141
«bir quldurun yanına «deleqat» göndərmək, onu kağız vasitəsilə
quldurluqdan mən qılmaq və ya həddini bildirmək üçün teleqram
vasitəsilə təhdid etmək nə hökumətimizin şəninə layiqdir, nə ingilis
komandasının və bir də məşhur məsəldir ki, «Quran oxumaqla
donuz darıdan çıxmaz», quldurların qabağına lazım olan qədər güc
göndərmək istər ki, dəstəsini də, özünü də dəstgir edib məhkəmə
qarşısına gətirsin və cəzasına çatmaq üçün mühakiməyə verilsin».
Ü.Hacıbəyov Qarabağda «zülmü sitəmə məruz qalan müsəlmanları
tezliklə xilas etməyi», «vaqeənin getdikcə böyüyüb əngəl olmağına
imkan verməmək üçün» Andronikin hərəkətlərini necə olursa-olsun
dayandırmağı Hökumətdən tələb edir.
O günlərin qəzetləri Xosrov bəyin fəaliyyətinə geniş yer
ayırırdı. «Наше время» qəzeti 1919-cu il 13 iyun tarixli sayında
yazırdı: «8 iyunda Qarabağda qanlı hadisələrə dair Van kilsəsi
yanında mitinqdə qəbul edilmiş aşağıdakı qətnamə Müttəfiq
Dövlətlərə, beynəlxalq təşkilatlara göndərilmişdir və bu
müraciətdən də Xosrov bəyin erməni planlarına qarşı ən böyük
maneə olduğu görünür: “3. Qarabağda daimi olaraq sakitliyi və
qayda-qanunu pozan məşhur türk agenti və Azərbaycan general-
qubernatoru Xosrov bəy Sultanov və bütün Azərbaycan hərbi
hissələri Qarabağdan çıxarılsın.”[3, s.129-131].
X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri
N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348
saylı məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini
təmin etmək üçün Zəngəzurun mərkəzi Gorusu tutmağın zəruriliyini
bildirir, bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş
piyada və atlı əsgər göndərilməsini xahiş edir. İyunun 5-də
Ağdamdan yenə N.Yusifbəyliyə göndərdiyi teleqramda 4 iyunda
Şuşada ermənilərin günahı ucbatından baş verən toqquşmanın
qarşısının alındığını, iyunun 6-da erməni kazarmalarının alınacağını
qeyd edir. 26 iyulda S.Mehmandarova Şuşadan göndərdiyi 3743
saylı məlumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı
üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınmasının
vacibliyini, hazırda Zəngəzurda çox sayda maldarların əhəmiyyətli
142
yüksəkliklərdə, dağlarda, ermənilərin isə arxada olduğunu,
Bazarçay, Qızıl Boğaz yaxınlığında məskunlaşmış malakan
əhalisinin də Azərbaycan hakimiyyətini tanıdığını, bunndan ötrü
onların öz nümayəndələrini qəza milisinin rəisi Aslan bəy
Sultanovun yanına göndərdiklərini, Zəngəzur məsələsinin birdəfəlik
həlli üçün hərbi hissə və xalq milisi dəstələrinin birlikdə Bazarçay
kəndini almasına sərəncam verməyini israrla xahiş edirdi. Bildirirdi
ki, hətta, Mərcanlı maldarları (Cəbrayıl rayonunun aran bölgəsində
heyvandarlıqla məşğul olan, 3-4 kəndi birləşdirən obalar-H.A)
döyüşçülərin azuqəsi üçün bir neçə yüz iri buynuzlu heyvan
verməyə də razılaşıblar» [167, s.4].
X.Sultanov 1919-cu il dekabrın 14-də Daxili İşlər nazirinə
göndərdiyi məktubda Zəngilan əhalisinin ermənilərdən müdafiəsi
üçün ora kömək göndərilməsinin vacibliyini bildirir, 1920-ci ilin
martın 23-də Şuşadan baş nazir N.Yusifbəyliyə göndərdiyi
teleqramda Zəngəzur uyezdinin rəisindən ermənilərin Zəngəzurda
bütün cəbhə boyu müxtəlif istiqamətlərdən yeni hücuma
hazırlaşdıqları ilə bağlı həyəcanlı məlumat aldığını, onların başlıca
məqsədinin Qarabağla birləşmək olduğunu, kömək və ilk növbədə
yerli partizan dəstəsi üçün təcili patron göndərməyi xahiş edir.
Onların patronlarının ancaq bir döyüşə kifayət edəcəyini yazır.
General Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının
Zəngəzura göndərilməsinə sərəncam verməyi israrla xahiş edir.
Martın 24-də göndərdiyi teleqramda vəziyyətin getdikcə
gərginləşdiyini, artıq Xankəndi və Şuşada döyüşlərin getdiyini,
hücumun qarşısı alınsa da, atışma getdiyini, Şuşanın Şuşukənddən
toplarla atəşə tutulduğunu, Ağdam-Şuşa arasında olan teleqrafın
kəsildiyini, çarəsiz əhalinin bu vəziyyətdən qəzəbləndiyini, təcili
olaraq əsgəri yardım, başlıcası patronla kömək göstərilməsini israrla
xahiş edir [167, s.4].
Bölgənin durumu, hadisələrin gedişi haqqında analoji
məlumatlar eyni zamanda Azərbaycanın Gürcüstandakı daimi
nümayəndəliyinə,
Gürcüstanın
Xarici
İşlər
Nazirliyinə,
müttəfiqlərin Qafqazdakı ali komissarı general Uodropa, onun müa-
143
vini polkovnik Reyo, Fransanın hərbi missiyasının rəhbəri
polkovnik Nonakura və İtaliyanın Qafqazdakı hərbi missiyasının
rəhbəri polkovnik Qabbaya da göndərilmişdi. AXC Parlamentinin
iclas stenoqramlarında və digər qaynaqlarda həmin qanlı günlərdə
onlarla ziyalının, el-oba ağsaqqalının, Hökumət tərəfindən vəkil
edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları
ilə
1919-cu
ilin
noyabrından
göndərilən
xəbərdarlıq
teleqramlarından, dekabrın ilk günlərindən - Njdenin hücumları
başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, erməni qət-
liamlarının tükürpədən gerçəkliklərinin əks olunduğu teleqramlar
arxivlərdə saxlanır [3, s.4].
Millət vəkili Cəlil Sultanov Zəngəzur və Qarabağdan AXC
Parlamenti və Hökumətinə, həm də ayrı-ayrılıqda «Müsavat»,
«İttihad», «Sosialistlər» fraksiyalarının rəhbərlərinə, Zəngəzurdan
seçilmiş digər həmkarı Mirzə Sadıq Axundzadəyə bir-birinin
ardınca teleqramlar göndərərək vəziyyətin nə qədər ciddi, ağır
olduğunu bildirir. Bu teleqramların əksəriyyəti Parlamentdə deputat
həmkarları tərəfindən oxunur, müzakirə olunur, rəsmi
«Azərbaycan» qəzetində dərc edilirdi [3, s.4-5].
1919-cu il yazın sonlarında Şuşanı tamam ələ keçirmiş
Erməni Milli Şurasının silahlı qüvvələrinə qarşı əməliyyata
başlayan Xosrov bəyə İngilis nümayəndəliyinin atəşi dayandıraraq
dərhal Şuşadan geri çəkilmək barədə ultimatumu çatdırılır. Lakin
Xosrov bəy bu ultimatumu rədd edərək Azərbaycan hökumətinə
tabe olan dinc erməni əhalisinin can, mal varlığına təminat verib,
bütün erməni əsgərlərini tərksilah edir, onların tutduqları kazar-
maları boşaldıb AXC əsgərlərini yerləşdirir, bundan sonra iyunun
10-da təkcə ermənilər, iyunun 27-də isə müsəlman və erməni əhalisi
Şuşada qurultay çağırıb AXC hökumətinə tabe olduqlarını bəyan
edən qətnamə qəbul edirlər, xüsusi barışıq komissiyası yaradırlar.
İyulun 29-30-da Baş nazir Yusifbəyli, Gəncə qubernatoru
Rəfibəyov, Hərbi Nazir Mehmandarov Şuşada erməni, müsəlman
əhali ilə, məscid və kilsə qarşısında görüşüb çıxış edirlər, avqustun
20-də Qarabağ ermənilərinin 7-ci qurultayında seçilmiş 20 nəfər
Dostları ilə paylaş: |