ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

122 
A.V.Slavoçinski  onun  qızıl  medalla  təltif  ediləcəyini  və  həmçinin 
əlavə olaraq min rubl məbləğində pulla mükafatlandırılacağını vəd 
etmişdi.  A.V.Slavoçinski  ilə  razılığa  gələn  Paşa  Hacı  Fərəc  oğlu 
Nəbinin  yaxın  silahdaşları  olan  Şahhüseyni  və  Kərbəlayı  İmanı 
aldadaraq  Nəbinin  öldürülməsinə  nail  oldu.  Culfadakı  Rusiya  ali 
konsulluğunun başçısı knyaz Dobidze Nəbinin öldürüldüyünə əmin 
olandan  sonra  Qaçaq  Nəbinin  onun  təkidi  ilə  İran  polisləri 
tərəfindən  öldürüldüyü  haqqında  məlumat  yaydı.  Onda  İran 
mətbuatında  da  Nəbinin  İran  polisləri  ilə  atışmalarda  öldürüldüyü 
barədə məlumatlar yer almışdı[109, 124]. 
Onu da qeyd etmək yerinə düşərdi ki, tədqiqatçı İ.Həsənovun 
«Qaçaq  Nəbinin  öldürülməsi  haqqındakı  məsələyə  dair» 
məqaləsində  Gürcüstan  Mərkəzi  Dövlət  Tarix  Arxivində  Nəbinin 
öldürülməsi  ilə  bağlı  saxlanılan  arxiv  sənədləri  yer  almışdır  və 
yuxarıda deyilənlərlə üst-üstə düşür [109, s.126-129]. 
B.Bəhcət  Nəbinin  əxlaq  və  mənəviyyat  sahibi  olmasını  xalq 
tərəfindən sevilib müdafiə olunmasının əsas səbəbi sayırdı. Nəbinin 
mənəviyyatını,  əxlaqi  keyfiyyətlərini  səciyyələndirən  xarakterləri 
bir  çox  konkret  hadisələrdə  özünü  büruzə  verir:  “Nəbi  öz 
hərəkətlərində  namus  və  iffətli  olub  ondan  xalqın  əxlaqına  və 
qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində 
çoxdan  çox  ehtiyatlı  idi,  düşmənlərinin  də  qadınına  toxunmazdı. 
Yoldaşlarına  qarşı  çox  diqqətcil  və  qayğı  göstərən  idi.  Nəbi  öz 
yoldaşlarına  gizli  oğurluğu  qadağan  etmişdi,  onun  bütün  qarətləri 
müəyyən bir məqsədlə olurdu. O, yolları kəsərək hər gələn-gedəni 
soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”. 
Bəhlul  Behcət  Qaçaq  Nəbinin  Rusiya  və  İranın  polis  orqanlarının 
təşkil  etdikləri  xüsusi  əməliyyat  nəticəsində  öldürüldüyünü 
göstərirdi.  Onun  öldürülməsində  sonralar  İranın  hərb  naziri  olmuş 
Əmir Bahadır Cəng Paşa xandan məharətlə istifadə edilmişdi. İran 
şahı  Müzəffərəddin  sarayının  nüfuz  sahiblərindən  biri  olan  Cəng 
Paşa  xan  əvvəllər  də  Qaçaq  Nəbinin  Cənubi  Azərbaycanda 
fəaliyyətinin qarşısını almaq üçün Qaradağ və Maku tərəflərdə olan 
İran  hökuməti  məmurlarına  lazımi  sərəncamlar  vermişdi.  Bu 


 
 123
 
sərəncamların nəticəsi  idi ki, Nəbi son vaxtlar o tərəflərə keçəndə 
təqib və ədavətlə qarşılanmışdı [246]. 
Qafqaz  canişinin  bilavasitə  tapşırığına  əsasən,  Nəbinin 
öldürülməsi işinə ezam edilmiş Naxçıvan və Zəngəzur qəza rəisləri 
İrandakı  adamlarıı  Məşədi  Paşa  vasitəsilə  Nəbinin  ən  yaxın 
silahdaşlarından  biri  Şahhüseyni  ələ  almaqla,  Nəbini  aradan 
götürmək  qərarına  gəldilər.  Şahhüseynin  Nəbinin  öldürülməsində 
İran hökumətindən ehtiyat etdiyini görəndə, Rusiya tərəfinin bu işdə 
maraqlı olan adamları Cəng Paşa xana müraciət etməklə Şahhüseyni 
razı sala bilmişdilər. «Şahhüseyn tamamilə çaşmışdı. Ona həm İran, 
həm  də  Rusiya  hökumətləri  yaxşı  vədlər  vermişdi.  O,  Rusiya 
imperatorundan nişan alacaq, İran hökumətindən isə mülk alıb xan 
olacaqdı»[246]. 
Qaçaq Nəbi öldürüldükdən sonra silahdaşlarının bir neçəsi ələ 
keçirilməklə məhv edildi. Şahhüseyn, Məmmədhüseyn və digərləri 
Dırnıs  dərəsində  öldürüldülər.  Nəbinin  yaxın  dostu  Musa 
Məhəmmədhəsən oğlu həbs edilib hərbi məhkəməyə verildi. İrəvan 
hərbi  məhkəməsinin  onun  barəsində  verdiyi  hökm  belə  idi:  «İran 
təbəəsi  məhkum  Musa  Məhəmmədhəsən  oğlu  bütün  əmlak 
hüququndan  məhrum  olunmaqla  ölüm  cəzasına  məhkum  edilsin». 
Lakin sonralar ölüm hökmü 20 il katorqaya göndərilməsi hökmü ilə 
əvəz olundu [109, s.246]. 
Azərbaycan  xalqı  əfsanəvi  qəhrəman  Qaçaq  Nəbinin  adı  ilə 
bağlı  mahnılar  qoşmuş  və  dastanlar  yaratmışdır.  Azərbaycan 
yazarları  xalq  qəhrəmanı  Qaçaq  Nəbinin  mübarizə  dolu  həyatını 
təsvir  edən  bir  sıra  əsərlər  yazmışlar.  M.Rahimin  «Qaçaq  Nəbi» 
poeması,  S.Rəhimovun  «Aynalı»  povesti  və  «Qafqaz  qartalı» 
romanı,  H.Qasımovun  «Dağlara  çəkildi»  povesti,  C.Bərgüşadın 
«Boz  atın  belində»  romanı,  Ə.Vəliyevin  «Tunc  atlı»  əsəri, 
S.Rüstəmin  «Qaçaq  Nəbi»  pyesi  və  M.Təhmasibin  «Nəbi»  ədəbi 
kinossenarisi,  Ə.Qurbanovun  ssenarisi  əsasında  H.Turabov  və 
Ə.Mahmudov  tərəfindən  ekranlaşdırılmış,  9  nəfərin  Dövlət 
mükafatına layiq  görüldüyü, həm də rus və ermənilərin təzyiqi ilə 
adı  dəyişdirilib  kadrları  ciddi  senzuraya  məruz  qalmış  “Atarı 


124 
yəhərləyin”  (“Qanlı  zəmi”)  filmini  bunlara  misal  göstərmək  olar 
[246]. 
Qaçaq Nəbinin ölümündən sonra çox sayda tərəfdarı çarizmin 
yerlərdəki  danosçularının,  onun  haqlı  cəza  olaraq  məhv  etdiyi 
erməni  zülmkarlarını,  təqiblərindən  qurtulmaq  üçün  Qacarlar  İranı 
və Anadoluya köçmək məcburiyyətində qalmışdılar [72, s.164-166]. 
AMEA  A.A,Bakıxanov  adına  Tarix  İnstitutu  Elmi  Şurasının 
qərarı  ilə  nəşr  edilmiş  “Qubadlı:  Qədim  Azərbaycan  torpağı 
Zəngəzurun  qapısı”  adlı  kitabda  [109]  və  bu  sətirlərin  müəllifinin 
1988-ci  ildən  başlayaraq  Qaçaq  Nəbi  haqqında  araşdırmaları  həm 
də  xalqımızın  dəyərli  övladları  Qaçaq  Nəbi  və  Həcər  xanım 
haqqında  yaxın  tariximizdən  xəbərsiz  bəzi  nadanların  elmi-tarixi 
həqiqətlərə  zidd  olan,  düşmən  dəyirmanına  su  axıdan,  xalqın 
sevdiyi,  şəninə  mahnılar,  şeir,  nəğmələr  qoşduğu,  şair, 
yazıçılarımızın  poema,  povest,  hekayə,  romanlar  həsr  etdiyi, 
incəsənət xadimlərimizin kinolar çəkdiyi bu qəhrəmanlar haqqında 
əsassız iftiralarına da cavabdır [240]. Həcərin Nəbidən sonra guya 
ki,  erməniyə  ərə  getdiyi  haqda  heç  bir  əsası  olmayan  sərsəm 
cəfəngiyyat uyduranlara mənbələrlə, sənəd, sübutlarla tərəfimizdən 
lazımi cavablar verilmişdir [246]. 
Eynilə, Qaçaq Nəbi və Həcərin övladlarının olmaması, yaxud 
sağ  qalmaması  barədə  tarixşünaslığımızda  uzun  illər  yer  almış 
iddiaların  əsassızlığı  da  son  illər  üzə  çıxan  faktlarla  təkzib 
olunmuşdur.  Bu  xalq  qəhrəmanlarımızın  hazırda  Qubadlı 
rayonunda, Avstriyada, Türkiyədə törəmələri yaşayır, şərəfli soyun 
ənənələrini ləyaqətlə davam etdirirlər [226]. 
Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman 
davası"  adlı  əsərində  yazırdı  ki,  1905-ci  ildə  ermənilərin  Sisian 
kəndində  törətdiyi  qırğınlardan  sonra  müsəlmanlar  toparlanaraq 
Vağudi  kəndində  onlara  törətdikləri  vəhşiliklərin  cavabın  verdilər, 
başçıları  «Qafqaz  ermənilərinin  qubernatoru  Stepanyans»  da 
içlərində  olmaqla,  “Bu  vuruşmada  ermənilər  tərəfdən  400  nəfərin 
öldürüldüyü təxmin edildi» [223a,153]. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə