139
görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyə-
tinə bərabər tutulur, ona görə də hərbi hissələr onun tabeliyinə
keçməlidir.
Bu, çox ciddi
tələbə heç bir cavab gəlmir, Xosrov bəy yenidən
hökumətə yazır ki, Qarabağda hərbi hissələrin mənə tabe
edilməsinin zəruriliyi haqqında dəfələrlə verdiyim bəyanata
baxmayaraq, indiyə qədər cavabsız qalmışdır. Mənim tərəfimdən
bildirilmişdir ki, bu cür tabe edilmə qətiyyən mövcud qanunlarla
ziddiyyət təşkil etmir. Məsələnin vacibliyinə və təxirəsalınmazlığına
baxmayaraq, Azərbaycanın bu vilayətinin taleyi bu məsələnin həlli
ilə bağlıdır [3, s.129-131].
O yazırdı ki, indiki vaxtda Qarabağ məsələsinin həll
edilməsinin mənim cavabdehliyimdə olduğunu nəzərə alaraq xahiş
edirəm hərbi hissələrin Qarabağın general-qubernatoruna tabe
edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib,
hərbi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin
edəsiniz. Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik
hisslərindən çıxış edirəm. Nə üçün? Ona görə ki, vilayətdə hərc-
mərclik olmasın, vilayət özbaşına buraxılmasın, Hökumətin
Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi vəziyyətlə,
mövcud qanunlarla bəraət qazandırılmayan qeyri-müəyyən və
anlaşılmayan münasibət bəsləyən ermənilərin hakimiyyətinə
verilməsin. Xosrov bəy növbəti məktublarında bölgədəki
Azərbaycan ordu hissələrinin də durumundan ətraflı bəhs edirdi O,
Hərbi nazirliyə tabe olan hissələrdəki əsgərlərin ayaqqabı, geyim,
patron çatışmazlığından, hətta itaətsizliyə gətirib çıxaran vəziyyətin
kəskinliyindən, neçə aydır şəxsən ona vəd olunan patronları
almadığından yazır, Qarabağ, Zəngəzurdakı vəziyyətin böhranlı
həddə çatdığını, Qarabağ qubernatorluğuna aid ərazilərin
məsələsinin birdəfəlik qəti həlli üçün hərbi sursatla 2 min əsgərin
onun tabeliyinə keçirilməsini, əks təqdirdə özünün istefaya
göndərilməsini israrla təkid edirdi. Mövcud real vəziyyət də bunu
tələb edirdi və Xosrov bəy israrında tamam haqlı idi [3, s.129-131].