ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

128 
Laçın bölgəsindəki Zabux dərədə darmadağın edilməsi belə şərəfli 
səhifələrdən  biridir.  Laçınlı  Sultan  bəy  Paşabəy  oğlu  Sultanov, 
Zəngəzur  qazısı  Bəhlul  Behcət,  Zəngəzur  qəzasının  pristavları 
qubadlılı Aslan bəy kərbəlayı Hüseyn oğlu Sultanov, Şahsuvar bəy 
Kələntərovun rəhbərlik etdikləri döyüşçü, partizanlar dəstəsi böyük 
igidliklə  puça  çıxardılar.  Bu  şəxslərin  hazırladığı  əməliyyatda 
Aslanbəyin  onaçılanının  hücum  siqnalı  olan  dağı-daşı  titrədən  ilk 
sərrast  atəşi  ilə  müsəlmanlara  qarşı  qaniçənliyi  ilə  bədnam  şöhrət 
qazanmış Manukun başı bədənindən ayrıldı, panikaya düşən erməni 
daşnak  ordusunu  Zəngəzur  partizanları  kiçik  qruplarla  mühasirəyə 
alaraq  məhv  edirdi.  Peşəkarlıq,  ermənilərin  yuxuda  da  ağlına 
gəlməyən  müdrik  dəqiqliklə  hazırlanmış  həmin  cəsarətli  hərbi 
əməliyyat yalnız yerli qüvvələrin gücü ilə həyata keçirildi. Erməni 
daşnaklarının Zabux dərəsində bu biabırçı məğlubiyyətindən yalnız 
bir  qrup  mühafizəçisi  ilə  Andronik  qurtula  bildi.  O,  Eçmiədzin 
keşişlərinin  yanına,  oradan  Tiflisə,  sonra  da  xəfiyyəsi  olduğu, 
planlarını yerinə  yetirməyə zamin durduğu İngiltərə və Fransadakı 
himayədarlarının yanına qaçdı [4, s.15]. 
Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, AXC-nin 
ilk  hərbi  naziri,  Gəncə,  sonra  da  Qarabağ  quberniyasının  general-
qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağdakı 
milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə erməni hərbi 
hissələrinə qarşı uğurlu əməliyyatlara başlandı [4, s.18-20]. 
Xosrov  bəy  Sultanov  1918-1920-ci  illərdə  Qarabağ,  o 
cümlədən  Zəngəzurda  AXC  hökumətinin  1  nömrəli  əsas  fiquru, 
erməni-daşnak  hərbi  hissələrinə  qarşı  mübarizənin  başında  duran 
şəxs olsa da, indiyədək aparılmış araşdırmalarda onun şəxsiyyətinə 
lazımi  dərəcədə  diqqət  yetirilməmiş,  fəaliyyəti,  hadisələrə  təsiri 
kifayət  qədər  öyrənilməmiş,  əksinə,  bir  çox  hallarda  yanlış,  səhv, 
birtərəfli  yanaşmalar,  informasiyalar  yer  almışdır.  Onun  fəaliyyəti 
1920-ci  illərdə  Zəngəzurun  ictimai-siyasi  həyatı  ilə  sıx  bağlı 
olduğuna,  ciddi  təsir  imkanlarına,  mövzumuzla  birbaşa  əlaqəsinə 
görə bu haqda geniş dayanmağı gərəkli sayırıq. 
 


 
 129
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


130 
X.Sultanov  1879-cu  ilin  may  ayında  Zəngəzur  qəzasının 
Hacısamlı  nahiyəsinin,  Qasımuşağı  obasında,  indiki  Laçın 
rayonunda anadan olub. O, Odessa Universitetinin tibb fakultəsində 
təhsil  alıb.  Bir  müddət  "Müsavat",  sonradan  isə  "İttihad"  parti-
yasının  üzvü  olub.  1918-ci  ilin  mayın  27-də  Azərbaycan  Milli 
Şurasının,  bundan  əvvəl  Zaqafqaziya  Seyminin  və  sonradan 
Azərbaycan  Parlamentinin  üzvü  seçilib,  AXC-nin  elan  edilməsi 
bəyannaməsinə imza edənlərdən biri olub. Mayın 28-də Baş Nazir 
Fətəli  Xan  Xoyskinin  formalaşdırdığı  ilk  hökumət  kabinəsində 
Hərbi nazir vəzifəsinə təyin edilib [15, s.29]. 
1918-ci  il  yazın  sonu  –  yayın  əvvəllərində  Şimali  Azər-
baycanda yaranmış kəskin hərbi-siyasi durum nəticəsində AXC-nin 
ilk hökuməti çox az, 20 gün yaşadı. Xosrov bəy Tiflisdə Hərbi nazir 
vəzifəsini  qəbul  edərkən  Milli  Şura  qarşısında  3  vəzifəni  yerinə 
yetirəcəyini aşağıdakı sıra ilə elan etmiş və bundan ötrü Hökumətin 
yardımını istəmişdi: ― erməni hərəkatı ilə mübarizə və bu hərəkatın 
tamamilə  məhv  edilməsi,  asayişin  «bərpa  olunması,  məcburi 
köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yardım». 
Azərbaycanın  ilk  Hərbi  naziri  vəzifəsini  qısa  müddətə  icra 
etdikdən  sonra  növbəti  hökumət  kabinələrində  Əmək,  Əkinçilik, 
Torpaq  naziri  olub.  X.Sultanov  1919-cu  ilin  29  yanvarında 
Azərbaycan  hökumətinin  keçirdiyi  iclasda  Gəncə  quberniyasından 
ayrılaraq təşkil edilmiş Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza-
larından  ibarət  Qarabağ  quberniyasının  general-qubernatoru  təyin 
edilib [15, s.30]. 
Qarabağın  general-qubernatoru  vəzifəsinə  başlayarkən  onun 
xalqa müraciət ünvanlamışdı: “Azərbaycan hökumətinin yanvar ayı 
qərarı  ilə  Zəngəzur,  Şuşa,  Cavanşir  və  Cəbrayıl  qəzaları  xüsusi 
general-qubernatorluğa  ayrılmışdır.  Bu  fövqəladə  tədbirlər 
fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən  yarı-
sında,  onun  ən  yaxşı  hissəsi  -  4  qəza  -  artıq  bir  ilə  yaxındır  ki, 
anarxiya  ucbatından  dağılır.  Şəxsi  firavanlığı  yüksək  ideal  sayan 
məsuliyyətsiz  elementlərin  rəhbərliyi  altında  olan  bandalar  diyarı 
viranə  qoyur;  kəndləri  yandırır,  əhalini  qırır,  on minlərlə  yurdsuz-


 
 131
 
yuvasız  qadın  və  uşaq  qaçqın  düşmüşdür,  yuxarıda  göstərilən 
elementlər  milli  ədavət  yayırlar.  Əhalidən  ümumi  siyasi  vəziyyət 
gizlədilir.  Bu  şəxslər  öz  şəxsi  mənafelərini  güdür,  öz  cəhdlərini 
partiya ideya forması donuna salırlar. 
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən 
milli  mənsubiyyətindən  asılı  olmayaraq  hamıya  eyni  münasibət 
göstərməyi,  ciddi  ədalət  və  qanunçuluq  mövqeyində  dayanmağı 
hakimiyyətin  borcu  sayıram.  Azərbaycanın  müstəqilliyi,  ərazi 
toxunulmazlığı,  şəxsiyyətin  ciddi  məsuliyyəti  və  əmlak  toxunul-
mazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır" [123]. 
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə 
acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralın 15, 16 və 17-də 
qəza  rəisləri  və  ictimai  xadimlərinin  iştirakı  ilə  keçirdiyi 
ümumbölgə  müşavirəsində  məlum  olmuşdu  ki,  indiyədək 
Zəngəzurda  166  kənd  dağıdılmış,  əhalisinin  30  faizi  məhv 
edilmişdi.  Bu  müşavirədə  Andronikin  qəzada  törətdiyi  faciələr 
barədə  ətraflı  məlumatlar  dinlənilmiş  və  bu  quldur  dəstəsinin 
bölgədən çıxarılması qəti olaraq qərara alınmışdı. 
Ermənilər X.Sultanovun general-qubernator təyin olunmasına, 
Qarabağ  general-qubernatorluğunun  yaradılmasına  dəfələrlə  etiraz 
bildirmişdilər,  onun  haqqında  mərkəzə,  müttəfiqlərin  Tiflisdəki 
missiyasının başçılarına şər-böhtan dolu müraciətlər göndərmişdilər 
[23, iş18]. 
Onların narahatlığının əsasları var idi, Qarabağ və Zəngəzurda 
Sultanovların erməni iddialarına qarşı qətiyyətli, barışmaz mövqedə 
durduğunu,  bölgədə  böyük  nüfuz  və  imkanlara  sahib  olduğunu 
ermənilər yaxşı bilirdilər. 
1919-cu  ilin  Novruz  bayramında  erməni-daşnak  hərbi 
dəstələri general Dronun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan 
Əsgəranı zəbt etmiş, Şuşa, Zəngəzurla əlaqələri kəsmişdilər. Xosrov 
bəyin  başçılıq  etdiyi  Azərbaycan  əsgərləri  dəqiq,  çevik  hərbi 
əməliyyatla  mayın  30-da  erməni  qoşunlarını  darmadağın  edərək 
Xankəndi və Şuşanı düşməndən geri almışdı. 1919-cu ilin iyununda 
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda Şuşaya gizli 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə