Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə38/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   189

şəkildə və gözəl əks etdirir.Ərəb dilinin təlabatını bu gün,çağdaş şəraitdə belə gərəkincə 

ödəyir. 


Bu  əlifbanın  ərəb  dünyası  üçün  böyük  xidməti  ondan  ibarətdir  ki,müxtəlif  ərəb 

ölkələrinin-şifahi  danışıqları  bir-birindən  çox  fərqlənən  ləhcələrini  vahid  yazı 

məkanında-müqəddəs Quran  ədəbi dili fəzasında birləşdirir. 

Türk dillərinə tətbiq edilərkən ərəb əlifbasınıün bir çox uyğunsuzluqları meydana 

çıxır  və  Füzulinin  XU1  əsrdə  «gözü»  «kor»  edən  bədtəhrirdən  etdiyi  giley    də,X1X 

əsrdə  Mirzə  Fətəlinin  «pəncşənbə»  kəlməsinin  nöqtələrini  qoymaq  barədə  kinayəli 

zarafatı da bu əlifbanın dilimiz  üçün müəyyən yarıtmazlığına işarə idi. (Görəsən Mirzə 

Fətəli  bu  günkü  Azərbaycan  əlifbasında,məsələn  «ölümcül»  sözündə  altı  nöqtə 

qoyulmasına nə deyərdi) Mirzə Fətəli bu narazılığını əməli işdə tətbiq etməyə çalışırdı, 

çünki  yazı  çətinliklərindən  başqa  bir  sıra  Şərq  maarifçilərinin(Azərbaycanda 

M.F..Axundzadə, İranda Mirzə Mekum  xan,Tatarstanda Saqid Rameyev) fikrincə ərəb 

əlifbası  həm  də  müsəlman  millətlərinin  tərəqqisi  yolunda  ciddi  əngəl  imiş. 

Diqqətdəyərdir  ki,bu  mövqedə  Azərbaycanın,  Türkiyənin,başqa  türk  xalqlarının  əksər 

ziyalıları  yekdildirlər  -  millətçilər  də,  Avropameylli  maarifçilər  də,  XX  əsrdə 

musavatçılar  da,  hümmətçilər  də,pantürksitlər  də,kommunistlər  də  «ərəbi  atıb  latına 

keçməliyik»  -deyirdilər. Türkiyəyə  mühacirət etmiş ardıcıl türkçü Əhməd Ağaoğlu bu 

fikri  Mustafa  Kamal  paşaya  təlqin  edir,  kommunist  Ağamalığolu  bunu  Leninə  izah 

etmək  istəyir.  Lenin  bunu  Şərqdə  inqilab  adlandırır,Atatürk  də  bü  fikrin  tərəfdarıdır, 

Nəriman Nərimanov da,Məmməd Əmin Rəsulzadə də… 

Söyləyirlər ki, İsmət İnönü əvvəllər latınlaşmanın əleyhinə olub, amma Atatürkün 

inadını gördükdə: - Paşam --deyib-bu barədə qanun qəbul olunarsa  mən haman  latın 

həfrləri  ilə  yazmağa  başlaram,ammva  sən  ömrünün  sonuna  qədər  ərəb  əlifbasıyla 

yazacaqsan. 

Deyilənə görə belə də olub. Dəqiq bilmirəm, doğrudan da belədirmi… 

Latınlaşma fikrinin tərəfdarları sırasında Mirzə Cəlil Məmmədquluzadə də var və 

mənə  görə  elə  bu  fakt  həmin  fikri  dəstəkləyənlərin  tam  səmimiyyətinə  inanmaq  üçün 

yetərlidir. Mirzə Cəlil hətta yeni əlifbanı təbliğ etmək üçün Ağamalıoğlunun rəhbərlik 

etdiyi  heyətin  tərkibində  SSRİ-nin  başqa  respublikları-na  da  səfərə  çıxıb.Onu  da 




eşitmişəm  ki,Əfqanıstanın  o  vaxtkı  kralı  Əmənulla  xan  Bakıda  olarkən  Ağamalıoğlu 

onu  təhrik  edirmiş  ki,əfqanlar  bu  əlifbaya  keçsinlər.Görünür  saqqızını  oğurlayıbmış, 

çünki  Əmənulla  xanı  vağzalda  yola  salarkən  Ağamalıoğlu  perrondan:-

Əmənulla,Əmənulla,əlifba məsələsini unutma -deyə çığırırmış. 

Qurultayda ən çox müzakirə edilən,ən çox mövqe,fikir toqquşmasına səbəb olan -

əlifba  məsələsidir.  Qurultayın  17  iclasından  yeddisi  bütünlüklə  bu  məsələyə  həsr 

olunub. 

Mübahisələr  əsasən  iki  mövqedən  edilir,iki  əsas  fikir  və  təklifin  tərəfdarları 

arasında  gedirdi.Onları  şərti  olaraq    «latınçılar»  və  «islahatçılar»  adlandırırdılar.Bu 

başdan  deyim  ki,  Qurultay  Dağıstandan  «latınçı»  C.Korkmazovun  (Qorxmazovun) 

təklifinə  101  səs,  «islahatçı»  Tatarstan  nümayəndəsi  Qəlimcan  Şərəfin  təklifinə  7  səs 

verdi və beləlikdlə Qətnamə aşağıdakı şəkildə qəbul olundu: 

«1.Yeni  türk  latın  əlifbasının  ərəb  və  islah  olunmuş  ərəb  əlifbasından 

üstünlüklərini  və  texniki  məziyyətlərini  nəzərə  alaraq,  eləcə  də  yeni  əlifbanın  ərəb 

əlifbasına  nisbətən  böyük  tarixi,  mədəni  və  mütərəqqi  əhəmiyyətini  təsdiq  edərək 

qurultay yeni əlifbanı və onun ayrı-ayrı türk-tatap cümhuriyyətlərində və millətlərində 

tətbiq olunmasını hər respublikanın və vilayətin öz işi olduğunu hesab edir. 

2.Bununla  belə  Azərbaycanda  və  SSRİ-nin  bəzi  başqa  respublika  və 

vilayətlərində  yeni  əlifbanın  tətbiq  olunmasının  böyük  müsbət  əhəmiyyətini  qeyd 

edərək  və  salamlayaraq  qurultay  bütün  türk-tatar  və  başqa  (?!-A.)  xalqlara 

Azərbaycanın təcrübəsini və metodlarını öyrənməyi tövsiyyə edir ki, onlar  da özlərində  

bu reformaları keçirsinlər». 

Göründüyü  kimi  bir  az  məntiqsiz  olsa  da  (  bir  yandan  «öz  işidir»,  bir  yandan 

«tövsiyyə  edir  ki,reformalar  keçirsinlər»),  hər  halda  çox  yumşaq  bir  qətnamədir,yəni 

qəti inzibati hökm yoxdur. Əslində buna Qurultayın səlahiyyəti də yox idi. 

On üç il keçəcək və  Azərbaycanıın ,başqa türk xalqlarının latından kirilə keçməsi 

artıq 

qurultaysız,uzun-uzadı 



diskussiyalarsız, 

müzakirəsiz-flansız 

Stalin 


hökmüylə,inzibati yolla həyata keçiriləcəkdir. 

Kiçik bir haşiyə. Üç il bundan qabaq Qırğızstanda Bişkekdə Avrasiya platforması 

deyilən  qurumun  işində  iştirak  edirdim.  Tatarstan  nümayəndələri  ürək  ağrısıyla 



şikayətlənirdilər ki, Parlamentlərinin qərarına rəğmən Rusiyanın Dövlət Duması onların 

kirildən  laıtn  əlifbasına  keçməsini  yasaqlayıb.Toplantıda  iştirak  edən  Moskva  alimləri 

Dumanın  düzgün  qərar  verdiyini  iddia  edir,tatar  nümayəndələrinin  mövqelərinə    qəti 

surətdə  etiraz edirdilər.Mən də çıxış etdim və üzümü  Rusiya nümayəndələrinə tutaraq 

dedim:  Sizcə  hansı  yaxşıdır,tatarlar  öz  istəklərinə  uyğun  olaraq  latın  əlifbasını  qəbul 

edib ruslara xoş münasiblət bəsləsələr,.yaxud kirili saxlayıb ruslardan rəncidə olsalar? 

Tatarstan nümayəndələri dəstək üçün  mənə təşəkkür etdilər,amma qəribədir ki, ruslar 

da  mənimlə  razılaşdı.  (Razılaşmağa  razılaşdılar,amma  bu  məsələni  onlar  ki  həll 

etmirdi)Ukraynalı türkoloq Xolimonenko hətta ruslara sataşdı ki,gec-tez siz özünüz də 

latın əlifbasına keçəcəksiniz. 

Bizim  yenidən  latın  əlifbasına  qayıtmağımızın    ərəfəsində  İrandakı  ziyalılar  da 

bunun qəti əleyhinə idilir.Bircə bu yaxınlarda rəhmətə getmiş Fərzanə açıq şəkildə bu 

təşəbbüsümüzü dəstəkləyirdi.Görüşdüyümüz adamların çoxusu isə «latına keçməkdənsə 

elə  rus  əlifbasını  saxlasanız  yaxşıdır»  -deyirdilər.-Axı  niyə?  -deyirdim  -  siz  kirili 

bilmirsiniz,latını isə hamınız bilirsiniz,deməli bizi də daha asan oxuya biləcəksiniz. 

Əslində  mən  onların  səmimi  ya  qeyri  səmimi  şəkildə  niyə  belə  dediklərinin 

səbəbini  yaxşı  başa  düşürdüm.Amma  bu  ayrı  söhbətdir.Nə  isə,  mətləbdən  uzaq 

düşdüm… 


26-cı  ilin  türkroloji  Qurultayında  «islahatçılar»  ərəb  əlifbasını  saxlamaqla  onu 

islah  etmək,  ayrı-ayrı  türk  ləhcələrinə  uyğunlaşdımaq  istəyirdilər.  Ərəb  əlifbasının 

islahanın  tərəfdarları  əsasən  Qazan  tatarlarından  Qəlimcan  Şərəf,  İbad  Alparov  və 

qazaxlardan  Əhməd  Baytursun,Bilal  Suleyev.idi.(Hamısı  Stalin  repressiyalarının 

qurbanı  oldular).  Arqumetlərinin  inandırıcılığı,  mövqelərinin  sərtliyi,  dəlillərinin 

məntiqi baxımından ali məktəb müəllimi Q.Şərəfin və elmi işçi  Ə.Baytursunun dönə-

dönə etdikləri çıxışlar daha çox yadda qalır. Məşhur tatar yazıçısı, «Aclıq» romanının 

müəllifi, alim,siyasi xadim, kommunist Qəlimcan İbrahimovun (o da repressiya qurbanı 

oldu)  mövqei  ikibaşlı  idi.Qurultayda  deyildiyi  kimi  vaxtilə  N.Nərimanovun  təsiri  

altında  o,latın  əlifbası  ideyasını  müdafiə  etmişdi.  Qurultayda  isə  mövqeyi  o  qədər  də 

dəqiq  deyildi.Bir  tərəfdən  latın  əlifbasının  üstünlüklərindən  danışır,  digər  tərəfdən 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə