Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

Krımda nəşr etdiyi «Tərcüman» qəzetini bütün türk dünyası  oxuyurdu və naşirin «İşdə, 

fikirdə,  dildə  birlik»  çağrışı  mümkünsüz  xülya  kimi  səslənmirdi.  Mirzə  Cəlil  «Molla 

Nəsrəddin»  jurnalında  «Ey  mənim  müsəlman  qardaşlarım»  deyə  xitab  edəndə  onun 

səsini  bütün    türk  aləminin  oxumuşları,özü  demişkən  «işıqlıları»  eşidirdi.  Əlibəy 

Hüseynzadə  «Fyüzat»ı  demək  olar  ki,tamamilə  osmanlı  tükcəsində  nəşr  edirdi,amma 

onun dilini anlamaq Azərbaycan ziyalıları üçün problem deyildi. 

Paradoks  ondan  ibarətdir  ki,özgə  bir  millətin  -  ərəblərin  yaratdıqları  əlifba  türk 

xalqlarını bir-birinə yaxınlaşdırırdı,çünki tutalım Azərbaycan türkünün ərəb əlifbasında 

«mən»  deyə  oxuduğunu,başqa  türk  xalqlarının  nümayəndələri  «min»  yaxud  «minq» 

kimi  oxuya  bilərdilər.Ərəb  əlifbası  tələffüz,  qrammer  formaları,  lüğət  tərkibiylə  

müəyyən dərəcədə fərqlənən türk dillərini vahid əfliba müstəvisində birləşdirirdi. Latına 

keçmək bu prosesin qarşısını aldı,kirilə keçmək isə düşünülmüş və ardıcıl şəkildə bu işi 

kökündən  dağıtdı,  yəni  hətta  bir  əlifba  zəminində  belə  müxtəlif  türk  xalqlarının 

fərqlərini  aradan  götürmək  deyil,daha  da  qabartmaq,şişirtmək  işinə  yönəldildi.Azəri 

türkü Nəvaini əvəllərdə olduğu kimi orijinalda yox,tərcümədə oxumağa, özbək Füzulini 

özbəkcəyə  çevirməyə  məcbür  oldu.  Halbuki  hətta  Firudin  bəy  Köçərli  məşhur 

ikicildliyində  Nəvaidən  Azərbaycan  şairləri  sırasında  bəhs  edir,onun  çağataycasını 

türkcənin  bir  ləhcəsi  kimi  qavrayır  (məlumdur  ki,cağatay  ləhcəsində  yazan  xalis 

Azərbaycan  şairləri  də  olub).Özbək  şairəsi  Zülfiyyə  xanım  anama  danışarmış 

ki,əri,məşhur  şair  Həmid  Əlimcan  vəfat  edəndən  sonra  yeganə  təsəllisini  Füzulinin 

Təbrizdə ərəb əlifbasıyla basılmış kitabından alırmış. Qazax şairi Abay  Füzulini, tatar 

şairi Qabdulla Tukay Sabiri orijinalda, Azəri türkcəsində oxuyurlarmış.Latın əlifbasına 

keçməklə  bütün  bunlara  son  qoyuldu,  kiril  əlifbası  isə  yalnız  bu  işin  davamı  və  yeni, 

daha  amansız  mərhələsi  idi.Latın  əlifbasının  qəbuluyla  Türk  dünyası  yazıb-oxumaq 

cəhətdən artıq pərən-pərən düşmüşdü. İndi SSRİ-də yaşayan türk xalqlarını, ilk növbədə 

Azəri  və Türkiyə türklərini aralamaq, bir-birindən yadırğatmaq lazımdı ki,bu işi də kiril 

əlifbası gördü.     

Şükür  ki,tarixin  öz  xətt  -hərəkəti  var  və  bu  xətt-hərəkət  diktatorların  iradəsinə 

tabe  deyil.Zamanın  gərdişi  elə  gətirdi  ki,biz  yenidən  latın  qrafikasına  keçdik,mən  də 



bunun  qəti  tərəfdarlarındanam  və  ümid  edirəm  ki,bu  başı  bəlalı  yazımızın  nəhayət 

ki,son dayanacağıdır. 

Yuxarıda söylədiyim mülahizələri kimsə yenidən ərəb əlifbasına qayıtmaq niyyəti 

kimi  absurd  bir  arzu  sayacaqsa,  çox  böyük  səhv  edəcək.Qatar  artıq  çoxdan  gedib, 

yenidən  ərəb  əlifbasına  dönmək  lazım  da  deyil,mümkün  də.  Söhbət  yalnız  iyirminci 

illərdə  edilmiş  və  zənnimcə  yanlış  hərəkətin  tarixi  prespektiv  baxımıdan  dəqiq  

dəyərləndirilməsindən  gedir.Tarixdə  elə  səhvlər  var  ki,  onları  düzəltmək  qeyri- 

mümkündür, odur ki,istər-istəməz onlarla barışmalı olursan. 

Təqribən  iyirmi  il  bundan  qabaq  görkəmli  dilçi-alim  rəhmətlik  Aydın 

Məmmədovla  «Ulduz»  jurnalı  səhifələrində  dərc  olunmuş  söhbətimizdə    mən  bu 

məsələyə elə yuxarılarda dediyim mövqelərdən  toxunmuşdum. 

Yenidən  Birinci  Türkoloji  qurultaya  qayıdaraq  sonda  onu  demək  istərdim  ki,bu 

tarixi  hadisənin  80  illik  yubileyini  həm  mədəniyyət,  elm,  ədəbiyyat,  mənəviyyat 

tariximizin şərəfli bir səhifəsi kimi,həm də neçə-neçə mümtaz insanın,görkəmli alimin 

müsibəti  kimi,nəticə  etibarilə  ümumən  bütün  türk  xalqarının  böyük  faciəsi  kimi  qeyd 

etməliyik.Yalnız  onu  demək  kifayətdir  ki,  qurultayda  nümayəndəlri  iştirak  edən 

qaraçaylılar,  balkarlar,  Krım  tatarları  Stalin  dövründə  bütöv  xalq  olaraq 

vətənlərindən,dədə-baba  yurdlarından  sürgün  edildilər,didərgin  düşdülər.Konkret 

şəxsiyyətlərə gələndə isə qurultay iştirakçılarının böyük əksəriyyəti(vaxtında öz əcəliylə 

ölüb  canlarını  qurtaranlardan  başqa)  repressiya  qurbanı  oldu.Elə  Azərbaycan 

nümayəndələrini  xatırlayaq:stenoqarmda  17  Azərbaycan  nümayəndəsinin  adı  var. 

Vaxtında  (!  -  A)  dünyasını  dəyişmiş    Səmədağa  Ağamalıoğlundan  başqa  Azərbaycan 

nümayən-dələrinin  hamısı(!  A.)  təkrar  edirəm,  istisnasız    HAMISI  37-ci  ilin  Stalin 

repressiyalarının qurbanı olublar. Güllələnən güllələnib,sürgün edilən sürgün edilib,hər 

halda  heç  biri  qayıtmayıb.  Stenoqramdan  adları  bura  köçürürəm:  Ağazadə  Fərhad, 

Axundov  Ruhulla,  Qubaydulun  Qaziz  (Bakıda  işləyən  tatar  alimi),  Cəbiyev  Həbib, 

Zeynallı Hənəfi, Zifelt Simumyagi (Bakıda işləylən eston ədəbiyyatçı), Qasımov Pənah, 

Quliyev  Mustafa,  Məmmədzadə  Cabbar,  Məmmədzadə  Cəmil,  Musabəyov  Qəzənfər, 

Pepinov  Əhməd  Cövdət,  Sultanova  Ayna,  Sultanov  Həmid,  Xocayev  Xalid  Səyid, 

Çobanzadə Bəkir, Əfəndyev Sultan Məcid. Allah hamısına rəhmət eləsin. 




Stalin  39-cu  ildə  əvvəlcə  azəbaycanlıların,sonra  da  SSRİ  nin  bütün  başqa 

müsəlman xalqlarının latın əlifbasından rus əlifbasına keçməsini qərara alanda hər hansı 

müzakirədən,mübahisədən, diskussiyadan çəkinməyə bilərdi. 

Müzakilər  1926-cı  ildə  Bakıda  «İsmailiyyə»  binasında  başlamış  1937-ci  ildə 

NKVD zirzəmilərində tamamlanmışdı. «İslahatçıların» da, «latınçıların» da aqibəti eyni 

olmuşdu. 



Fevral-mart, 2006 

 

 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə