Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

Mən  Sizə  müraciət  edirəm,hörmətli  Əbülfəz  bəy!Biz  də,bütün  dünya  da  Sizi 

Azərbaycanın xalq tərəfindən seçilmiş Prezidenti kimi tanıyırıq. Bu yüksək vəzifəninin 

bütün  məsuliyyəti  haqqında  düşünün  və  vicdanınızın  səsiylə  ürəkdən  sevdiyiniz  və 

yolunda cəfalar çəkdiyiniz xalqın taleyini tam ciddiyyətlə nəzərə alaraq qəti qərarınızı 

verin! 

Hörmətli  Heydər  bəy!  Tale  Sizin  çiyinlərinizə  Azərbaycan  tarixinin  həlledici 



məqamında çox ağır və məsüliyyət dolu bir yük qoyub. Zəngin siyasi təcrübənizi, dünya 

siyasətinə  miqyaslı  baxışınızı,əzminizi,  iradənizi  xalqımızı  bu  ağır  vəziyyətdən 

çıxarmaq üçün əsirgəməyin. 

Xalq  Cəbhəsinin  hörmətli  rəhbərləri!  Azərbaycanın  istiqlaliyyəti  uğrunda 

mübarizələrdə Cəbhənin döyük xidmətlərini heç kəs tarixdən silə bilməz. Amma xalqın 

nəbzini  duya  bilənlər  onun  narazılıqlarını  da  doğru-dürüst  qiymətləndirməyi 

bacarmalıdır. Zorakılıq xalqın qəbul edəcəyi yol deyil... Bu qisaslar, «hayıf çıxmalar», 

bu gün iş başına gələnlərin dünən iş başında olanlara düşmən gözüylə baxması  - xalqı 

çaşdırır,  bədbinləşdirir,  onda  özünə  inam  hissini  zəiflədir.  Düşmənlərimizə  də  elə  bu 

lazımdır.  Bir  də  «külək  əkən-tufan  biçər»  deyiblər,  «keçmişə  güllə  atanı  gələcək  topa 

tutar» deyiblər, «nə tökərsən aşına,o çıxar qaşığına» deyiblər. 

Bu  çıxmazdan  qurtulmalıyıq,  bu  ğaranlıq  tunelin  sonunda  bir  işıq  ucu 

görünməlidir  axır…  Bu  zəncirvarı  reaksiyaya  hardasa  son  qoyulmalıdır…  Şuşamız 

əldən gedib,  Xocalımız,  Laçınımız,  Kəlbəcərimiz  əldən gedib,  niyə  düşmənlərimizdən 

çox bir-birimizə bu qədər amansızıq? 

Qardaşlarım,  qandaşlarım!  Allah  var,tarix  var,  balalarımız  var,  gündə  bir  vədə 

inanan,  gündə  bir  şüara  aldanan  bu  biçarə  xalq  var.Bilmir  çörək  dərdi  çəksin,  Vətən 

dərdi çəksin, ya özünü,ailəsini özümüzünkülərin hədələrindən qorusun. Heç olmasa bu 

səfər  eşidin  sözlərimizi,  harayımızı,  fəryadımızı.  Bəlkə  bu  gün  hələ  gec  deyil,amma 

sabah artıq gec ola bilər. 



24 iyun 1993  

«Azərbaycan» qəzeti. 

Bu müraciət həmin günlərdə ixtisarla  

Azəbaycan Televiziyasıyla da səsləndirilmişdi. 




 

 

 




İKİ DİLİN BİR ADI OLA BİLMƏZ 

 

-Vaxtilə  Azərbaycan  dilinin  türk  dili  ilə  zənginləşdirdiyinə  görə  başı  ağrayan 



Anar bu gün dövlət dilimizin türk dili adlanmasının əleyhinədir. Niyə? 

-Anar müəllim, Milli Məclisin Azərbaycanın dövlət dili haqqında çıxardığı qərar 

əhali arasında birmənalı qarşılanmayıb. Bu məsələdə Sizin mövqeyinizi bilmək maraqlı 

olardı. 


-Milli Məclisdə dillə bağlı bu mühüm qərar qəbul olunmazdan bir gün əvvəl Ali 

Sovetin  mədəniyyət  məsələlərinə  baxan  komissiyasının    -  adını  dəqiq  bilmirəm, 

(deyəsən,  mən  də  o  komissiyanın  üzvüyəm,  çünki  hərdən  iclaslara  çağırırlar,  hərdən 

yox), iclasına çağırmışdılar və həmin iclasda bu məsələ qalxmışdı. Orada birinci Əkrəm 

Əylisli  çıxış  eləyib  dedi  ki,  mən  onun  tərəfdarıyam  ki,  bizim  dilimiz  Azərbaycan   

türkcəsi olsun. Sonra bir neçə başqa adam çıxış elədi. Bu müzakirələr zamanı iki fikir 

yarandı:  Azərbaycan dili  və Azərbaycan türkcəsi. 

İclasa sədrlik edən millət vəkili Rauf İsmayılov mənə müraciət etdi ki, Sizin də 

fikrinizi, yazıçıların fikrini bilmək istəyirik. Dedim ki, bu gün mən ancaq öz adımdan 

danışa bilərəm, çünki bu mövzuda yazıçılarla fikir mübadiləmiz olmayıb. Həmin iclasda 

da demişəm, indi sizə də deyirəm və xahiş edirəm ki, fikrimi olduğu kimi çatdırasınız. 

Mən  dilimizin  Azərbaycan  türkcəsi  adlandırılması  fikrinin  qəti  tərəfdarıyam  və 

dilimizin yalnız türk dili adlandırılmasının qəti əleyhdarıyam. 

Niyə  Azərbaycan  türkcəsi?  Əvvəla,  hamıya  aydındır  ki,  bizim  dilimiz  türk 

dillərindən  biridir.  İkincisi,  o  da  məlumdur  ki,  bizim  dil  18-ci  ildən  -  Demokratik 

Respublika  dövründən  30-cu  illərin  ortalarına  qədər  türk  dili  adlanıb.  Ədəbiyyatımız 

türk  ədəbiyyatı,  teatrımız  türk  teatrı  adlanıb,  pasportlarda  türk  milləti  yazılıb.  Bu 

mənada uzun illər yasaq olunmuş türk sözünün bərpa edilməsi ədalətli və qanunauyğun 

bir işdir. Bəs niyə mən türk dilinin yox, Azərbaycan türkcəsinin tərəfdarıyam? Çünki bu 

saat  bizim  danışdığımız  dil,  sizin  qəzetin  dili  məhz  Azərbaycan  türkcəsidir,  Türkiyə 

türkcəsi deyil. Bunu birdəfəlik anlamaq lazımdır. Son vaxtlar Azərbaycan dili haqqında 

deyirlər  ki,  güya  bu,  ləhcədir.  Mən  bu  fikrin  qəti  əleyhinəyəm.  Türkiyədə  olarkən  dil 

üzrə  mübahisələrdə  mənə  deyirdilər  ki,  ləhcə  sizin  anlamda  deyil,  ləhcə  ayrı  şeydir. 



Mən  dedim,  yaxşı,  siz  Ukrayna  dilinə  ləhcə  deyirsinizmi?  Yox.  Belorus  dilinə  ləhcə 

deyirsinizmi? Yox. Bəs Azərbaycan dili niyə ləhcə olmalıdır? Ləhcə - küçədə, bazarda, 

evdə  danışılan  dildir.  Bir  də  bədii  əsərlərdə  personacların  dilində  ləhcə  ola  bilər  Bakı 

ləhcəsi,  Qazax  ləhcəsi, Şəki ləhcəsi,  Göyçay  ləhcəsi və s.  Ədəbi dil ləhcə ola bilməz. 

Mətbuata, televiziyaya, radioya ləhcəni çıxarmaq olmaz. Deməli, radioda, televiziyada 

səslənən, mətbuatda işlədilən Azərbaycan dili - Azərbaycan ədəbi dili var. 

Türkiyədə  Şərqi  Anadolu  azərbaycanca,  azərbaycanlılar  kimi  danışır.  Danışıqda 

heç  bir  fərq  yoxdur.  Amma  Türkiyənin  mətbuatı,  radiosu,  televiziyasının  dili, 

Türkiyənin türk ədəbi dili Azərbaycan ədəbi dili ilə eynidir, ya yox? Bax, mən bu suala 

cavab  axtarıram.  Bu  sualdan  hamı  qaçır,  hərə  bir  cür  cavab  verir.  Bəziləri  deyir  ki, 

dilimiz birdir. Yox, dilimiz bir deyil, yaxındır.  

Azərbaycan dili müstəqil bir dildir. Necə ki, qırğız dili, tatar dili müstəqildir. Heç 

bir  vaxt  tatar  dönüb  başqa  dildə  danışmayacaq,  qazax  da,  qırğız  da  danışmayacaq, 

Azərbaycanlı  da  danışmamalıdır.  Çünki  Azərbaycan  dilinin  özünün  özəllikləri, 

özünəməxsus xüsusiyyətləri var. 

-Anar müəllim, dilimizin türk dili adlandırılması tərəfdarları demir ki, biz dilimizi 

dəyişib Türkiyə türkləri kimi danışaq. Axı söhbət dilin adından gedir, hələlik... 

-Yaxşı, mən razı. Dünən bir kitab almışam: Azərbaycanca-türkcə lüğət. Sabah o 

kitab  necə  adlanacaq?  Türkcə-türkcə  lüğət?  Kitab  çıxıb  -  «Azərbaycan  dili  tarixi». 

Sabah o adlanacaq «Türk dili tarixi». Onda mağazada oxucu deyəcək: 

-Mənə «Türk dili tarixi» kitabı verin. Satıcı soruşacaq: hansı «Türk dili tarixi»ni? 

Alıcı  cavab  verəcək  ki,  Azərbaycan  türkcəsi.  Bu  söz  yenə  də  meydana  çıxacaq. 

Universitetdə tələbə mühazirəyə gedir. Hansı mühazirəyə gedirsən? Türk dilinə, hansı 

türk dilinə? Azərbaycan türk dilinə, yoxsa türk türk dilinə? 

Deməli, hər dəfə biz izahat verməli olacağıq ki, söhbət hansı dildən gedir? Ona 

görə də gəlin dilin adını bünövrədən düz qoyaq ki, sonra camaat əziyyət çəkməsin. İndi 

qəribə bir arqument gətirirlər ki, ermənilər də bizə türk deyir. Ermənilər deyir, lap yaxşı, 

amma  fransızlar  azəri  türkləri  deyirlər,  ingilislər  azəri  türkləri  deyirlər,  türklər  azəri 

türkləri deyirlər. Niyə bizim ermənilərə belə məhəbbətimiz olmalıdır ki, onların sözünü 

əsas  götürək,  ancaq  fransızın,  ingilisin,  türkün  dediyini  yox?  Bu  məsələ  ilə  əlaqədar 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə