Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

-O vaxt çıxış edərəm ki, məni dəvət eləsinlər. Əgər dəvət etsələr çıxış edib fikrimi 

deyə  bilərəm.  Amma  bu  da  faktdır  ki,  mən  Ali  Sovetin  komissiyasında  indi  dediyim 

fikirləri  bildirmişəm.  Görünür,  bu  fikirlərim  bəyənilmədiyi  üçün  nə  Milli  Məclisin 

iclasına,  nə  də  televiziyaya  dəvət  ediblər.  Ona  görə  də  sizə  təşəkkür  edirəm  ki, 

qəzetinizdə fikrimi çatdırmaq üçün imkan yaradıbsınız. 

-Anar  müəllim,  hər  halda  adamlar  arasında  belə  söz-söhbət  gəzir  ki,  yenə  də 

ziyalılar kənara çəkiliblər. 

-Bu  söhbət  tez-tez  təkrar  olunur.  Bax,  ziyalılar  neyləyə  bilərlər?  Əgər  ziyalılar 

durub  piket  keçirsələr,  tutub  basacaqlar  ki,  piket  keçirmək  olmaz.  Ziyalılar  Milli 

Məclisə dəvət olunmurlar, yaxud o ziyalılar dəvət olunur ki, onlar Milli Məclis deyəni 

deyir. İndi Siz deyin, ziyalılar neyləsin?Bir də son 5 ildə ən çox eşitdiyim söz  - bunu 

xüsusən  mənə  deyirlər  «uman  yerdən  küsərlər»  olub.  Mən  də  buna  cavab  olaraq 

deyirəm ki, «tək əldən səs çıxmaz». 

-Axı Siz tək deyilsiniz. Yazıçılar Birliyinə rəhbərlik edirsiniz, nüfuzunuz var... 

-Bağışlayın  məni,  o  da  keçmişdən  qalan  fikirdir  ki,  mən  Yazıçılar  Birliyinə 

rəhbərlik edirəmsə, yazıçılar mənim arxamca getməlidir. Bu, belə deyil. Hər yazıçının 

öz fikri var. Mən öz fikrimi ifadə edə bilərəm.  Özü də bu məsələ o qədər tələsik həll 

olundu ki, heç yığışıb məsləhətləşə də bilmədik. 

-Hər halda dillə-bağlı referendum keçirmək söhbəti də gedir. 

-Mən şəxsən bunun əleyhinəyəm. Çünki mən əminəm ki, referendum keçirilsə, ya 

Azərbaycan  dili  qalacaq,  ya  da  Azərbaycan  türkcəsi.  Buna  mənim  şübhəm  yoxdur. 

Amma  mən bütün dünya qarşısında biabırçılıq sayıram ki, təzədən referendum keçirib 

öyrənək  görək  bizim  adımız  nədir,  dilimiz  nədir?Mən  başqa  bir  «referendum»  təklif 

edirəm. Bu gün bizim konstitusiyamızda dövlət dilimiz «Azərbaycan dili» adlanır. Yeni 

Konstitusiya  qəbul  edilənə  qədər  heç  bir  fərmanla  dilə  yeni  ad  verməmək,  amma 

mətbuat  səhifələrində  yazanların,  radio  və  televiziyada  çıxış  edənlərin  «Azərbaycan», 

«Azəri»,  «Türk»,  «Azərbaycan  türkcəsi»,  «Azəri  türkçəsi»  istilahlarını  işlətməsinə 

imkan  verilsin.  Bunların  hansı  xalq  tərəfindən  daha  geniş  rəğbət,  daha  çox  rəğbət 

qazanarsa,  qulağa  və  üriyə  yatarsa,  daha  sıx-sıx  işlənərsə,  onu  da  gələcək 

Konstitusiyada rəsmiləşdirə bilərik. 



-Bununla  əlaqədar  referendum  keçirilməsi  məsələsindən  söhbət  açan  bəzi 

siyasətçilər  deyir  ki,  xalq  referendumda  qaraya  ağ  deyə  bilər.  Bu  fikrə  Sizin 

münasibətimizi bilmək maraqlı olardı. Axı tək-tək adamlar yox, bütöv xalq qaraya necə 

ağ deyə bilər? 

-Mən  belə  hesab  edirəm  ki,  Azərbaycan  türkcəsini  tək  türk  dili  adlandırmaq  elə 

özü qaraya ağ deməkdir. 

-Anar müəllim, əgər bu gün Sizin yerinizdə rəhmətlik Rəsul Rza əyləşsəydi, özünü 

necə aparardı? 

 -Onu deyə bilərəm ki, mən bir az səbrli adamam, onun bağrı çoxdan çatlayardı. 

 -Söhbət üçün təşəkkür edirəm. 

Müsahibəni apardı Müsəllim Həsənov 

(«Müstəqil qəzet». 8 yanvar 1993) 

 

 



 


DİLİMİZİN ADI 

Azərbaycaıı Respublikası Milli Məclisinə 

 

Son  vaxtlar dilimizin adıyla bağlı gedən söhbətlər və irəli sürülən təkliflər məni 



də bu məsələyə münasibətimi bildirməyə vadar edir. Əvvəla, onu deyim ki, bizcə, indi 

bu məsələnin qaldırılmasınm vaxtı deyil, həllini tələb edən başqa, daha aktual və ağrılı 

problemlərimiz var. Amma madam ki, bu məsələ müzakirə obyektinə çevrilib, mənim 

də mülahi- zələrimi nəzərə almağınızı xahiş edirəm. 

Şübhəsiz, söhbət ölkəmizin, dövlətimizin admdan getmir. Ölkəmiz - Azərbaycan, 

müstəqil  dövlətimiz  Azərbaycan  dövlətidir.  Söhbət  dövlət  dilimizin  necə 

adlandırılmasmdan  gedir.  Bəzi  hallarda  ölkənin  və  dilin  adı  bir-birinə  uyğun  gəlir, 

məsələn, Fransa fransız dili, Almaniya alman dili, İtaliya - italyan dili, Rusiya - rus dili 

və  s.  Bəzi  halda  uyğun  gəlmir,  məsələn,  ABŞ-m,  Avstraliyanm  dili  ingilis  dili, 

Meksikanm, Argentinanm dili - ispan dili, Braziliyanm dili - portəgiz dili, Avstriyanm 

dili - alman dili, Misirin, İraqm, Sudanm dili - ərəb dili və s. və b. k. 

Bəs  Azərbaycanm  dövlət  dili  necə  adlanmalıdır?  Bu  barədə  müxtəlif  fıkirlər, 

rəylər  var.  Bəziləri  dilimizi  əsrlər  boyu  adlandırıldığı  kimi  türk  dili,  bəziləri  1936-cı 

ildən bəri adlandırıldığı kimi Azərbaycan dili adlandırmağı təklif edir. Hər iki təklifin 

tərəfdarları bir-birlərinə qarşı kəskin çıxışlar edir, siyasi ittihamlardan belə çəkinmirlər. 

Bizcə,  bu  məsə-  lənin  həllində  emosiyalara  qapılmaq,  bir-birini  damğala-  maq,  bir-

birinin  niyyətini  şübhə  altına  almaq  düzgün  yol  deyil.  Ən  düzgün  yol  elmi,  tarixi 

dəqiqlik və tam obyek- tivliyə riayət etmək yoludur. Elmi, tarixi dəlillərə əsaslansaq və 

bugünkü  realhğı  nəzərə  alsaq,  ən  dəqiq  ad,  məncə,  belədir:  Azərbaycan  türk  dili.  İki 

sözdən ibarət olan bu tərkibdə, zənnimcə, hər iki kəlmə son dərəcə vacibdir. 

Əvvəlcə, bu tərkibin "TÜRK" hissəsi haqqmda bir neçə kəlmə demək istəyirəm. 

Ana  dilimizin  uzun  əsrlər  boyunca  "TÜRK  DİLİ"  adlandırıldığınm  xüsusi  sübuta 

ehtiyacı yoxdur. Bu, o qədər aydm məsələdir və o qədər tarixi sənədə, mətnə əsaslanır 

ki,  burada  yalnız  bir  neçə  faktı  xatırlatmaq  kifayətdir:  Nizamidən,  Xaqanidən, 

Nəsimidən  üzübəri  bütün  klassiklərimiz  dilimizi  məhz  "TÜRK  DİLİ"  kimi  anlamışlar 

və "AZƏRBAYCAN DİLİ" kimi süni bir adı ağıllarma belə gətirməmişlər. Müasirləri 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə