ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

104 
yaşayış  məntəqəsindən  314-də  azərbaycanlılar  yaşamışlar  [109, 
s.154].  Ümumiyyətlə  isə  1905-1906-cı  illər  erməni-müsəlman 
iğtişaşları  nəticəsində  İrəvan  və  Yelizavetpol  quberniyaları 
ərazisində  200-dən  artıq  azərbaycanlı  yaşayış  məntəqəsi  viran 
edilmiş, əhalisi soyqırımına məruz qalmışdır [135, s.354]. 
1908-ci  ildə  Yelizavetpol  quberniyası  üzrə  əhalinin 
siyahıyaalınması  sənədlərində  Zəngəzur  qəzası  əhalisinin  294  min 
753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini (67%) müsəlman, 
97 mini (32,9%) erməni idi. 
Yəni  azərbaycanlıların  1918-1920-ci  il  soyqırımına  qədər 
yerli  əhalinin  yarıdan  çoxu,  təqribən  üçdə  ikisini  müsəlman  türk 
əhali təşkil edirdi. 
 
 
3.2. 1917-1920-ci illər 
 
XIX-XX  əsrin  əvvəllərində  xalqımıza  qarşı  yönəldilmiş 
kütləvi  cinayətkarlığın  araşdırılması  ilə  məşğul  olmuş  müəlliflərin 
bir  çoxunun  fikrincə,  əhalisi  soyqırımı  və  deportasiyalara  daha 
dəhşətli  və  geniş  miqyasda  məruz  qalmış  tarixi  Azərbaycan 
ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. XIX əsrin əvvəllə-
rində  Azərbaycan  torpaqlarının  Rusiya  imperiyası  və  Qacarlar 
dövləti  arasında  bölüşdürülməsi  ilə  Zəngəzurun  yerli  əhalisi  olan 
azərbaycanlıların həyatında faciə və müsibətlərin əsası qoyuldu. Çar 
Rusiyasının  Cənubi  Qafqazda  həyata  keçirdiyi  müstəmləkə 
siyasətinin  mühüm  formalarından  biri  olan  köçürülmə  siyasəti  re-
gionun  demoqrafik  vəziyyətində  ciddi  dəyişikliklərə  gətirib 
çıxarmış,  erməni  əhalinin  Azərbaycanın  digər  bölgələrinə  olduğu 
kimi,  Zəngəzurda  da  kütləvi  yerləşdirilməsi  və  əksinə,  yerli 
azərbaycanlıların sıxışdırılması nəticəsində ermənilər bölgənin milli 
tərkibində tədricən artmağa başlamışdılar. Zəngəzurda da Qacar və 
Osmanlı  imperiyalarından  köçürülmüş  ermənilər  əsasən 
azərbaycanlılar  yaşayan  kəndlərdə  məskunlaşdırılmış,  bununla  da 
bölgənin  türksüzləşdirilməsi  prosesinin  əsası  qoyulmuşdu.  1905-


 
 105
 
1906-cı  illərdə  Zəngəzurda  müsəlman  əhaliyə  qarşı  törədilmiş 
qanunsuzluqlardan sonra bir çox kəndlərin müsəlman əhalisi qaçqın 
düşsə də, onların əksəriyyəti bir müddətdən sonra doğma yurdlarına 
geri  qayıtmış,  öz  həyatlarını  yenidən  qurmağa  müvəffəq 
olmuşdular.  1917-1920-ci  illərdə  Zəngəzurun  türk  əhalisi  ikinci 
dəfə  soyqırımı  və  deportasiya  ilə  üzləşmişdi.  Lakin  1906-cı  ildən 
fərqli  olaraq,  bu  dəfə  onların  əksəriyyətinə  öz  doğma  yerlərinə 
qayıtmaq müyəssər olmamışdı. 
Romanovların  300  illik  qanlı  hakimiyyətinə  son  qoymuş 
1917-ci  il  fevral  inqilabından  sonra  Cənubi  Qafqazda  yaranmış 
ziddiyyətli  vəziyyətdən,  Birinci  Dünya  müharibəsinin  yaratdığı 
mürəkkəb  şəraitdən  istifadə  edən  ermənilər  qonşu  xalqların 
hesabına  milli  dövlət  yaratmaq  iddialarını  gerçəkləşdirməyə 
başladılar.  Bu  mənfur  ideyanın  həyata  keçirilməsi  üçün  tutduqları 
şərəfsiz yol həmin ərazilərdə yaşayan yerli əhalinin kütləvi terroru, 
tamamən məhv edilməsi idi. Erməni quldur dəstələri təkcə 1917-ci 
ildə  Zəngəzur  qəzasında  109  kəndi  dağıtmış,  əhalini  doğma  yurd-
yuvasından didərgin salmışdılar [39, s.18-19]. 
Bu  dövrün  tanınmış  tədqiqatçılarından  olan  professor 
İ.Musayevin hesablamalarına görə, 1917-ci ildə Zəngəzur qəzasında 
azərbaycanlılar  yenə  də  üstünlük  təşkil  edirdi;  azərbaycanlılar 
123085 nəfər (55 faiz), ermənilər isə 99257- 44,3 faiz təşkil edirdi 
[121, s.354]. 
1917-1920-ci  illərdə  Zəngəzurun  türk  əhalisi  ikinci  dəfə 
soyqırımı  və  deportasiya  ilə  üzləşmişdi.  Lakin  1905-1906-cı 
illərdən fərqli olaraq, bu dəfə onların əksəriyyətinə öz doğma yerlə-
rinə  qayıtmaq  müyəssər  olmamışdı.  1920-ci  ildə  Zəngəzurda 
yaşayan  224.197  nəfər  əhalinin  70  %-i  Azərbaycan  türkləri  idilər 
[141, s.236]. 
Tanınmış  Azərbaycan  tarixçisi  İ.Musayevin  sanballı 
monoqrafiyasında da 1917-ci ilə aid olan statistik məlumatlara görə 
də Zəngəzur qəzasında azərbaycanlılar həmin dövrdə tam əksəriyyət 
təşkil edirdilər [121, s.32-33]. 


106 
1918-ci  il  sentyabrın  ilk  günlərində  Zəngəzurun  hüdudlarına 
soxulan  erməni  quldur  dəstələri  dinc  müsəlman  əhaliyə  qarşı 
amansız qətliamlar həyata keçirməyə başladı. Andronik Ozonyanın 
vəhşilikləri  haqqında  Azərbaycan  Cümhuriyyəti  hökumətinin 
yaratdığı  Fövqəladə  Təhqiqat  Komissiyasının  [FTK]  sənədlərində, 
yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlərin teleqram və 
məktublarında, dövri mətbuat səhifələrində, eləcə də çoxsaylı şahid 
ifadələrində  kifayət  qədər  faktlar  və  materiallar  mövcuddur.  FTK-
nın topladığı 36 cildlik istintaq materiallarının 3500 səhifəlik 2 cildi 
-  təqribən  80  səhifəsi  Zəngəzur  qəzasındakı  qətliamları  özündə 
ehtiva edir [78, s.28-32]. 
Yerli  inzibati  hakimiyyət  orqanlarının,  məsələn,  Zəngəzur 
qəza rəisi M.Namazəliyevin məlumatına görə, Andronikin başçılığı 
ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, 
Məlikli,  Pulkənd,  Şəki,  Qızılcıq,  İrmis,  Pəhlili,  Kürdlər,  Xotanan, 
Sisyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq 500 nəfər insanı 
qətlə yetirmişdi [41, v.6, 83]. 
Onun 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur 
ki, 1917-ci ilin dekabr  - 1918-ci ilin avqustu arasındakı müddətdə 
təkcə Zəngəzur qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər 
məhv  edilmiş,  47  mln.  390  min  rubl  məbləğində  maddi  ziyan 
vurulmuşdu [33, v.128-129]. 
1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi yerlə yeksan edən 
ermənilər  [43,  s.18-19]  ermənilərin  öz  dövlət  müstəqilliyini  elan 
etdiyi  1918-ci  ilin  mayından  etibarən  türk-müsəlman  əhalinin 
soyqırımı, Zəngəzurun müsəlman əhalidən təmizlənməsi artıq rəsmi 
İrəvanın  dövlət  siyasətinə  çevrilmişdi.  Ermənistan  rəhbərliyinin 
təşviqi ilə Birinci Dünya müharibəsində iştirak etmiş erməni nizami 
hərbi hissələri ilə birlikdə yerli ermənilərdən ibarət quldur dəstələri 
də bu qanlı aksiyalarda fəal iştirak edirdi [32, v.129]. 
FTK üzvü N.Mixaylov təhqiqat materialları əsasında 1918-ci 
il  ərzində  Zəngəzur  qəzasında  törədilmiş  vəhşiliklərlə  bağlı  hazır-
ladığı məruzədə azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını 
konkret  faktlarla  sübut  etmişdir  [17,  s.265-287].  Bu  sənədlərdə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə