ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

70 
ellərin igidləri döyüşə gedirdilər [210, s.37]. Qarabağ xanlığı Rusi-
ya tərəfindən işğal edildikdən sonra regionda xristianlar əhalinin cə-
mi beşdə birini təşkil edirdilər. Ancaq 1823-cü ildə çar məmurları 
tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”ndə verilən mə-
lumatlara görə, Qarabağ xanlığında 90 min əhali, 1 şəhər, 600 kənd 
(onların 150-si artıq xristian erməni kəndi kimi qeydə alınmışdır – 
H.A.) olmuşdur. Şuşada təxminən 1.948 azərbaycanlı, 474 xristian 
ailəsi  yaşayırdı.  Kəndlərdə  bu  rəqəmlər  müvafiq  surətdə  belə  idi: 
12.902 müsəlman və 4.331 xristian. Məlumdur ki, XIX əsrin ortala-
rından XX əsrin əvvəllərinədək Zəngəzur qəzasının əhatə etdiyi əra-
zidə  zaman-zaman  müxtəlif  inzibati-ərazi  vahidləri  yaradılmışdır. 
Bunların  içərisində  ilk  diqqəti  cəlb  edən  Püsyan  mahalıdır.  Hələ 
XVI əsrdən etibarən Püsyan elinin – mahalının adı Qarabağın tərki-
bində  çəkilir.  1823-cü  ilə  aid  rus  mənbəyində  yazılırdı  ki,  Püsyan 
mahalı Qafan çayının sahilində yerləşir və Məhəmmədhüseyn sultan 
tərəfindən idarə olunur. Bu qaynaqda Püsyanın 35 obasının adı, hər 
obada yaşayan vergi ödəyicilərinin sayı göstərilir. Sənədlərdə vergi 
ödəyənlər içərisində «ödəməyən kasıblar» qeydi ilə yanaşı, vergidən 
azad olunmuş kəntxuda, molla və b. imtiyazlı silk nümayəndələrinin 
sayı da ayrılıqda göstərilib, «qeyri-müsəlman tüstü»lərin sayı da ve-
rilib [84, s.67]. Püsyan mahalı 1840-cı ildə ləğv edilərək Zəngəzur 
sahəsinə  qatılmışdır.  Romanovlar  imperiyasının  müstəmləkəçilik, 
xristianlaşdırma siyasətinə uyğun olaraq həyata keçirdiyi köçürmə-
lərdən sonra Qarabağın dağlıq hissəsinin milli tərkibi ilbəil dəyişil-
məyə başlamışdı. XIX əsrin 80-ci illərinin sonunda Şuşa qəzasında 
ermənilər əhalinin artıq 38 faizini təşkil edirdilər. N.Şavrov yazırdı 
ki,  1804-1813  və  1826-1828-ci  illər  Rusiya-İran  müharibələrinin 
gedişində və onlardan sonra ermənilərin Cənubi Qafqaza, o cümlə-
dən Qarabağa kütləvi surətdə köçməsi  başlanır. Biz ruslar 1828-ci 
ildən  1830-cu  ilədək  Zaqafqaziyaya  (Cənubi  Qafqaza  –  H.A.)  40 
mindən çox İran, 84 min türk (osmanlı – H.A.) ermənisi köçürmü-
şük. Onları erməni əhalisinin az olduğu Yelizavetpol və İrəvan qu-
berniyalarındakı  ən  yaxşı  dövlət  torpaqlarında  yerləşdirmişik.  Bu 
məqsədlə 200 min desyatin dövlət torpağı ayrılmış, müsəlmanlardan 


 
 71
 
2 milyon manatlıqdan çox torpaq satın alınmışdır. Bu ermənilər Ye-
lizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə gölünün sahil-
lərində  yerləşdirilmişlər.  Köçənlərin  sayının  rəsmi  məlumata  görə 
124 min nəfər olmasına baxmayaraq, əslində onların sayı 200 mini 
keçmişdir [219, s.64]. Lakin bu yeganə və son kütləvi köçürmələr 
deyildi. Ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçü-
rülməsi sonrakı illərdə də davam etdirilmiş və böyük vüsət almışdı. 
Cənubi  Qafqazda  yaşayan  1  milyon  300  min  nəfərin  1  milyondan 
çoxu  yerli  sakinlərə  mənsub  deyil  və  bizim  tərəfimizdən  köçürül-
müşdür. Son 13 ildə köçürülən ermənilərin sayının çoxluğu aşağıda-
kı müqayisədən aydın görünür: 1896-cı ildə general-adyutant Şere-
metyev Cənubi Qafqazda yaşayan ermənilərin sayının 900 minə ya-
xın  olduğunu,  1908-ci  ildə  isə  1  milyon  300  minə  çatdığını  qeyd 
edir  [219,  s.64].  N.Şavrov  göstərirdi  ki,  bu  müddətdə  ermənilərin 
sayı 400 min nəfər artmışdı [219,s.66]. Ermənilərin İran vilayətlə-
rindən  Rusiya  ərazilərinə,  yəni  bizim  torpaqlara  köçürülməsi  ilə 
bağlı S.N.Qlinkanın məlumatları da tarixi həqiqəti düzgün əks etdi-
rən mənbələrdir [107, s.35]. Bu köçürmələrə qədər xristian  əhalisi 
bütün qəza boyunca dağlarda, çox çətin gediş-gəlişi olan kəndlərdə, 
azərbaycanlılar isə adətən çay kənarlarında, əkin-biçin üçün yararlı 
sahələrdə məskunlaşmışdılar. Məskunlaşma tarixinə görə Zəngəzur 
erməniləri yerli sakinlərə və köçkünlərə bölünürlər. Ermənilərin bö-
yük  əksəriyyəti  çar  Rusiyasının  Qafqazı  işğalından  sonra  Qacarlar 
imperiyasının Qaradağ, Gərmalı, Xoy və Səlmas əyalətlərindən bu-
raya köçüb gəlmişdilər [107, s.35]. Bu ermənilər həm xəzinə kənd-
lərində  məskunlaşmış,  ya  da  yeni  kəndlər  yaratmışdılar.  Qaradağ 
əyalətindən gələnlər əsas etibarilə Qafan sahəsinin boş yerlərində və 
boşalmış kəndlərində qərar tutmuşdular. 
Son onilliklərdə, ilk növbədə də dövlət müstəqilliyimizin bər-
pasından  sonra  ermənilərin  Azərbaycan  torpaqlarına  haradan,  nə 
vaxt köçürüldükləri haqqında qaynaqlar aşkar edilmiş, əsərlər yazıl-
mışdır. Elə bu köçürülmələrin nəticəsi idi, Zəngəzurun müxtəlif yer-
lərində yaşayan ermənilər arasında ciddi ləhcə fərqləri mövcud idi. 


72 
Burada az qala mahalların və ya ayrı-ayrı kəndlərin sayı qədər ləhcə 
vardı [205, c.1, s.10]. 
Çarizmin Şimali Azərbaycanı işğal edəndən sonra da Zəngə-
zur Qarabağın tərkibində qaldı, 1861-ci ildə Zəngəzur qəzası yara-
dıldı, 1867-ci ilin dekabrında yeni  yaradılan Yelizavetpol quberni-
yasının tərkibinə Zəngəzur da qatıldı. Bu qəza quberniyanın ən bö-
yük ərazi-inzibati vahidi olub dörd dairəyə bölünmüşdü: Hacısamlı, 
Əlyanlı,  Bərgüşad  və  Həkəri  dairələri.  Bu  qəzanın  mərkəzi  Gorus 
idi. Tezliklə əvvəllər ayrıca ərazi vahidi olan Qaraçorlu mahalı da 
Zəngəzura qatıldı. 1886-cı ilin statistik məlumatlarına görə, Zəngə-
zur  qəzasının  326  kəndindən  yalnız  81-də  ermənilər  yaşamışdır. 
Özü də bu hal Rusiyanın imperiya planlarına uyğun sistemli şəkildə 
İran və Türkiyədən minlərlə erməni əhalisi Qarabağa-Zəngəzura kö-
çürüldükdən  sonra  meydana  çıxıb  bərqərar  olmuşdu.  1881-ci  ildə 
Tiflisdə nəşrə başlamış Qafqaz Tədris İdarəsi tərəfindən çap olun-
muş Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplu-
sunun 1904-cü il buraxılışında Qarabağ regionunun Zəngəzur qəza-
sının sərhədləri belə göstərilmişdir; şərqdən və şimal-şərqdən Şuşa, 
Cəbrayıl  qəzaları,  şimaldan  Cavanşir  qəzası,  Ərəş  qəzası  Nuxa, 
Göyçay,  qərbdən  və  cənub-qərbdən  Naxçıvan  və  Şərur–Dərələyəz 
qəzaları, İrəvan quberniyası, Yelizavetpol qəzaları və Zaqatala, cə-
nub  və  cənub-şərqdən  Araz  çayına  bitişik  Rusiya  və  İran  dövləti 
arasında [90, s.86]. 1873-cü ildə Yelizavetpol quberniyasında təsis 
olunmuş  qəza mərkəzi Gorus məntəqəsi  idi. Qəza 3212, 5 kv. km 
sahəyə malik idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu [90, s.89]. 
Çarizm yerli müsəlman kadrlara bir o qədər də etibar etmədiyindən, 
xristianlardan  rəhbərlər  təyin  edirdi.  Zəngəzur  qəzasının  başçısı 
N.Pivaroviç  olmuşdur  [90,  s.91].  Qəzanın  idarəçiliyində  azərbay-
canlılardan  qəza  başçısının  baş  köməkçisi  Hüseyn  bəy  Behbudbə-
yoğlu  Mahmudbəyov,  tərcüməçi  Şamxal  bəy  Məlikhüseynov,  Hü-
seyn bəy Məlikabasov, Paşa bəy Səyadbəyov, polis sistemində Hə-
bib xan Şəkinski, Bəylərbəy Həsənbəyov çalışmışlar [90, s.90]. Qa-
rabağın  digər  qəzası  Zəngəzurda  dörd  kənd  şöbəsi  [90,  s.90],  beş 
polis  məntəqəsi  olub  [90,  s.32-33].  1905-1906-cı  illərdə  çarizmin 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə