132
yolla silah aparan Erməni Milli Şurasının üzvləri həbs edilərək
Qarabağ ərazisindən çıxarılmışdı [110 s.49]. Top, haupitsa,
pulemyotlarla silahlanmış, nizami süvari və piyada dəstələrinə
malik olan daşnak ordu hissələrinə [164, s.228] qarşı yerli
özünümüdafiə dəstələri bəzən sarsıdıcı zərbələr də vurur, erməniləri
itkilərə məruz qoyurdu” [42, s.44-47].
Lakin acı təəssüflər olsun ki, ermənilərin aldığı belə sarsıdıcı
zərbələrdən sonra AXC silahlı qüvvələri yaranmış vəziyyətdən
istifadə edərək Zəngəzur və Qarabağda erməni mövcudluğuna son
qoymaq fürsətini əldən verdi. Qarabağda baş verən hadisələrin
mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin
ortalarından başlayaraq aprel 1920-ci ilin aprelin son günlərinədək
Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər
Fətəlixan Xoyski və Nəsib bəy Usubbəyova ünvanlandığı xeyli
məktub, teleqram, raportları, xüsusən Qafqazda əsas söz sahibi olan
ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı
müzakirələrdən dərhal sonra - 22 avqust 1919-cu il Milli Şuraya
göndərdiyi - Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış
vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər adlı məlumat-
məruzəsi, eləcə də Andranikin 1918-ci il sentyabrın 4-də Zəngəzura
ayaq basdığı gündən tökdüyü qanlar, onun məqsədi, hərəkət planları
barədə qəza rəisi Məlik Namazəliyevin Gəncə, ardınca da Bakıya
göndərdiyi onlarla məktub, teleqram da Milli Şuranı, AXC
hökumətini lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə
keçməyə sövq edə, inandıra bilmədi. Hələ üstəlik 1918-ci ilin qanlı
mart qırğınlarından sonra da, hətta Nuru paşa komandanlığında
Bakının işğaldan azad edilməsindən sonra belə ermənilərin
həyasızlıqla AXC-nin Bakıdakı hökumət strukturlarında
möhkəmlənmək, parlamentdə daha çox yer tutmaq səylərinə lazımi
cavab verilmədi, sanki heç nə olmamış kimi ermənilərin Bakıda
yenidən qol-qanad açmalarına imkan yaradıldı. AXC Parlamentində
erməni fraksiyası 5, Daşnaksütyun fraksiyası 7 deputatla təmsil
olunurdu [240]. Erməni siyasilərinin və silahlı quldur dəstələrinin
əsas ideya, maddi təminatçılarından biri Bakıda yaşayan, mart
133
qırğınlarının, Nuru paşa qoşunlarına qarşı müqavimətin
təşkilatçılarından, daha sonra Paris sülh konfransında Azərbaycan
əleyhinə mübarizəsini davam etdirən general Baqratuni də həmin
dövrdə Bakıda mənfur fəaliyyətini sərbəstcə davam etdirirdi [244].
1919-cu ilin iyulunda Zəngəzurda böyük potensiala malik
erməni-daşnak nizami qoşun hissələri mövcud idi. Onlar Qızılboğaz
keçidi vasitəsilə Ermənistan hökuməti ilə əlaqə saxlayırdılar. 1919-
cu ilin oktyabrında Zəngəzurun gəlmə erməni əhalisini
azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı qaldırmaq üçün
buraya xüsusi təxribat qrupları göndərilmişdi. Zəngəzura
Ermənistandan yeni nizami qoşun hissələrinin göndərilməsi
planlaşdırılırdı. Bölgədə Ermənistan hökumətinin silahlı
qüvvələrinin iştirakı ilə AXC-yə qarşı hazırlanan qiyamın qarşısını
almaq, ölkənin ərazi bütövlüyünü təmin etmək və əhalini
qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti onun öz torpağı
olan bu qəzaya qoşun dəstəsinin göndərilməsini qərara aldı. Bu
məqsədlə Hərbi nazirlik 1919-cu il oktyabrın 30-da “Zəngəzur
ekspedisiyası” adlanan xüsusi dəstə yaratdı. Dəstənin rəhbəri 1-ci
piyada diviziyasınm komandiri, general-mayor Cavad bəy Şıxlinski
idi. Dəstə iki qrupdan ibarət idi. Birinci dəstədən ibarət qrupa
general-mayor Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət
ikinci qrupa isə polkovnik Levestam komandirlik edirdi. Birinci
dəstə tərkibinə görə daha böyük idi və qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsində əsas zərbə qüvvəsi kimi nəzərdə tutulmuşdu.
Onun tərkibinə 2-ci Zaqatala piyada alayının bir taboru və 8
pulemyotu, 2-ci Qarabağ süvari alayının 4 bölüyü və 4 pulemyotu,
3-cü Şəki süvari alayından 2,5 bölük və 2 pulemyot, 2-ci dağ-topçu
diviziyasından iki topu olan 4-cü batareya daxil idi. Bütövlükdə,
dəstədə 1 tabor, 6,5 bölük süvari, 14 pulemyot və 2 top var idi.
Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən
Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət
edən birinci, habelə sağ və sol dəstələr qəza mərkəzi Gorusa bitişik
Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni
silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji
134
yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük
əhəmiyyətə malik idi. Birinci dəstə Dığa doğru şimaldan hərəkət
etməli idi. Zəngəzur dəstəsinin rəisi general-mayor C.Şıxlinskinin
əmrinə əsasən, Birinci dəstə noyabrın 3-də hücuma başlamalı,
dəstənin piyada bölmələri 2 ədəd topla Sultan-kənd, süvari
bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada
döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan
mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara
tapşırıldı. Noyabrın 4-nə keçən gecə yerli partizanlar Keçəldağ
strateji yüksəkliyini tutub, orada möhkəmlənməli, sonra isə hərbi
hissə və bölmələr hücuma qoşulmalı idilər. Bölgədə
azərbaycanlıları sıxışdırmağa çalışan ermənilər də bu döyüşə ciddi
hazırlaşmışdılar. Onların Dığ və Gorus ətrafında 6 minədək canlı
qüvvəsi, 4 qaubitsası və 2 ədəd topu var idi. Atəşlərin dəqiq və
dağıdıcı olması göstərirdi ki, topçular təcrübəli zabitlərdirlər. Süvari
qoşunları ən azı 3 bölükdən ibarət idi. Dığ istiqamətində aparılan
döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu
əldə saxlamaq mümkün olmadı. Düşmən qüvvələrinin çoxluğu və
onların dağ şəraitinin imkanlarından səmərəli istifadə etmələri,
təminat məsələlərinin vaxtında həll olunmaması, irəli getmək üçün
ərazidə münasib yolların olmaması və onların çoxunun Andranikin
dəstəsi tərəfindən dağıdılması Azərbaycan qoşun hissələrinin
hücumunu səngitdi. Ona görə də noyabrın 3-dən 7-dək Dığ
istiqamətində aparılan döyüşlərdə AXC ordusunun qoşun bölmələri
qarşıya qoyulan vəzifələri yerinə yetirmədən ilkin mövqeyə
qayıtmalı oldular. General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı
hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur
dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayını verilməsi ilə
döyüş tapşırığını uğurla yerinə yetirmək mümkündür. Lakin
Zəngəzur ekspedisiyası qarşıya qoyulan vəzifəni yerinə yetirmədi,
hərbi əməliyyat başa çatdırılmadı. [252].
Əməliyyatın gedişində özünümüdafiə dəstələri mərdliklə
vuruşsalar da nizami erməni hərbi hissələrinin qarşısında duruş
gətirmək üçün mümkün deyildi. Ermənilər həmin soyuq noyabr
Dostları ilə paylaş: |