147
Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da,
qəzanın özündə bu qərara qarşı olan güclü, nüfuzlu qüvvələrin
mövcud olması, onların müqaviməti ilə bölgənin zorla qopalıraq
Ermənistanın idarəçiliyinə keçirilməsi dərhal baş verməmiş,
gecikmişdi. Yəni Zəngəzurun ermənilərə verilməsi prosesi təkcə
Mərkəzdə həll olunmurdu, yerlərdə-Zəngəzurun faktik iki yerə
bölünmüş hissələri arasında da kəskin mübarizə gedirdi. Bu
və digər
məsələlər barədə indiyədək ətraflı tədqiqatlar aparılıb, arxiv
sənədləri öyrənilmədiyindən bu haqda ətraflı bəhs etməyə ehtiyac
vardır.
Cənubi Qafqazda sovet hakimiyyətinin ən gec bərqərar
olduğu ərazi Zəngəzur olmuşdur. Bunun səbəbi isə Zəngəzurun
yarıdan çoxunun - Gorus, Qafan, Sisyan, Mehri bölgələrinin ABŞ,
Böyük Britaniya, Fransanın silahlandırdığı erməni daşnak hərbi
hissələrinin girovluğunda qalması ilə bağlı idi. Bu dövlətlər
Qafqazın yenidən Rusiya tərkibinə keçməsi ilə heç cür barışmaq
istəmirdi [172, s.217-218].
18 sentyabr 1920-ci il tarixində Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinin və Təşkilat Komitəsinin birgə
iclasında çıxarılan qərarda qeyd edilir ki, indiyədək laçınlı Sultan
bəy Sultanovun yerli silahlı dəstələri ilə birlikdə daşnak hökuməti
ilə aparılan mübarizə nəticəsiz qalmışdır, Sultan bəy və bandası
ləğv olunmalıdır. Zəngəzurda daşnak hökumətini ləğv edərək
sovetləşməni başa çatdırmaq üçün XI Qızıl Ordunun 28-ci
diviziyası general Semyonovun komandirliyi ilə bölgəyə göndərilir.
O, böyük nüfuz sahibi olan, yerli şəraitə yaxşı bələd olan, Qori
seminariyasında oxuyarkən rus dilində mükəmməl danışıb yazmağı
bilən Zəngəzur qəza milis idarəsinin rəisi Aslan bəy Sultanovun
qüvvələri ilə birləşməyin labüd olduğunu dərk etmişdi [4, s.24-26].
Aslan bəy birgə döyüş planını, hərbi əməliyyatların sxemini
hazırlayır. İlk növbədə “Daşnak hökuməti”nin başçısı general
Nijdenin qərargahını mühasirəyə almağı təklif edir. Qızıl Ordu
hissələri ilə Aslan bəyin yerli qüvvələrinin birləşməsinin ona yaxşı
heç nə vəd etmədiyini anlayan Nijde hiyləgər fənd işlədir. Xüsusi