61
şaatçı, 1 silahsaz, 14 dərzi, 3 zərgər, 13 dülgər, 3 bərbər, 1 aşıq, 10
çəkməçi, 2 sərrac, 31 çuvala, habelə 26 tacir (cəmisi 134 nəfər sə-
nətkar və tacir) fəaliyyət göstərirdi. Azərbaycan türkləri içərisində
19 qışlağa malik sofulular, 11 qışlağı olan dərzililər, 13 qışlağı olan
sarallılar, 7 qışlağı olan püsyanlılar və b. iri tərəkəmə camaatları xü-
susilə fərqlənirdilər. XIX əsrin sonlarında da burada qədim baharlı
türk tayfa adını qoruyub saxlamış tərəkəmə camaatı da yaşamaqda
idi. Onlar Bəsitçayın mənsəbi rayonunda yerləşən üç kənddə (I Ba-
harlı kənd icması) məskunlaşmışdılar. Qəzanın xəzinə kəndlərində
məskunlaşmış müsəlman əhalisi içərisində bərgüşadlılar tayfası da
seçilirdi. Onlar bir sıra kəndlərdə yaşayırdılar. Qubadlı kəndinin
əhalisi də, əsasən, bərgüşadlılardan ibarət idi. Qubadlılar özlərini
bərgüşadlı adlandırırdılar [205, 1 c., s.12]. Tanınmış rusiyalı qaf-
qazşünas İ.Sopen isə özünün məşhur əsərində bərgüşadlılar və sofu-
luları İrəvan quberniyasının Naxçıvan qəzasında yaşayan kəngərli-
lərə aid edirdi [220, s.537-538]. Haqqında danışdığımız dövrdə Qu-
zey Azərbaycanın bir çox digər yerlərində olduğu kimi, Zəngəzurda
da əhalisinin məşğuliyyətində maldarlıq aparıcı yeri tuturdu.
Qədim türk boyları içərisində əsrlərlə tarixə malik
olan tərəkə-
mə maldarlığı ənənəsi o qədər güclü idi ki, hətta bir baş mal-qara və
ya qoyun-quzusu olmayan ailələr belə elatla birlikdə yaylağa köçür,
qışlağa enirdilər. Qəzanın yaşayış məskənləri bu dövrdə, əsasən,
kənd, binə və qışlaqlardan ibarət idi. Kəndlilər istifadə etdikləri tor-
pağın mülkiyyət mənsubiyyətinə görə xəzinə və xüsusi sahibkar –
bəy kəndlilərinə bölünürdülər. Qəzanın 16 kəndi həm xəzinə, həm
də bəy kəndlilərinin yaşadıqları qarışıq kəndlər idi. Onlardan bir ne-
çəsi «Knyagina Usmiyevanın» – Xurşudbanu Natəvanın ömürlük
istifadəsində idi. Belə qarışıq kəndlərdə 594 xəzinə və 816 bəy
kəndlisi ailəsi yaşayırdı. Bunlarda müvafiq olaraq 2867 və 5135 nə-
fər kəndli var idi. 1874-cü ilin xəzinə siyahıya alınmalarına görə
Zəngəzur qəzasında 168 xəzinə kəndi var idi. Onlardan 120-i mü-
səlman, 42-si erməni, 1-i rus və 5-i müsəlman və xristianların birgə
yaşadığı kənd idi. Bundan təxminən 10 il sonra aparılmış dəqiqləş-
dirmələrə görə isə qəzada 148 xəzinə kəndi və 66 binə mövcud ol-