136
hüdudlarından çıxması barədə ultimatum verilməsini, yuxarı
Qarabağ ərazisindəki əslində mövcud olan ikihakimiyyətliyə son
qoyulmasını, imtina edib çıxmadıqları təqdirdə, AXC-nin hərbi
hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə icazə və
kömək istəyir, İranla sərhəd bölgələrində dayanmış 600 nəfərlik
top-tüfəngli hərbçilərin bir qisminin onun sərəncamına
göndərilməsini rica edirdi, xəzinədən ayrılmış pulun, hərbi
geyimlərin hələ də gəlib çatmadığını yazır, erməni silahlı
qüvvələrinin Laçında ağır itkilərə məruz qalmasından
sonra bir daha
özlərinə gələ bilmələrinə imkan verməmək üçün bunun vacibliyini
əsaslandırır və İrəvandan Azərbaycan torpaqlarının qəsbinə
yönələn, uzağa hesablanan hərbi yürüşlərinin qarşısının alınmalı
olduğun yazır, təhlükə barədə dönə-dönə xəbərdarlıq edirdi:
«...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik, Azərbaycanda
hərc-mərclik yaranacaq» deyirdi. O, ingilislərin təşəbbüsü və
vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan
müqavilələrin ermənilərin xeyrinə olduğunu, bununla vaxt qazan-
dıqlarını, imkan düşdükcə öz bəd əməllərini davam etdirəcəklərini,
AXC hərbi dəstələrinin Şuşa və Laçından çıxarılmasının
yolverilməz olduğunu, ingilis siyasətinin Zəngəzur və Qarabağı
Azərbaycandan qoparmağa yönəldiyini, iki qonşu xalq arasında
münasibətləri hədsiz kəskinləşdirdiyinə dair sənədlər, sübutlar,
müraciətlər göndərirdi. Onun “Qarabağda ingilislərin siyasəti ilə
bağlı yaranmış vəziyyət və onun aradan qaldırılması üçün zəruri
tədbirlər” [35, s.44-47] raportu 1918-1920-ci illərdə Zəngəzurda baş
verən hərbi-siyasi hadisələrin mahiyyətini anlamaq, AXC Hökumət
və Parlamentinin mövqeyini dəyərləndirmək baxımından çox əhə-
miyyətlidir.
O, yeni yaranmaqda olan Milli Ordu hissələrinin Zəngəzurda
Andranik, Njde, Dro komandanlığında nizami qoşunlara qarşı
kortəbii, cəsarətsiz, pərakəndə döyüşlərinin şahidi idi. Təlim
keçməmiş, silahla davranmağı bacarmayan, regionun sərt iqliminə,
dağlıq relyefinə bələd olmayan, bığ yeri təzəcə tərləmiş əsgərlərin
qırılmasını da, bir çoxu rus, ingilis, ermənilərlə əlbir olan zabitlərin