ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

 
 95
 
Toqquşma  və  qırğınlar  Zəngəzurun,  demək  olar  ki,  bütün 
bölgələrində  baş  verirdi.  Noyabrın  sonlarında  Gorus  yolunda  2 
erməni  öldürülür.  Onların  qətlində  Dərəbas  türklərindən 
şübhələnirlər.  Vəziyyət  gərginləşir.  Dərəbasdan  20-30  ailə  kəndi 
tərk edir. Onların evlərində Şamdan olan ermənilər yerləşir. Digər 
erməni kəndlərindən isə ermənilər Dərəbasa yığışırlar. Dekabrın 26-
da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalisinin 
bir  hissəsi  dağlara  qaçır,  qalanları  isə  kənddəki  üç  böyük  evdə  – 
Molla  Əbülhəsən,  Ələkbər  bəy  və  Abbas  Ələkbər  oğlunun  evində 
sığınacaq  tapırlar.  A-do  erməni  vəhşiliyini  belə  təsvir  edir: 
«Evlərində  gizlənmiş  ermənilər  köməyə  gələnlərin  qışqırıqlarını 
eşidən  kimi  vəhşiləşmiş  kimi  küçəyə  atıldılar,  türklərin  evlərinə 
hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları 
davam etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki, 
orada  türklər  böyüklü-kiçikli,  arvadlı-uşaqlı  sığınacaq  tapmışdılar. 
Ermənilər  burada  cinayətkarlığın  ən  dəhşətli  formasını  həyata 
keçirdilər.  Onlar  bu  üç  evə  od  vurub,  insanları  içində  sağ-sağ 
yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və 
çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri 
ilə  qarışmış  külünü  gördük  və  sarsıldıq,  o  qatilləri,  daha  çox  da 
dəhşətli  cəhənnəmi  törədənləri  lənətlədik...  Öldürülmüş, 
yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı» 
[223a, s.90]. 
A-do  Dərəbasda  törədilən  bu  cinayətin  yerli  hakimiyyətin 
ciddi  araşdırılmasını  münasib  görmədiyini,  polisin  yalnız  bir 
protokol tərtib etməklə işini bitmiş hesab etdiyini qeyd edir [223a, 
s.284-285]. 
Bu hadisələr bir daha sübut edirdi ki, 1905-1907-ci illərdə baş 
vermiş milli toqquşmalarda rus çarizmi ssenarist, quruluşçu rejissor, 
hərəkətverici  rolunu  oynamışdı  və  Cəfər  Cabbarlı  “1905-ci  ildə” 
pyesində  bu  məqamı  “atan  kazaklardır”  ifadəsi  ilə  ustalıqla 
göstərmişdi. 
1905-ci  il  dekabrın  29-da  Tatev  erməniləri  azərbaycanlıların 
yaşadıqları, Kürdlər adlanan kəndə hücum etmiş, lakin çoxsaylı itki 


96 
verərək  kəndi  tərk  etmək  məcburiyyətində  qalmışdılar.  Lakin 
hücumun  gedişində  kənd  talan  edilmiş,  sonra  isə  yandırılaraq 
xarabalığa çevrilmişdi. Erməni xislətinin mahiyyətini açan A-do öz 
millətinin  təmsilçilərinin  bu  hərəkətinə  heç  bir  əsas  tapa 
bilmədiyini,  bu  hücumu  barbarlıq  və  məhkum  olunası  əməl  kimi 
xarakterizə etmişdi [223a, s.274]. 
Azğınlaşan  ermənilərin  Sisian,  Ağudü,  Dərəbas  və  digər 
kəndlərdə  törətdikləri  vəhşiliklər,  öz  növbəsində,  azərbaycanlıları 
da  qisas  almağa  vadar  edirdi.  Azərbaycanlılar  xəbər  almışdılar  ki, 
məşhur  quldurbaşı  Keri  -  əsl  adı  Arşak  Kafavyan  olan  bu  erməni 
qulduru  1858-ci  ildə  Ərzurumda  anadan  olmuş,  Şərqi  Anadoluda 
baş  qaldıran  erməni  qiyamçı  dəstələrindən  birinin  başçısı  olmuş, 
1905-ci  ildə  Zəngəzura  gələrək  erməni  quldur  dəstələrinə  başçılıq 
etmişdi.  Əngəlyurd  (ermənilər  bu  adı  dəyişərək  əvvəlcə 
«Əngələvit»,  sonra  isə  «Angeğakot»  adlandırmışlar  –  H.A.)  kən-
dindən  sonra  onun  başçılığı  ilə  türk  kəndlərinə  yeni  hücum 
hazırlanır.  1906-cı  il  yanvarın  6-da  Ağudi,  Vağudi,  Urud,  Şəki  və 
digər  kəndlərdən  yığışmış  türklərin  böyük  bir  dəstəsi  yenə 
Əngəlyurd  kəndinə  hücum  edir.  Köməyə  gələn  dəstəyə  pristav 
Şahsuvar bəy başçılıq edirdi. Hər iki tərəfdən onlarla itki verdikdən 
sonra atışma kəsilir və bir müddət sakitlik hökm sürür [223a, s.286-
287]. 
Növbəti  ilin  əvvəllərində  Bakı  qəzetlərindən  biri  «Novoye 
obozreniye»  qəzetinə  istinadən  yazırdı  ki,  dekabrın  25-də 
ermənilərlə toqquşma nəticəsində 70 nəfər  ağdülü qətlə  yetirilmiş, 
30 ev yandırılmışdı. Daha sonra ermənilərin Dərəbas kəndinin 278 
nəfər azərbaycanlısını öldürdükləri xəbəri verilmişdi [223a, s.284]. 
Bundan bir müddət əvvəl 1906-cı il yanvarın 9-da Sarallı və 
Xaçtəpə  kəndlərinin  türkləri  ilə  Yeğvard  kəndinin  erməniləri 
arasında  dava  düşür  və  iki  nəfər  türk  öldürülür.  A-donun  verdiyi 
daha  bir  məlumata  görə,  yanvarın  18-də  və  19-da  İldırım  bəyin 
başçılığı ilə türklər Qafan nahiyəsinin Zeyvə kəndinə hücum edirlər 
[223a, s.29]. Lakin A-do İldırım bəyin erməni kəndinə hücumunun 
səbəbini açıqlamır. Əslində isə Zeyvə kəndi erməni terrorçularının 


 
 97
 
yuvasına çevrilmişdi. İldırım bəy ətraf müsəlman kəndlərini vahimə 
içərisində  saxlayan,  tez-tez  silahlı  basqınlar  edən  erməniləri 
susdurmaq məqsədilə Zeyvə kəndinə hücum etmək məcburiyyətin-
də  qalmışdı.  1906-cı  il  fevralın  20-də  Tiflisdə  Qafqaz  canişini 
Voronsov-Daşkovun  təşəbbüsü  ilə  erməni-müsəlman  sülh  məclisi 
çağırılır.  Həmin  məclisdə  Zəngəzur  qəzasını  ixtisasca  aqronom, 
Qubadlı  bölgəsinin  Hacılı  kəndindən  olan  Cəlil  bəy  Sultanov 
(Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Zəngəzur  qəzasından 
parlamentin üzvü seçilmişdi – H.A.) təmsil edirdi. Ermənilər milli 
münaqişənin böyük miqyas almasının səbəbini türklərin savadsızlığı 
və  elmsizliyi  ilə  izah  etməyə  çalışsalar  da,  azərbaycanlı 
nümayəndələr iğtişaşların baiskarlarının erməni siyasi təşkilatları və 
onların  terrorçu  dəstələri  olduğunu  faktlarla  sübut  edirlər.  Erməni 
nümayəndələri  təklif  edirlər  ki,  elatların  köçü  qadağan  edilsin. 
Burada  əsas  məqsəd  ermənilərin  azərbaycanlıları  ərzaq 
məhsullarından məhrum etmək istəyi idi. Ermənilərin bu niyyəti də 
baş tutmur. Qafqaz canişinliyinin ciddi tədbirlər görmək niyyətində 
olmadığını yəqin edən ermənilər sülh məclisi başa çatdıqdan az bir 
müddət  sonra  yenidən  qətl  və  qarətlərini  davam  etdirmişdilər.  6 
mart 1906-cı ildə Daşnaksutyun partiyasının Qafan komitəsi, Oxçu 
dərəsinin  nüfuzlu  ağsaqqalları,  erməni  silahlı  dəstələrinin 
hücumlarına  qarşı  əhalinin  səfərbər  edilməsində  mühüm  rol  oyna-
yan  Hacı  bəy  və  Molla  Hacıya  qarşı  terror  aksiyası  keçirmək 
haqqında  qərar  qəbul  etmişdi.  Həmin  qərar  bir  müddət  sonra  icra 
edilmiş və hər ikisi qətlə yetirilmişdir [48, v.69]. 
Müstəmləkəçi  hakimiyyət  orqanlarının  fəaliyyəti  və  ya 
cinayətkar  laqeydliyi  ucbatından  vəziyyət  getdikcə  gərginləşirdi. 
Məsələn,  Zəngəzur  qəzasının  4-cü  sahəsinin  pristav  əvəzi  Məlik 
Abbasovun  qəza  rəisinə  1906-cı  il  martın  sonlarında  göndərdiyi 
məxfi  raportunda  qeyd  edilirdi  ki,  Zəngilan  rayonundan  Qatar 
zavodlarına,  Şıxavuzdan  həmin  zavodlaradək  yollar  tamamilə 
bağlanmışdır.  Ermənilərin  məskun  olduqları  ərazilərin  yolları 
üzərində  qanunsuz  erməni  silahlı  dəstələrinin,  azərbaycanlı 
icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə