ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə46/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

144 
nümayəndənin imzası ilə Xosrov bəyin iştirakı ilə Dağlıq Qarabağ 
ermənilərinin Azərbaycan hökuməti ilə 26 maddəlik müvəqqəti mü-
qaviləsi imzalanır, erməni təmsilçiləri avqustun 28-də Bakıya gəlib 
Yusifbəyli  ilə  görüşürlər,  AXC  hökumətinə  tabe  olduqlarını 
bildirirlər. Xosrov bəy Şuşada daimi əmin-amanlıq yaratmaq üçün 
aclıqdan əziyyət çəkən ermənilərinə 100 pud un payladır [3, s.42]. 
C.Sultanov  yazırdı  ki,  silahının  gücünü  Zəngəzurun  həmişə 
təqiblərə  məruz  qalmış,  məzlum,  bədbəxt  müsəlman  əhalisi 
üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri 
barədə  hökumətə  dəfələrlə  xəbər  verilmişdir.  Zəngəzur 
müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç 
bir  real  tədbir  görülməmişdir.  Hökumətin  fəaliyyətsizliyindən  əl-
qolu  açılan  Zəngəzur  erməniləri  nizami  hissələrin  köməyi  ilə 
birləşmiş  Qarabağ  qüvvələri  kimi  hərəkət  edib  bütün  yolüstü 
müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı 
tutmaq,  Şuşanı  almaq  qərarına  gəliblər.  Bu  qərar  indi  icra  edilir. 
Xankəndində  əhalinin  müdafiəsi  tapşırılan  qarnizon  Bakıdan  əmr 
verilmədən  müdafiəyə  başlamağa  cəsarət  etmir.  Cinayətkar 
ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, 
Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə 
vaxt  ayırmağa  sizdən  sonuncu  dəfə  xahiş  və  tələb  edirik,  kömək 
edin.  Zəngəzurun  qazısı  Bəhlul  Behcət,  deputat  C.Sultanov  AXC 
rəhbərliyinə  teleqramlarla  məlumat  verirdilər  ki,  hazırda  Fərəcan, 
Göyyal, Çərəli (Qubadlı rayonu ərazisi - H.A)…8 kənd yanır, tüstü 
göyün üzünü bulud kimi alıb. Düşmənə qarşı müqavimət göndərən 
yerli qüvvələr dənizdə bir damladır. Xahiş edirik tədbirlər görəsiniz. 
Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz [3, s.223]. 
Növbəti  teleqramda  bildirirdilər  ki,  artıq  ermənilər 
Zəngəzurun  3-cü  sahəsini  (Qubadlı  rayonu  -  H.A)  işğal  etdilər. 
Hücum  4-cü  sahədə  və  Cəbrayıl  qəzasının  sərhədində  gedir. 
Ermənilərin  8  topu,  60  pulemyotu  var,  qoşunları  mütəşəkkildir. 
Patronları,  silahları  olmayan  müsəlmanlar  geri  çəkilməyə 
məcburdurlar.  Zəngəzurda  artıq  hər  şey  bitib.  Mərkəzdən  heç  bir 
kömək  ala  bilməyən,  tam  ümidsizlik,  çarəsizlik  içərisində  qalan 


 
 145
 
AXC-nin Zəngəzurdan seçilmiş deputatı teleqramda ürək ağrısı ilə 
yazırdı:  «Həlak  olmuş  Zəngəzur  müsəlmanları  sizə  cansağlığı 
diləyirlər.  Zəngəzurlular  nə  qədər  ağlasalar  da,  onların  iniltisi 
cavabsız  qaldı,  heç  kəs  onların  köməyinə  gəlmədi.  Qadınların 
döşləri  kəsilib,  uşaqların  başları  kəsilib,  bədənləri  qan  içindədir. 
Ermənilərin  əllərinə  düşən  gözəl  qızlar  zorlanır.  Zəngəzurda 
düşmənə  müqavimət  göstərmək  üçün  kişilər  həddindən  artıq  azdır 
və onların kənardan köməyə bütün ümidlərini itiriblər» [3, s.223]. 
Bu  millət  vəkili  daha  sonra  bildirirdi:  «bu  gün  axşam  vaxtı 
qəza  rəisi  ili  birlikdə  Cəbrayıla  gəldim.  Açıq  səma  altında 
Zəngəzurdan  təzəcə  gəlmiş  on  minlərlə  lüt,  ac  qadın  və  uşaq 
qaçqınları  gördüm.  Zəngəzur  qəzası  İrəvandan  on  top  və  pu-
lemyotlarla  gəlmiş  nizami  ordu  tərəfindən  tamamilə  məhv 
edilmişdir.  Vuruşmada  iştirak  edən  nizami  erməni  ordusunun  sayı 
on  minə  çatır.  Ermənilərin  döyüş  meydanında  qalmış  ölüləri 
arasında  bir  neçə  ingilis  əsgəri  də  vardı.  Xocahan  və  Zabux 
arasındakı  bütün  yüksəkliklər  ermənilər  tərəfindən  tutulmuşdur. 
Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla 
və  pulemyotlarla  məhv  edilmişdir.  Bu  gün  Zəngəzur  qəzasının 
dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə 
kəsib  ayıraraq  onun  da  axırına  çıxırlar.  Zəngəzurda  tam  haki-
miyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün 
heç  bir  vəsait  yoxdur.  Hökumətin  köməyinə  ümidini  itirən  əhali 
bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata 
görə,  sabah  Zəngəzur  tərəfdən  Cəbrayıl  qəzasına  hücum  başlanır. 
Məqsəd  Qarabağ  erməniləri  ilə  birləşməkdir.  Nəticədə  Naxçıvanla 
əlaqəni  tamam  kəsmək,  beləliklə  də  həm  Qarabağ  və  həm  də 
Naxçıvan  məsələsini  birdəfəlik  həll  etməkdir.  Qarabağın  dağlıq 
hissəsinin  erməniləri  surətlə  üsyana  hazırlaşırlar.  Hökumətin 
cinayətkarcasına  fəaliyyətsizliyi  Zəngəzur  və  Qarabağın  məhvinə 
gətirib  çıxarıb.  Artıq  kağız  üzərindəki  etirazlara  son  qoymaq,  iki 
yüz mindən  yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib 
çıxarmış  xain  xatisovların  təntənəli  ziyafətləri,  Azərbaycanın 
erməni  təbəələrinin  həyasızlığı  yetər.  Xahiş  edirəm  təcili  tədbir 


146 
görün  ki,  heç  olmasa  Şuşa  və  Cəbrayıl  qəzaları  xilas  edilsin.  Hər 
dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və 
satqınlığa bərabərdir» [3, iş 40]. 
Bölgə əhalisinin düşdükləri çox ağır vəziyyət, dinc adamların 
məruz  qaldıqları  qeyri-insani  məşəqqətlər  bu  sənəddən  aydın 
görünürdü: «Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən 
ermənilərlə  əhatə  olunmuşuq,  onların  bütün  əməlləri  və  rəftarları 
bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların 
köməyinə  nizami  qüvvələr  gəlib.  Onların  top  və pulemyotları  var. 
Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb 
mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə 
və  pulemyotu  olan  bir  neçə  zabit  göndərin.  Əgər  göndərməsəniz, 
xəbər  verin  ki,  biz  vaxtında  öz  kəndlərimizi  tərk  edək,  yoxsa  biz 
bilirik ki, xilas ola bilməyəcəyik» [62, iş 40]. 
AXC Xarici İşlər Nazirliyi isə dekabrın 3-dən başlayaraq hər 
tərəfə  nota  göndərməkdə  idi.  Sonradan  yaradılmış  Fövqəladə 
Təhqiqat Komissiyasının məruzəsindəki faktlardan göründüyü kimi 
[17,  s.223-225]  AXC  Hökumətinin  müraciətlərinə  baxmayaraq, 
ermənilər  Zəngəzurun  ardınca,  Xosrov  bəyin  vaxtında  etdiyi 
xəbərdarlığın eyni ilə, Cəbrayıl və Cavanşir qəzalarında da hücum 
və qırğınları eyni amansızlıqla davam etdirmişdir. 
1920-ci ilin əvvəllərində daxili və xarici hərbi-siyasi durumu 
çox ağır olan və günü-gündən pisləşən AXC-nin Baş naziri 4 fevral 
1920-ci  il  tarixdə  Ermənistanın  Baş  naziri  Xatisova  ünvanladığı 
teleqramda  yazırdı  ki,  «Zəngəzur  müsəlmanlarının  tamamən  yox 
edilməməsi üçün» Azərbaycan Ordusundan «bir miqdar əsgəri qüv-
və  o  bölgəyə  göndərilmişdir  və  bu,  23  noyabr  1919-cu  il 
anlaşmasına  zidd  deyildir».  Həmin  sözügedən  anlaşmadan  sonra 
Ermənistanın  hökumət  qoşunları  Dro  komandanlığında  qanlı 
qırğınları daha böyük vəhşiliklə davam etdirirdi [36, v.8]. 
Xarici  havadarların  təzyiqi  nəticəsində  İrəvan  kimi  «yağlı 
tikəyə» asanlıqla yiyələnmiş, bu səxavətdən şirniklənmiş ermənilər 
İrəvanın ardınca Zəngəzuru da zor-güc yolu ilə almaq fikirindən əl 
çəkmədilər. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə