ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

 
 125
 
M.M.Nəvvab  Əlipaşa  bəy  Xanmurad  bəy  oğlunun  və 
dəstəsinin  erməni  quldurlarına  qarşı  apardıqları  mübarizədən  də 
geniş  bəhs  edib.  Həmin  əsərdən  qeydləri  ixtisarla  yazımıza 
köçürürük.  Müəllif  yazır:  "Piçənis  müsəlman  kəndindən  və  başqa 
müsəlman  kəndlərindən  300  nəfərə  qədər  igidlər  və  qeyrətli 
cavanlar  toplaşaraq  Paşa  bəy  Murad  bəy  oğlunun  sərkərdəliyi  ilə 
atlanıb,  Minkəndin  üzərinə  yeridilər.  160  evdən  ibarət  olan  bu 
kəndin  yarısı  müsəlman  idi.  Paşa  bəyin  dəstəsi  ermənilərin  bir 
qismini  öldürdülər  və  yaraladılar,  bir  qismi  isə  qaçıb,  dağıldılar. 
Bundan sonra onlar 200 evdən ibarət olan Xoznavar kəndinə hücum 
etdilər. 
Bir-iki  gün  keçdikdən  sonra  həmin  dəstə  üç  yüz  erməni  evi 
olan  Əliqulu  kəndinə  hücum  etdilər.  Onlar  həmin  kəndin  bir 
tərəfindən  daxil  olaraq  onu  yarıya  qədər  dağıtdıqdan  sonra  əldə 
etdikləri qənimətlərlə geri döndülər. 
Paşa bəyin dəstəs sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. 
Əvvəlcə  150  evdən  ibarət  olan  Külədik  kəndinə  hücum  edirlər. 
Ermənilər  əllərində  silah  onların  qarşısına  çıxdılar.  Bir  neçə  saat 
ərzində onlardan yüz nəfərini qətlə yetirdilər [254]. 
Bəzi  müəlliflər  Sultan  bəyin  Qurdhacı  kəndi  ilə  əlaqəli 
olduğunu  deyirlər.  Qurdhacı  kəndi  XVIII  yüzildə  boş  sahə  olub. 
Qarabağ  xanı  Pənahəli  xan  Sarıcalı-Cavanşir  bu  sahəni  Xorasan 
əyalətindən  gəlmiş  Hacısamlı  camaatının  Qasımuşağı  tayfasına 
verib. 
Zəngəzurda  ermənilərə  qarşı  mübarizədə  Sultan  bəy 
Sultanovun  adı  öndə  gedir  və  onun  rəhbərliyi  ilə  aparılmış  silahlı 
mübarizə, döyüş öz nəticələrinə və tarixi əhəmiyyətinə Azərbaycan 
xalqının  qəhrənlıq  tarixində,  xalqımıın  hafizəsində  silinməz  iz 
qoyub. Qeyd edək ki, Sultan bəy Əlipaşa bəyin oğlu olub və 1871-
ci  ildə  Zəngəzur  qəzasının  Hacısamlı  nahiyəsinin  Qasımuşağı 
obasında  doğulub.  Molla  yanında  oxuyub,  mədrəsə  təhsili  alıb. 
Böyük  mülkədar  olub.Sultan  bəyin  milli  qəhrəmana  çevrilməsi 
1905-ci  il  hadisələri,  erməni  olayları  ilə  bağlıdır.  Müsəlmanlara, 


126 
türklərə potensial nifrət edən ermənilər çar məmurlarının dəstəyi ilə 
qanlı qırğınlara başlayırlar. 
1918-  ci  il  hadisələrində  Andronik  bir  neçə  minlik  ordu  ilə 
Zabux kəndini keçərək Laçın istiqamətində irəliləyir. Bu məsələdən 
əvvəlcədən  xəbər  tutan,  bölgənin  nüfuz  sahiblərindən  biri, 
Qarabağın  general  qubernatoru  Xosrov  bəy  Sultanovun  qardaşı 
Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə 
pusqu quraraq Andronikin qoşununu mühasirəyə salır. 
Burada təqribən bir  günlük qanlı döyüşlər olur.  Bu döyüşlər 
zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir 
neçə  nəfərlə  güclə  qaçır.  Dərə  bu  döyüşdən  sonra  xalq  arasında 
"Qanlı dərə" adlandırıldı. 
Mənbələrdə  Sultan  bəy  haqqında  xeyli  məlumatlar  var, 
Onların bir çoxu həm də onun xarakterinə ayna tutur. 
Bir  dəfə  qubernatora  Əlipaşa  bəyin  adından  Sultan  bəyin 
əleyhinə  şikayət  ərizəsi  yazırlar.  Quberniya  idarəsindən  məmurlar 
gəlirlər. Yoxlama aparılır. Faktlar tutuşdurulur, sənədlər üzləşdirilir. 
Yazılanlardan  heç  biri  sübuta  yetmir.  Axırda  Sultan  bəyin  fikrini 
soruşlar. 
Ancaq  nə  qədər  qəribə  olsa  da  Sultan  bəy  yazılanların 
hamısını təsdiqləyir. Yoxlayanlar çaşbaş qalırlar: 
- Bəy, onda gərək sən tutulasan, bu necə etirafdı belə?! Sultan 
bəy yarıciddi-yarızarafat deyir:- Siz də bilirsiniz, mən də bilirəm ki, 
bunları  mənim  atam  yazmayıb.  Hansı  namərdsə  onun  adından 
yazıb.  Bununla  belə,  orda  atamın  adı  var,  onun  diliylə  deyilən 
sözləri  mən  yalan  kimi  qələmə  verə  bilmərəm.  Bir  də  yoxlayın, 
bəlkə düzdü elə bu yazılanlar? 
Gələni-gedəni  çox  olarmış  Sultan  bəyin.  Xahişə  gələn, 
şikayətini bildirən, kömək istəyən və s. Tapşırarmış ki, onu soruşan 
olanda,  evdə  olmasa  da,  heç  vaxt  deməsinlər  ki,  Sultan  bəy  evdə 
yoxdur.  Desinlər  ki,  buralardadır,  gələcək  indi.  Bu  minvalla 
gələnləri  yerbəyer  eləsinlər,  onlara  çay-çörək  versinlər.  Əgər  evdə 
yoxsa, yoxluğunu bundan sonra bildirsinlər. "Bura dağ yeridir, uzaq 
yoldan gələn olar, bilməzsiniz, ac qayıdar. Sonra mənəm, sizsiniz". 


 
 127
 
Sultan  bəy  1955-ci  ildə  Qars  ətrafında,  Köçkoy  kəndində 
vəfat edib [254]. 
Bakı  bolşevikləri,  başda  S.Şaumyan  olmaqla,  daşnaklarla 
ittifaqda  1918-ci  ilin  yazında  dinc  türk-müsəlman  əhalisinə  qarşı 
kütləvi  soyqırımı  törətdilər.  Nəticədə,  bolşeviklər  Bakıda 
hakimiyyəti müvəqqəti olaraq ələ keçirə bildilər (1918-ci il iyulun 
31-dək).  Türk-müsəlman  soyqırımları  Azərbaycan  milli  hərəkatını 
sarsıtmadı.  Cənubi  Qafqazın  türk-müsəlman  əhalisini  fiziki 
cəhətdən  məhv  olmaq  təhlükəsindən  xilas  etmək  üçün  müstəqil 
Azərbaycan dövlətinin yaradılması zərurəti meydana çıxdı. 1918-ci 
il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi 
[102]. 
AXC  rəhbərliyi  bu  qətliamlara  son  qoymaq  üçün  müəyyən 
tədbirlərə  əl  atsa  da,  bunlar  təsirsiz  qalmış,  qanlı  qırğınların 
qarşısını ala bilməmişdi. Məsələn, 1919-cu il 23 noyabrda Tiflisdə 
Azərbaycan  və  Ermənistan  hökumətləri  arasında  bağlanmış  sazişə 
uyğun  olaraq,  Azərbaycan  öz  qoşunlarını  Zəngəzurdan  geri  çəksə 
də, erməni tərəfi nəinki bunu etməmiş, əksinə, bölgəyə yeni hissələr 
göndərmişdi.  Nəticədə  həmin  vaxtdan  keçən  müddət  ərzində 
qəzanın daha 40 kəndi talan edilmiş, sakinləri öldürülmüşdü. Gös-
tərilən  faktlar  Azərbaycan  XİN-in  7  yanvar  1919-cu  il  tarixli 
teleqramında  müttəfiqlərin  ali  komissarı  Haskelin  diqqətinə  də 
çatdırılmış  və  erməni  qoşunlarının  geri  çağırılması,  yerli  erməni 
bandalarının  tərksilah  edilməsi  üçün  ondan  bölgəyə  Amerika 
zabitlərindən  ibarət  komissiya  göndərilməsini  tezləşdirmək  tələb 
edilmişdi. 
Bu  məkrli  plan  Zəngəzurda  gedən  məşhur  bir  döyüşlə 
pozuldu.  Bu  həm  də  o  deməkdir  ki,  ermənilərin  Zəngəzur  və 
Qarabağda törətdikləri qanlı qırğınlar silsiləsi heç də həmişə təkcə 
azərbaycanlıların  məğlubiyyətlərilə  bitməmişdir.  Bu  torpaqların 
qeyrətli  bəyləri,  igidləri  dəfələrlə  toparlanaraq  ermənilərin  nizami 
ordu  hissələrinə  ağır  itkilər,  gözləmədikləri  acı  məğlubiyyətlər  də 
yaşatmışdır.  Daşnak  generalları  Andronik  və  Manukun  dövrün  ən 
yaxşı silahları ilə təmin olunmuş birləşmiş qüvvələrinin Zəngəzurun 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə