ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

92 
nəticəsində  8  tatar  öldürülmüş,  meyitlərin  başları  bədənlərindən 
qoparılmış, bəzilərinin sağ əli və sağ qulaqları kəsilmişdir. Meyitlər 
elə eybəcər hala salınmışdır ki, bütün bunlar şəriət qaydalarına görə 
Qaryagin  qəzasının  müsəlmanları  arasında  çaxnaşma  yaratmışdır. 
Qətllərin  bütün  iştirakçıları  təhvil  verilənədək  təqsirkar  erməni 
kəndlərində cərimə kəsilmişdir [223a, s.264]. 
1905-ci  il  mayın  22-də  Ərəfsə  kəndindən  Seyid  Adıgözəl 
yoxa  çıxır.  Bu  hadisə  Sisian  kəndinin  200  evdən  ibarət 
azərbaycanlılar  daha  çox  həyəcanlandırır.  Sisian  kəndi  Ağkənd, 
Əlili,  Təzəkənd  və  Dulus  kəndlərinin  əhatəsində  yerləşirdi.  Noya-
brın  23-də  sisianlılar  Təzəkənd  kəndini  iki  tərəfdən  mühasirəyə 
alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə qaçırlar. Üç gündən sonra 
sisianlıların  Comərdli  və  digər  türk  kəndlərinin  köməyi  ilə 
Təzəkəndə hücumları baş tutur. Noyabrın 26-da ətrafındakı erməni 
kəndlərindən  Təzəkəndə  gələn  ermənilər  Sisian  üzərinə  birgə  hü-
cuma  keçirlər.  Azərbaycanlılar  çoxlu  itki  verdikdən  sonra  kəndin 
ortasındakı təpənin üstündə yerləşən köhnə qalanın qalıqları arasına 
çəkilirlər. Ermənilər 50-yə qədər evi yandırıb, kəndin mal-qarasını 
özləri ilə aparırlar. Əsgərlərin kəndə gəlib yetişməsindən sonra silah 
gücünə  Sisian  ermənilərdən  təmizlənir.  Sisianlılardan  50-dən  çox 
ölən  və  yaralanan  olur.  Ermənilərdən  5  nəfər  öldürülür.  Bu 
münaqişədən sonra bölgədə bir müddət sakitlik hökm sürür [A-do, 
s.279-280]. 
O dövrün müasirlərindən biri olan müəllif öz kitabının «Sisian 
kəndinin  əhvalatı»  bölməsində  həmin  hadisələri  belə  təsvir  edir: 
«Ermənilər  böyük  və  qüvvətli  dəstə  yaradaraq  müsəlmanların 
yaşadıqları Sisian kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları 
və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni 
quldurları  kənd  əhalisindən  20  nəfərini  öldürdü,  xeyli  insan  isə 
yaralandı.  Müsəlmanlar  az  olsa  da,  bu  şəhidlərin  əvəzini  çıxdılar. 
Bir  neçə  saat  atışmadan  sonra  ermənilər  geri  qayıtdılar.  Həmin 
günün  səhəri  Sisian  kəndinin  əhalisindən  bir  neçə  nəfər  Qalaya 
(Şuşaya – H.A.) gələrək imkanları daxilində tüfəng və patronlar alıb 
kəndə  gətirdilər.  Bununla  yanaşı,  onlar  Sisian  kəndinin  ətrafında 


 
 93
 
yerləşən  müsəlman  kəndlərinə  müraciət  edib  kömək  istədilər. 
Sisiana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan 
Dərəbas kəndinin azərbaycanlıları kəndi tərk etmişdilər [153, s.94]. 
Onlar kəndi hər tərəfdən mühasirəyə  alaraq kəndin içinə doldular. 
Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə 
olan  övrət-uşaqlarla  işləri  olmayıb  onları  döyüş  meydanından 
kənara  çıxarırdılar.  Müsəlman  igidləri  Dərəbas  kəndində  öz 
əməliyyatlarını  başa  çatdırdıqdan  sonra  geri  qayıtdılar.  Səhəri  gün 
isə Lor kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli 
zərbələr  endirərək  böyük  qənimətlə  Sisiana  qayıtdılar  [153,  s.94]. 
Bu  qaynaq  sübut  edir  ki,  Zəngəzur  igidləri  dinc  müsəlman 
əhalisinin canı və malını mühafizə etmək üçün əllərindən gələnləri 
etməyə çalışırdılar. 
Həmin ilin sonlarında - dekabrın 17-də erməni silahlı dəstələri 
102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli 
kəndlərinə  hücum  edirlər.  Kiçik  Cicimli  tamamilə  darmadağın 
edilir,  Böyük  Cicimli  kəndinin  əhalisi  qaçmağa  müvəffəq  olsa  da, 
evləri  qarət  edilir.  Hətta  erməni  müəllifi  A-do  özü  ermənilərin  bu 
hərəkətini vəhşilik adlandırır [223a, s.267]. 
O  dövrdə  Sisiandan  Gorusa  gedən  yol  Ağudi  və  Vağudi 
kəndlərindən  keçirdi.  Ətraf  kəndlərdə  yaşayan  ermənilər  Gorusa 
getmək  üçün  ya  Ağudi  və  Vağudinin  ərazisindən  keçməli,  ya  da 
yollarını  dəyişib  dağlar  və  dərələrlə  getməli  idilər.  Ona  görə  də 
ermənilər Ağudi və Vağudi kəndlərini dağıtmağı qərara almışdılar. 
A-donun  yazdığına  görə,  dekabrın  25-də  böyük  bir  erməni  silahlı 
dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək 
Vağudi  kəndinə  çəkilirlər.  Kənddə  qalanların  bir  hissəsi  isə 
məsciddə  gizlənmişdi.  Hücum  edən  ermənilərin  bir  hissəsi  kəndin 
girəcəyindəki mövqelərdə qalmış, digər hissəsi isə kəndə soxulmuş, 
evləri  yandırıb  dağıtmağa  başlamışdı.  Bu  zaman  Şəki  kəndinin 
sakinləri köməyə çatırlar və döyüşün gedişi dəyişir. Bundan sonra 
ətrafdakı  azərbaycanlı  kəndlərindən,  eləcə  də  Dərəbasdan  köməyə 
gəlirlər. Kəndə hücum edən ermənilər mühasirəyə düşürlər və onlar 
geri  çəkilmək  məcburiyyətində  qalırlar.  Bu  hücum  zamanı 


94 
ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər [223a, 
s.281-282]. 
XX  əsrin  əvvəllərinin  görkəmli  elm  və  mədəniyyət 
nümayəndələrindən  biri  olan  M.M.Nəvvab  ermənilərin  Sisian 
kəndinin  ardınca  Vağudi  kəndində  törətdikləri  vəhşilikləri  belə 
təsvir edir: «Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans 
adlı  bir  qımdatın  rəhbərliyi  altında  atlanaraq  Vağudi  müsəlman 
kəndinə  hücum  etdilər.  Vağudi  kəndi  Sisian  mahalında  yerləşirdi. 
Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mü-
hasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük 
etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağudi kəndinin əhalisi 
tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində 
müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən 
atəşə  tutmağa  başladılar.  Birinci  atışmada  müsəlman  igidləri  əlli 
nəfərdən  çox  erməni  vurub  yıxdılar.  İkinci  atışmada  isə  ölən 
ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar «Ya Allah», 
«Ya Əli, səndən mədəd» deyib, daha şiddətli atəş açmağa başladılar 
və  yüz  nəfərəcən  erməni  öldürdülər.  Ermənilərə  rəhbərlik  edən 
Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu za-
man  müsəlmanların  atəşindən  üç  güllə  ona  dəyib  yerə  sərdi. 
Ermənilər  öz  başçılarının  yerə  yıxılaraq  çapaladığını  görən  kimi 
qaçmağa  başladılar.  Müsəlmanların  təqib  etdiyi  ermənilərin  bir 
hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. 
O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət ol-
masın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli 
titrəyə-titrəyə  qoynundan  bir  dəstə  əskinas  çıxarıb  dişi  ilə  parça-
parça  etdikdən  sonra  yıxılıb  öldü.  İrəli  gəlib  gördülər  ki,  həmin 
əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə 
bir  neçə  min  manat  pul  var  imiş.  Belində  də  bir  onaçılan  qəribə 
tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb. 
O kağızda bu sözlər yazılıbmış: «Qafqaz ermənilərinin qubernatoru 
Stepanyans». Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər. 
Bu  vuruşmada  ermənilər  tərəfdən  400  nəfərin  öldürüldüyü 
təxmin edildi» [223a,153]. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə