səbəblərinə  dair  baxışlarımı  daha  artıq  şərh  etmək 

istəmədim.Amma bu gün Azərbaycanın və düşünürəm ki,həm də Ermnistanın ən kəskin 

və  qanlı  reallığı  olan  problemə  toxunmaya  da  bilmərəm.  Bir  anlığa  təsəvvürümə 

gətirirəm ki, bu münaqişə, eləcə də Abxaziya, Osetiya və Çeçenistandakı münaqişələr 

olmayaydı,qoca Qafqazımız necə bəxtəvər bir diyara, turizm, qonaqpərvərlik, firavanlıq 

cənnətinə  çevrilərdi.  Buruda  yaşayan  bütün  böyük  və  kiçik  xalqların  səmimi 

mehribanlıq şəraitində, qonşu, yaxın ölkələrlə xeyirxah dostluq münasibətləri mühitində 

çiçəklənən  Qafqaz….Əvvəl-axır  belə  bir  zaman  gəlib  çıxacaq.  Arzum  budur  ki,  bu 

xoşbəxt gələcək çox da gecikməsin. Mənim sinnimdə olanlar - yaşı altmışı keçənlər öz 

gözləri  ilə  bu  xoş  gələcəyi  görüb  ixtiyarlıq  çağlarımızı  belə  bir  dünyada  yaşamaq 

istəymi daha yaxşı başa düşər.   

Mənim  gələcək  barədə  ümmidlərim  hər  halda  tarixi  gerçəkliklərə    əsaslanır. 

Böyük olsun ya kiçik  -- heç bir müharidə qalib olmur.Əvvəla ona görə ki,qələbə olay 

deyil,  sürəcdir,yəni  hadisə  deyil  prosesdir.1945-ci  ilin  mayında  Sovet  İttifaqı  faşist 

Almaniyasına,  sentyabrında  Yaponiyaya  qalib  gəldi.Bü  zəfər  -  hadisə  idi,proses,sürəc 

isə ondan ibarətdir ki, otuz-qürx il sonra Almaniya və Yaponiya dünyanın ən  inkişaf 

etmiş  ,əhalisi  rifah  içinlə  yaşayan  qabaqcıl  ölkələridir,Sovet  İttifqının  varisi  olan 

müstəqil  dövlətlər,o  cümlədən  ilk  növbədə  Rusiyanın  özü  isə  ağır  iqtisadi  dürümda 

çabalayır  və  Almaniyadan,Yaponiyadan  yardım  istəyir..Zəfəri  kim  çaldı  -  Sovet 

İttifaqımı, Almaniyamı, Yaponiyamı?  



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə