ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

116 
onu  məşhurlaşdırdı.  Nəbi  həbsxanadan  qaçdıqdan  sonra 
düşmənlərinə divan tutmaq məqsədilə öz ətrafına qisasçıları yığaraq 
dəstə  yaratdı.  Onlar  hökumətə  qarşı,  əsasən,  partizan  müharibəsi 
üsulundan  yararlanırdılar.  Qaçaq  Nəbinin  Qarabağ  cinsindən 
seçilmiş Bozatı, türk beşatılanı da məşhur idi. Nəbinin dəstəsinə ilk 
qoşulanlardan biri onun qardaşı Mehdi oldu. Nəbinin həyat yoldaşı 
Həcər  də  onunla  birlikdə  çar  hərbi  hissələrinə  qarşı  vuruşmalarda 
yaxından  iştirak  etmiş  və  xalq  arasında  çox  tanınmış,  sevilmişdi. 
Həcər xanım dəstədə gözəl dost və ağıllı məsləhətçi hesab olunurdu. 
O,  həm  də  mahir  nişançı  idi.  Qori  müəllimlər  seminariyasının 
məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş P.Vostrikov 
yazırdı: «Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun 
atının sürətli çapacağında belə  gülləsi  hədəfdən  yayınmırdı. Həcər 
həm  də  Nəbinin  ən  birinci  köməkçisi  idi”  [109,  s.110].  Nəbinin 
dəstəsindəki  qaçaqların  sayının  getdikcə  artması  və  xalqın  ona 
sevgisi  yerli  hökumət  nümayəndələrini  təşvişə  salırdı.  Yerli 
məmurlar  Tiflisdəki  canişinlikdən  əlavə,  çar  II  Nikolaya  da 
yazdıqları  məktubda  göstərilirdi  ki,  Zəngəzurda  və  ətraf  qəzalarda 
çoxlu müdafiəçiləri olan «Nəbinin başçılığı ilə Naxçıvan, Ordubad 
və  Sisianda  qaçaq  hərəkatı  genişlənib  təhlükəli  bir  şəkil 
almışdır»[109, s.112]. 
Nəbiyə  düşmən  olan  erməni  hampaları  tərəfindən  qardaşı 
Mehdinin  1894-cü  il  iyulun  20-də  Qarçıvan  kəndində  xəyanət, 
işgəncə  ilə  öldürülməsinin  əvəzini  Nəbi  ermənilərdən  çıxmış, 
onlardan layiqli intiqam almışdı. Xəyanətkar ermənilərə layiqli dərs 
olan  Qarçıvan  hadisəsi  uzun  müddət  xalqın  yaddaşından  yaşamış, 
dillər əzbəri olmuşdur. Əhvalat belə olmuşdur; Qaçaq Nəbi iyulun 
23-də  öz  dəstəsi  ilə  kəndə  girməzdən  əvvəl  silahdaşlarından  iki 
nəfərini çapar qiyafəsində Ordubad həbsxanasından qaçmış Qəmbər 
adlı birisini qabaqlarına qataraq Qarçıvan kəndinə göndərir. Guya o, 
həbsdən  qaçdığından,  pristav  tərəfindən  tutulub  Gorusa 
göndəriləcəkdi.  Çapar  kəndə  çatan  kimi  dərhal  kənd  hampalarına 
xəbər  verir,  onların  arxasınca  da  qəza  rəisi  və  kazaklar  libasında 
Qaçaq  Nəbinin  dəstəsi  kəndə  daxil  olurlar.  Qaçaq  Nəbi  ilə  gedən 


 
 117
 
«kazaklar»  18  nəfər  atlı  idi.  Kəndin  hampaları  və  keşişləri  rəisi 
pişvaza  çağırırlar.  Qaçaq  Nəbini  qarşılayan  hampaları  məsləhət 
bəhanəsilə kilsəyə çağırırlar və kilsənin qapısını bağladıqdan sonra 
onların  bütün  əmlaklarını  alırlar.  Qaçaq  Nəbi  erməni  varlılarından 
əldə  etdiyi  qənimətin  bir  qismini  yoxsullara  paylamış,  qalan 
hissəsini 17 dəvəyə yükləyib Arazın o tayına keçirmişdi. O dövrün 
qəzetlərinin  yaymış olduğu məlumatda hampa və  varlı keşişlərdən 
qarət edilmiş əmlakın dəyəri 29 min rubla dəyirdi [109, s.116-118]. 
Qaçaq  Nəbi  yorulmadan  çar  hökumətinə  qarşı  mübarizəsini 
davam etdirirdi. Təkcə 1895-ci ilin sentyabr ayında Qaçaq Nəbi bir 
həftə  ərzində  Maku,  İrəvan,  Şərur-Dərələyəz,  Naxçıvan  və 
Zəngəzur qəzalarında məmurlara və düşmənlərinə divan tutmuşdu. 
Sentyabrın  6-da  Qaçaq  Nəbinin  dəstəsi  Naxçıvan  qəzasında 
tacirlərin  mallarını  əllərindən  alıb  kasıblara  paylatmışdı.  İrəvan 
qəzasının  Vedi  kəndindən  qaçaq  Xanbala  Sultan  oğlu  və  Sibir 
sürgünündən qaçmış qaçaq Heydər vedililərdən ibarət otuz nəfərlə 
birlikdə  Qaçaq  Nəbinin  dəstəsinə  birləşmiş,  səksən  nəfərlik  dəstə 
sentyabrın  8-də  vedililəri  alçaldıb,  incidən  İsmayıl  Yusif  oğlunu, 
qoçularını cəzalandırmışdı. Sentyabrın 12-də Uz kəndi yaxınlığında 
Dərələyəz  pristavı  və  Moses  Markarov  adlı  varlı  bir  ermənidən 
müxtəlif  əşyalar,  üç  tüfəng  və  337  patron,  Osip  Sarkisovdan  bir 
tüfəng  və  57  patron,  habelə  onların  atlarını  alaraq  çıxıb  getmişdi. 
Lakin Nəbinin dəstəsi Dulus, Ağkənd, Binis, Təzəkənd və Hortuyüz 
kəndləri  ətrafında  kazaklarla  vuruşmadan  sonra,  Zəngəzur  və 
Naxçıvan  qəza  rəislərinin  başçılıq  etdiyi  hökumət  qüvvələri 
tərəfindən  təqib  olunduğundan  Salvartı  dağlarına  çəkildilər. 
Sentyabrın  16-da  Qaçaq  Nəbinin  növbəti  dəfə  Naxçıvana  qayıdışı 
İrəvan qubernatoru A.A.Frezenin Cənubi Qafqaz diyarının baş rəisi 
A.S.Şeremetyevə  ünvanladığı  təliqəsində  belə  təsvir  olunur:  «O, 
Naxçıvanda  peyda  olanda,  onun  tərəfindən  varlıların  qarət 
olunacağı, düşmənlərindən qisas alınacağı və qışı İranda keçirəcəyi 
kimi şayiələr yayılmağa başladı. Buna görə də, kazaklar, könüllü və 
sahə  komandaları  xəbərdar  edilmiş,  həmçinin  Qaçaq  Nəbinin 
keçəcəyi  ehtimal  olunan  dağ  yerlərində  və  dərələrin  ayrı-ayrı 


118 
yerlərində  gizli  mühafizə  qərargahları  qurulmuşdu.  Sentyabrın  16-
da  səhər  mühafizəçilər  Qaçaq  Nəbinin  dəstəsinin  Nəsiravaz  dağ 
keçidini keçməsi haqqında məlumat verdikdən sonra Ordubad şəhər 
pristav köməkçisi Mehdi bəy Hacıyevin, Ostrouxovun və uryadnik 
Məmməd  Rahimin  komandaları  vaxt  itirmədən  Nəsiravaz  kəndinə 
doğru  getdilər.  Qaçaq  Nəbinin  dəstəsini  burada  tapa  bilməyən 
hökumət  qüvvələri  Gel  kəndində  gecələdikdən  sonra  səhər 
axtarışlarını  davam  etdirdilər.  Ordubad  şəhər  pristav  köməkçisi 
Mehdi bəy Hacıyev könüllü dəstənin izi ilə gedərək Arpadərə adlı 
yerdə  qaçaq  dəstəsi  ilə  üz-üzə  gəldi  və  şiddətli  atışma  başlandı. 
Pristav  köməkçisi  Qaçaq  Nəbinin  öhdəsindən  gələ  bilməyəcəyini 
anlayaraq, Ostrouxovun dalınca adam göndərməklə onu da vuruşma 
yerinə  tələsdirdi.  Tezliklə  döyüş  yerinə  poruçik  şahzadə  Şahruxun 
başçılığı  ilə  kazak  dəstəsi  də  gəlib  çıxdı.  Tərəflər  arasında  döyüş 
axşama  kimi  davam  etdi.  Sayca  üstün  olan  hökumət  qüvvələrinə 
müqavimət  göstərmək  əhəmiyyətsiz  olduğundan  Qaçaq  Nəbi 
qaranlığın  düşməsindən  istifadə  edərək  oradan  uzaqlaşdı. 
Atışmalarda  qaçaq  dəstəsindən  iki  nəfər  öldürüldü»[246].  Həmin 
gün  Nəbinin  qələbəsi  ilə  başa  çatmış  atışmalarda  iştirak  etmiş 
Mehdi  bəy  Zeynalabdinbəyov  yazırdı:  «1895-ci  il  sentyabr  ayının 
16-da  «Donuzqıran»  adlanan  yerdə  40  nəfərdən  ibarət  məşhur 
Qaçaq  Nəbinin  dəstəsini  izləyərək  ...  Çənnab  kənd  yüzbaşısı  Ter-
Sarkisov  ilə  birlikdə  qaçaq  dəstəsi  ilə  atışdım  ...  .  Buna  görə 
qubernator  general-leytenant  Frezedən  mükafat  olaraq  qızıl  saat 
aldım» [109, s.120]. 
Məlumatlara  görə,  Zəngəzur,  İrəvan,  Naxçıvan  bölgələrində 
çox  sayda  kəndin  əhalisi  Nəbinin  köməyi  ilə  ağır  vergi  yükündən 
xilas  ola  bilmişdi.  Qaçaq  Nəbi  hökumətdən  və  varlı  kəndlilərdən 
alınmış  qənimətin  yalnız  zəruri  olduğu  qədər  yüngül  bir  hissəsini 
tez-tez  yerini  dəyişən  dəstəsinə  götürür,  qalan  hamısını  yoxsul 
kəndlilərə paylayırdı. Onlar da öz növbəsində  Qaçaq Nəbidən heç 
nəyi  əsirgəmirdilər.  Kəndlilər  lazım  gələndə  qaçaqları  patronla, 
ərzaqla  təmin  edir  və  başqa  vasitələrlə  kömək  edirdilər.  Hətta, 
qaçaqları gizlədərək öz evlərində saxlayırdılar. Məsələn, Naxçıvan 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə