Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə36/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

Şah  İsmayıl  Xətainin  şeirlərinin  "TÜRK  DİLİ"ndə  yazıldığmı  qeyd  edir-  dilər.  Füzuli 

"TÜRK  DİLİ"ndə  şeir  yazmağm  çətinliyindən  söz  açırdı,  bu  işi  öz  yaradıcılığıyla 

asanlaşdıracağmı  boy-  nuna  götürüb  uğurla  həll  edirdi.  Demokratik  Azərbaycan 

Cümhuriyyətinin  Parlamanı  dövlət  dilimizi  "TÜRK  DİLİ"  kimi  qəbul  etmişdı.  Bu 

məsələ  sovet  rejiminin  ilk  dövründə  də  dəyişməmişdi.  Sovet  Azərbaycanmın  ilk 

hökumət başçısı, yazıçı və publisist Nəriman Nərimanov yazırdı: "Türk dili Azərbaycan 

dövlət  dili  elan  oluııub  və  o  bu  dilin  hüquq  və  üstünlüklərindən  bütünlüklə 

yararlanmalıdır.  Azərbaycan...  doğma  dilindən  keçə  bilməz.  Və  o,  heç  kimin  bu  dili 

gözdən salmasma  yol verməz. Qoy Azərbaycanda çeşidli bəhanələrlə türk dilinə qarşı 

çıxanlarm hamısı bunu yaxşı bilsin". 

Ta otuzuncu illərin sonuna qədər - Stalinin bir sözüylə "AZƏRBAYCAN DİLİ" 

"TÜRK DİLİ" məfhumunu əvəz edənəcən - ana dilimiz TÜRK DİLİ adlanıb, teatrımız 

TÜRK  TEATROSU  adlanıb.  TÜRK  ƏDƏBİYYATI,  TÜRK  MƏTBUATI,  TÜRK 

MƏKTƏBİ deyilib və yazılıb, TÜRKCƏ-RUSCA və RUSCA-TÜRKCƏ lüğətlər nəşr 

olunub. 

1936-cı ildən sonra isə hər bir tarixi mətndə, sənəddə "TÜRK" sözü işlənən yerdə 

mötərizə  açıb  "Azərbaycan"  deyə  izah  etməli  olmuşuq.  İndi,  Stalinin  sümükləri  də 

çürüyəndən  sonra,  müstəqilliyimizi  qazanıb  öz  taleyimizi  öz  əlimizə  aldığımız  bir 

dövrdə,  uydurma  deyil,  həqiqi  tariximizə  sahib  çıxdığımız  illərdə  yenidən  hər  dəfə 

TÜRK  sözü  gələrkən  mötərizə  açıb  "AZƏRBAYCAN"  deyə  izah  etməliyikmi? 

Dilimizin TÜRK DİLİ olduğunu inkar ediriksə, onda Füzulinin, M. P. Vaqifin, Mirzə 

Fətəlinin,  Həsən  bəy  Zərdabinin,  Sabirin,  Mirzə  Cəlilin  bizim  dildə  yazmadıqlarmı 

qəbul  etməliyik.  Yaxud  deməliyik  ki,  bu  dahilər  öz  dillərinin  admı  düz  bilməyiblər, 

səhvən yazdıqları dili TÜRK DİLİ sayıblar. Absurddurmu? Əlbəttə. 

Beləliklə,  dilimizin  adında  "TÜRK"  sözünün  qalması  elmi,  tarixi  baxımdan 

düzgündür, vacibdir və lazımdır. Amma bu, məsələnin yalnız bir tərəfidir. İkinci tərəfi 

də  var  və  bu  ikinci  tərəfı  nəzərə  almasaq,  çıxaracağımız  nəticə  yenə  də  yarımçıq  və 

tələsik olacaq. İş ondadır ki, dilimizin adı məsələsi üç il bundan qabaq da qaldırılmışdı. 

O  zaman  dilimizin  yalnız  "TÜRK  DİLİ"  adlandırılması  haqqmda  tələsik  qərar 

çıxarıldıqda etirazımızı bildirmişdik. 




Qəzet  müxbirinin  sualına  mən  belə  cavab  vermişdim:  "30-cu  illərə  qədər  bizim 

dilə TÜRK DİLİ, ədəbiyyatımıza TÜRK ƏDƏBİYYATI, millətimizə  TÜRK deyiblər. 

Odur  ki,  bu  sözün  bərpa  olunması  tarixən  ədalətli  bir  işdir.  Amma  bu,  məsələnin  bir 

tərəfidir.  İkinci  tərəfi  odur  ki,  bu  gün  TÜRK  ƏDƏBİYYATI  deyəndə,  biz  bütün 

dünyada  qəbul  olunmuş  Türkiyə  türkcəsini  nəzərdə  tuturuq.  Ona  görə  də  bizim  dili 

AZƏRBAYCAN  TÜRKCƏSİ,  yaxud  AZƏRİ  TÜRKCƏSİ  adlandırmaq  daha  doğru 

olardı...  Konstitu-  siyada  belə  yazılsın:  Azərbaycanın  dövlət  dili  AZƏR-  BAYCAN 

TÜRK DİLİDİR, yaxud AZƏRİ TÜRK DİLİDİR" ("Ədəbiyyat qəzeti", 8 yanvar 1993). 

İndi,  üç  il  sonra  bu  məsələ  yenidən  qaldırıldığına  görə,  fikirlərimizi  yenidən 

təkrar  etməyə  və  bir  qədər  də  geniş  şərh  etməyə  məcburuq.  Danılmaz  həqiqətdir  ki, 

TÜRKİYƏ  TÜRKCƏSİ  və  AZƏRBAYCAN  TÜRKCƏSİ  eyni  qay-  naqlardan 

yaranmış,  əsrlər  boyu  ancaq cüzi fərqlərlə  bir- birindən  ayrılmış,  bu gün  də bir-birinə 

çox yaxm olan dillərdir. Yaxmdırlar, amma eyni deyillər. Və dillərimiz arasmdakı fərq - 

bəzən hətta komik anlaşılmazlıqlara gətirib çıxaran fərq - sənətimizin "Anamın kitabı", 

"O olmasın, bu olsun", "Sevil" kimi ölməz əsərlərində parlaq, obrazlı şəkildə əks edilib. 

Azərbaycandakı  türk  dilindən  fərqli  olaraq  Türkiyədəki  ədəbi  dil  osmanlıca  kimi 

tanınırdı. 

1918-ci ildə, Azərbaycanm dövlət dili "TÜRK DİLİ" elan ediləndən beş il sonra 

Türkiyənin  də  dövlət  dili  TÜRK  DİLİ  adlandırıldı,  "OSMANLI"  kəlməsi  tarixin  malı 

oldu.  Daha  sonra,  Stalin  siyasətiylə  biz  və  Türküstan  respublikaları  TÜRK  sözündən 

imtina  etməli  olduq  və  bütün  dünyada  müasir  TÜRK  DİLİ,  məhz  Türkiyə  türkcəsi 

anlammda  qavranılmağa  başladı.  Türkiyə  türklərinin  özləri  də  dil  fərqlərimizi  nəzərə 

alaraq  "AZƏRİ  TÜRKCƏSİ"  təbirini  işlətməyə  başladılar.  Hətta  bizim  dilimiz  ləhcə 

adlandırıldı. 

Mən buna qəti etiraz etdim, burda da, Türkiyənin özündə də. Ləhcə nə deməkdir? 

Ləhcəylə  müəyyən  bölgələrdə,  yaxud  evdə,  küçədə,  bazarda  danışmaq  olar.  Ədəbi  dil 

ləhcə sayıla bilməz. Bizim ana dilimiz hansı ədəbi dilin - ləhcəsidir? Belədə sual olunur: 

Türkiyə türkcəsi də ləhcədirmi? Əlbəttə, yox. O zaman nəyə görə AZƏRİ TÜRKCƏSİ, 

yaxud ÖZBƏK, TATAR, UYĞUR, QAZAX 

DİLLƏRİ ləhcə sayılmalıdır? 




Ümumi  slavyan  dil  qrupu  var,  amma  bunun  içində  POLYAK  DİLİ  ləhcə deyil, 

müstəqil dildir, rusca, çexcə, bolqarca, ukraynaca da elə. Ona görə Azərbaycan türkcəsi 

də heç bir vəchlə ləhcə adlana bilməz. Bu, müstəqil dildir. Doğrudur, türk dilləri içində 

bir-birinə  ən  yaxm  olanları  Azərbaycan  və  Türkiyə  türkcələridir.  Orta  əsrlərdə  dil 

fərqlərimiz  cüzi  olub.  Yunis  İmrənin  və  Xətainin,  Pir  Sultan  Abdalın  və  Qurbaniniıı, 

Vaqifin  və  Qaracaoğlanm  dilləri  arasmda  əsaslı  bir  fərq  yoxdur.  Bu  gün  də  Doğu 

Anadolunun kəndlərində danışılan dil Azəri türkcəsindən çox az seçilir. Söhbət son iki 

əsrdə və xüsusilə də XX əsrin otuzuncu illərindən sonra dillərimizin bir-birindən xeyli 

aralanmasından  gedir.  (Bunun  səbəblərini  araşdırmaq  ayrı  bir  yazının  mövzusudur). 

Söhbət  ondadır  ki,  bugünkü  ədəbi  dillərimiz  -  rəsmi  sənədlərin  dili,  terminlər, 

mətbuatm, kitablarm dili, televiziya və radioda səslənən dillər - Azərbaycan türkcəsi və 

Türkiyə türkcəsi nə qədər yaxın olsa da, eyni dil deyil. Belə olan surətdə isə iki dilin bir 

adı ola bilməz. Məhz bu məntiqə arxalanaraq biz günün reallığmı nəzərə almadan dövlət 

dilimizin  yalnız  "TÜRK  DİLİ"  adlandırılmasına  etiraz  etmişdik.  O  vaxt  "Ədəbiyyat 

qəzeti"ndə yazmışdım: "Lazımdır ki, dolaşıqlıq yaranmasın. Məsələn, biz indi məclisin 

qəbul elədiyi şəkildə yalnız "türk" sözünü işlətsək, sabah türk dili adlı kitab çıxanda sual 

doğacaq: "Bu hansı türk dilidir? Türkiyə türk dili, yaxud Azərbaycan türk dili?". Sabah 

universitet  tələbələri  türk  dili  dərsinə  gedəndə  dəqiqləşdirməli  olacaqlar,  hansı  türk 

dilini tədris edirlər, Türkiyə türkcəsini, yaxud Azərbaycan türkcəsini? Hələ onu demirik 

ki,  Azərbaycanca-türkcə  lüğət  türkcə-türkcə  kimi  absurd  bir  ad  daşımalıdır". 

("Ədəbiyyat qəzeti", 8 yanvar 1993). 

Təəssüf ki, o vaxt sözümüzü eşitmədilər. Bu gün isə bu- nun tam tərsini görürük 

və  qorxuruq  ki,  bu  gün  də  səsimiz  eşidilməyəcək.  O  vaxt  "Azərbaycan  türk  dili" 

tərkibində  "AZƏRBAYCAN"  kəlməsinin  atılmasma  etiraz  etdiyim  kimi,  bu  gün  də 

həmin tərkibdən "TÜRK" sözünün atılmasma etiraz edirəm. Sovet sistemində yaşayan 

türk  xalqları  "TÜRK"  sözündən  imtina  etməyə  məcbur  olarkən  Türkiyənin  "TÜRK 

DİLİ" istilahına monopoliyası vardı. İndi Türkiyənin dövlət dilini başqa türk dillərindən 

fərqləndirmək üçün bu ölkədə "TÜRKİYƏ TÜRKCƏSİ" istilahı daha sıx-sıx işlədilir. 

Türkiyə türkcəsi ola bilirsə, Azərbaycan türkcəsi (yaxud Azəri türkcəsi) nədən olmasm? 

Bəzən  belə  bir  mülahizə  irəli  sürürlər  ki,  iki  sözdən  ibarət  dil  adı  ola  bilməz,  bunun 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə