ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

 
 119
 
qəzasının  Bilyayev  kənd  sakini  Səfər  İsmayıl  oğlu  Nəsirvaz 
kəndliləri  Məmməd  Cəfər  Hacı  Vəli  bəy  oğlu  və  onun  qardaşları 
İbrahim  bəy  və  Mehdiqulu,  Hacı  Vəlibəyin  uşaqları,  Babaxan 
Kərbəlayı Şahəli oğlu, Baxşəli Kərbəlayı Şıxəli oğlu və Pevəkazım 
Vəli  Məmməd  oğlu  evlərində  «quldur»  dəstələrini  gizlətdiklərinə 
görə Naxçıvan polisləri tərəfindən həbs olunmuşdular [109, s.122]. 
Ümumxalq  müdafiəsi  Qaçaq  Nəbini  ələkeçməz  etmişdi. 
Yelizavetpol  qubernatoru  knyaz  A.D.Nakaşidze  Nəbinin  ələ 
keçirilməsinin  qeyri-mümkünlüyünü  bilib,  Naxçıvan  qəza  rəisi 
A.S.Slavoçinskiyə  və  Zəngəzur  qəza  rəisi  S.Rüstəmbəyova  Qaçaq 
Nəbinin  adamlarını  bir-bir  məhv  etməklə,  dəstəni  dağıtmağı  əmr 
etmişdi. Qubernator bundan sonra Qaçaq Nəbinin tutulmağının asan 
olacağı qənaətinə gəlmişdi. Lakin qubernatorun tapşırığı ilə görülən 
bir sıra məxfi tədbirlər nəticəsində Qaçaq Nəbinin yaxın silahdaşları 
aradan  götürülsə  də,  yenə  Qaçaq  Nəbini  ələ  keçirmək  mümkün 
olmadı.  Qaçaq  Nəbinin  dəstəsinə  milli  zülmə  baş  əyməyən  yeni-
yeni  cavanlar  qoşulurdu.  Xalq  Qaçaq  Nəbini  hökumətdən  gələn 
istənilən zərbədən qoruyurdu.  İrəvan qubernatorunun məlumatında 
göstərildiyi kimi: «Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, 
demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir 
və  qoruyur»  [109,  124].  Bununla  da  Nəbinin  qaçaqlıq  etdiyi 
bölgənin əhalisi Qaçaq Nəbinin timsalında imperiyanın müstəmləkə 
siyasətinə qarşı üsyan edirdi. 
Hakimiyyət orqanları qaçaqlara  yardım  göstərənlərə qarşı da 
qəddar  tədbirlər  görürdülər.  Həm  ayrı-ayrı  şəxslər,  həm  də  bütöv 
kənd cəmiyyətləri cəzalandırılırdı. Kənd cəmiyyətləri barəsində ən 
müxtəlif  cəza  tədbirləri  görülürdü,  kəndlilərə  güclü  iqtisadi  təzyiq 
göstərilirdi  ki,  qaçaqlara  kömək  etməsinlər.  Bölgədə  fəaliyyət 
göstərən Qaçaq Nəbinin  «dəstəsini təqib və məhv etmək üçün hər 
ev üç rubl verməli idi. Üç kənd əhalisinə (Tivi, Nasirvaz və Azıxlar) 
qaçaqlara  daha  artıq  kömək  etdiyinə  və  onları  gizlətdiklərinə  görə 
üç  rubldan  başqa,  300  rubl  əlavə  vergi  qoyulurdu.  Bununla  belə, 
xəbərdarlıq  edilirdi  ki,  hərgah  kəndlilərdən  biri  qaçaqlara  pul 
köməkliyi edərsə, alınan məbləğ on dəfə artırılacaqdır». Qaçaqlarla 


120 
əlaqəsi olan kənddə qoşun dəstəsi, adətən, kazaklardan ibarət olan 
hərbi  dəstə  yerləşdirilir,  onun  xərcinin  ödənilməsi  isə  kəndin 
sakinləri  üzərinə  qoyulurdu.  Bu  qoşun  dəstələri  kobud  davranaraq 
özbaşınalıq edir, kəndliləri incidir, hər cür zorakılıqlar edirdilər. 
Qaçaqları  məhv  etmək  üçün  tədbirlər  işləyib  hazırlamaqdan 
ötrü  XIX  əsrin  sonlarında,  xüsusi  olaraq  Cənubi  Qafqaza  ezam 
edilən xəfiyyə general-leytenant D.Skalonun planına Türkiyədən və 
İrandan  həmin  dövlətin  ərazisində  gizlənən  Rusiya  qaçaqlarının 
tezliklə  Rusiyaya  təhvil  verilməsi  və  Rusiya  ərazisində  gizlənən 
Türkiyə  və  İran  qaçaqlarının  həmin  dövlətlərə  təhvil  verilməsi, 
sərhədboyu  ərazilərdə  qaçaq  dəstələrini  müdafiə  edənlərin  oradan 
uzaqlaşdırılması  və  burada  qaçaqların  ələ  keçirilməsi  üçün 
sərtləşdirilmiş  qaydaların  tətbiq  edilməsi  və  s.  daxil  edilmişdi. 
Lakin hökumət tərəfindən görülən tədbirlər qaçaq hərəkatını nəinki 
yatırır,  heç  qarşısını  belə  ala  bilmirdi.  Hökumət  Qaçaq  Nəbinin 
dəstəsinin qarşısında aciz qalmışdı [246]. 
Qaçaq  hərəkatının  ictimai  səciyyə  daşımasına,  zülmə  və 
istismara  qarşı  kəndlilərin  fəal  etirazlarının  ifadəsi  olmasına  ən 
inandırıcı  sübutlardan  biri  də  bütün  xalqın  qaçaqlara  tərəfdar 
çıxması idi. Bunu çar hakimiyyət orqanları da etiraf etməyə məcbur 
olmuşdular.  Xəfiyyə  D.Skalon  kəndlilərin  qaçaqlara  yaxından 
kömək etdiklərini təsdiq edirdi. Yüksək rütbəli çar müstəmləkəçisi 
qəmginlik hissilə yazırdı: Əhali hakimiyyət orqanlarına quldurların 
yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik 
göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali 
açıqcasına  onlara  mane  olur».  Bunu  hətta  Tiflis  Məhkəmə 
palatasının  prokuroru  Y.Vasilkov  da  təsdiqləyərək  əlavə  edir  ki, 
«bəylər qaçaqları öz evlərində gizlədirlər» [246]. 
Qaçaq Nəbini məhz azərbaycanlıların əli ilə aradan götürmək 
üçün  Yelizavetpol  qubernatoru  knyaz  A.D.Nakaşidze  tərəfindən 
Zəngəzur  qəza  rəisi  vəzifəsinə  Səlim  bəy  Rüstəmbəyov,  onun 
köməkçisi Qəhrəman bəy  Mirzəyev və qəzanın üç sahə üzrə polis 
pristavları  isə  İsmayıl  bəy  Vəzirov,  İmamqulu  bəy  Novruzov, 
Şəfibəy  Fətəlibəyov təyin edilmişdilər. Bununla belə, bu adamlara 


 
 121
 
etibar  edilmirdi.  Ona  görə  də,  Nəbinin  ələ  keçirilməsi,  əsasən, 
Naxçıvan qəza rəisi A.S.Slavoçinskiyə həvalə edilmişdi [246]. 
1895-ci  ilin  sonlarından  etibarən  Nəbinin  öldürülməsi  üçün 
fəaliyyətə  başlamış  xüsusi  kəşfiyyat  dəstəsi  Nəbi  ilə  bağlı  dəqiq 
məlumatlar  toplamağa  başladı.  Geniş  səlahiyyətlər  verilmiş  bu 
dəstəyə Naxçıvan qəza rəisi A.S.Slavoçinski başçılıq edirdi. Həmin 
dəstənin  məlumatına  əsaslanan  İrəvan  qubernatoru  A.A.Freze 
Cənubi  Qafqaz  diyarının  baş  rəisi  A.S.Şeremetyevə  yazırdı:  «Son 
vaxtlar  İrandan  aldığımız  məlumata  görə,  Kərbəla  ziyarətindən 
qayıdan  Nəbi  hal-hazırda  dəstəsi  ilə  Urmiya  əyalətinin  Larni 
kəndindədir».  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  İrəvan 
quberniyası  dəftərxanasının  rəhbəri  A.Saroyan  bu  məlumatın 
yoxlanılmasının  vacibliyini  vurğulayaraq  yazırdı:  «Məlumatın 
həqiqiliyinə  inanmaq  düzgün  olmazdı.  Çünki  biz  Nəbi  tərəfindən 
yalan şayiələrin yayıldığının çox şahidi olmuşuq»[246]. 
Rusiya dövlət orqanları Nəbini ələ keçirə bilmədiyi üçün sui-
qəsdə əl atdılar. Beləliklə də, Qaçaq Nəbi muzdlu qatillər tərəfindən 
1896-cı  il  martın  12-də  öldürüldü.  Nəbinin  öldürülməsi  ilə  bağlı 
tarixi  ədəbiyyatda  iki  müxtəlif  ehtimal  vardır.  Ə.Axundov  Nəbi 
haqqında  yerli  əhalidən  toplamış  olduğu  xatirələrinə  əsaslanaraq 
göstərir ki, Nəbiyə sui-qəsd Cənubi Azərbaycanda yaşayan Rusiya 
təbəəsi  olan  tacir  Paşa  Hacı  Fərəc  oğlu  tərəfindən  hazırlanmışdır. 
Ə.Əliyev  «Azərbaycan»  jurnalında  dərc  etdirdiyi  məqaləsində 
Nəbiyə  sui-qəsdin  Paşa  Hacı  Fərəc  oğlu  tərəfindən  hazırlandığını 
əminliklə  göstərsə  də,  Nəbinin  İran  polisləri  ilə  atışmada 
öldürüldüyünü  təsdiq  edir.  Tədqiqatçı  R.Rüstəmzadə  özünün 
«Qaçaq Kərəm» və «Keçmişdə qaçaqlar» adlı əsərində Nəbinin öz 
yoldaşları  tərəfindən  deyil,  İran  polis  hissələri  ilə  atışma  zamanı 
öldürüldüyü qənaətinə gəlmişdir[109, s.125]. 
1895-ci ilin noyabr ayında Qaçaq Nəbi Cənubi Azərbaycanda 
olarkən Naxçıvan qəza rəisi A.V.Slavoçinski İrəvan qubernatorunun 
razılığı  ilə  oraya  gedib,  Urmiya  şəhərində  yaşayan  Ordubad  taciri 
Paşa  Hacı  Fərəc  oğluna  Qaçaq  Nəbinin  öldürülməsi  təklifini 
etmişdi.  Nəbinin  onun  tərəfindən  öldürüləcəyi  təqdirdə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə