ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

98 
qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini 
tapmışdı.  Məlik  Abbasov  qəza  rəisindən  erməni  quldurlarının 
cəmləşdiyi  Şıxavuz  və  Qaragöl  kəndlərindən  hər  hansı  birinə  100 
kazak  əsgərinin  göndərilməsinin  bölgədə  quldurluğun  qarşısının 
alınmasına yardımçı olacağını vurğulayır. Məlik Abbasov 4-cü sa-
hədə  sakitliyin  bərqərar  olmasında  mehrili  Keşiş  Ter  Vahanın, 
lehvazlı  Kərbəlayı  Mehdi  Hacı  Allahverdi  oğlunun,  oğlanları  ilə 
birgə 
David 
Axpercanovun, 
ağdərəli 
Həsənqulu 
bəy 
Sərməstbəyovun  xidmətlərinin  olduğunu  yazırdı  [48,  v.62]. 
Hakimiyyət orqanları gözdən pərdə asmaq üçün bəzi dekorativ təd-
birlər  də  görürdü.  Məsələn,  Zəngəzur  qəza  rəisinin  tapşırığı  ilə 
yerlərdə  barışıq  komissiyaları  yaradılmışdı.  Lakin  həmin 
komissiyaların fəaliyyəti Daşnaksutyun partiyasının məramına zidd 
idi. Ona görə də komissiya üzvlərinə qarşı terror aksiyaları həyata 
keçirirdilər. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-
cı  ildə  Qafqaz  canişininə  göndərdiyi  raportda  Daşnaksutyun 
partiyasının  Bığ  kəndindəki  muzdlu  qatili  Peto  adlı  erməninin  üç 
naməlum  erməni  ilə  birlikdə  barışıq  komissiyasının  üzvləri  Hacı 
bəy  Məlik  Şəfiyevi  və  Molla  Hacı  Mir  Əbdüləzim  oğlunu  qətlə 
yetirdikdən  sonra  həmin  kənddə  gizləndikləri  qeyd  edilmişdi  [48, 
v.62]. 
1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq 
erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları 
arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, azərbaycanlılar isə 
30  nəfər  itki  verir.  Bundan  sonra  erməni  silahlı  dəstələri 
azərbaycanlılar  yaşayan  Pul,  Ərikli,  Şükar  və  Məliklər  kəndlərinə 
hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məc-
bur  etmişdilər.  150  azərbaycanlı  ailəsi  didərgin  vəziyyətdə,  açıq 
səma altında yaşamağa məcbur qalmışdı [223a, s.288]. 
Romanovun  yerli  müstəmləkə  rejimi  erməni-azərbaycanlı 
qarşıdurmalarında  ya  ermənilərin  tərəfini  saxlayır,  ya  da  bütün 
qanunsuzluqlara  göz  yumurdular.  Gorus  sahəsinin  azərbaycanlıları 
25  iyul  1906-cı  ildə  Qafqaz  canişininə  teleqram  göndərərək 
Zəngəzur  qəzasının  rəisi  Mitkeviçin  öz  vəzifəsinin  öhdəsindən 


 
 99
 
gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 
9-da  Gorusun  müasir  silahlarla  silahlanmış  erməni  terrorçuları 
Eyvazlar  və  Davudlu  kəndlərinin  elatlarına  qəfildən  hücum  etmiş, 
çobanı  yaralamışdılar.  Müsəlmanlar  qorxu  içərisində  qaçaraq 
Ağudü  və  Vağadi  kəndlərinə  sığınmışlar.  Ermənilər  eyvazlıların 
900  qoyununu,  davutluların  isə  600  qoyununu  və  300  iribaşlı 
heyvanını  aparmışlar.  Elatlar  arana  təhlükəsiz  enmək  üçün  qəza 
rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, 
yolların  təhlükəsizliyi  təmin  ediləcək  və  təqsirkarlar  cəzalandırıla-
caq.  Qəza  rəisinə  inanan  elatlar  yola  çıxmış,  lakin  yenidən 
ermənilərin hücumuna məruz qalmışdılar. Pusquda duran ermənilər 
iki tərəfdən hücum edərək bu dəfə eyvazlıların 50 baş iribuynuzlu 
heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir 
görmək istəmədiyini görən tərəkəmələr Qafqaz canişinindən onlara 
vurulan  ziyanın  ödənməsini  və  yeni  qəza  rəisinin  təyin  edilməsini 
xahiş etmişdilər. Lakin sayı-hesabı bilinməyən belə müraciətlər bir 
qayda olaraq, nəticəsiz qalırdı [109, s.146]. 
Bakı  mətbuat  orqanlarından  biri  –  H.Z.Tağıyevin  vəsaiti 
hesabına çap olunan rusdilli «Kaspi» qəzeti 12 sentyabr 1906-cı ildə 
erməni  qəzeti  «Nor-Xosk»  («Yeni  söz»)  qəzetinə  istinadən  xəbər 
verirdi ki, Ordubada Zəngəzurdan təqribən min nəfər var-dövlətini 
itirən müsəlman qaçqınları gəlib. Qəzet həmin çılpaq və ac-yalavac 
qaçqınların  dəhşətli  görkəmləri  olduğunu,  onların  vəziyyətlərinin 
düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı [109, s.149]. 
«Kavkaz»  qəzetinin  Gorusdan  verdiyi  xəbərə  istinadən  «Kaspi» 
qəzeti həmin tarixli nömrəsində yazırdı ki, avqustun son günlərində 
Ucanis,  Akarak  və  digər  erməni  kəndlərinin  silahlıları  Sultanlıq, 
Əhməd  bəy  Qışlağı,  Qurban  Qışlağı,  Atqız,  Fərəcan,  Xatın  bağı, 
Saldaş  və  Göyyal  kəndlərinə  hücum  edərək  15  qadın  və  kişini 
öldürmüş,  bütün  tikililəri  yandırmış,  20  oğlan  uşağını  əsir 
aparmışdılar. Daha sonra qəzet xəbər verirdi ki, Zəngəzur qəzasının 
3-cü  polis  sahəsinin  tatar  kəndlərindən  Çullu,  Danzaver,  Ağvanlı, 
Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən 
isə İncəvar, Karxana, Xələc kəndləri tamamilə dağıdılmış və viran 


100 
qoyulmuşdur.  Xüsusən  Karxana  kəndinin  bütün  sakinlərini 
doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız 
kəndlərinin ciddi zərər gördüklərini yazırdı [109, s.150]. 
Yenə  də  «Kaspi»  qəzeti  «Kavkaz»  qəzetinə  istinadən  22 
sentyabr 1906-cı il tarixli 203-cü sayında yazırdı ki, sentyabrın 4-də 
Tatev və digər  erməni kəndlərinin silahlıları Ağvanlı və Danzaver 
kəndlərinə  hücum  etmişlər.  Sonuncu  kəndin  bütün  əmlakını  və 
tikililəri  yandırmış,  üç  nəfəri  qətlə  yetirmiş,  4  nəfəri  yaralamış  və 
bir nəfəri əsir götürmüşlər [109, s150]. 
Zəngəzurda etnik təmizləmə aparmağı qarşıya başlıca məqsəd 
kimi  qoymuş  erməni  silahlı  dəstələri  boşaltdıqları  azərbaycanlı 
kəndlərində  erməniləri  məskunlaşdırırdılar  ki,  bir  daha  geri 
qayıtmaları mümkün olmasın. «Kaspi» qəzeti 11 oktyabr 1906-cı il 
tarixli  sayında  yazırdı  ki,  Zəngəzur  qəzasının  Harar  kəndindən  30 
erməni ailəsi özbaşına olaraq Cavanşir qəzasının Umudlu kəndində 
məskunlaşıb.  Təqribən  100  ailədən  ibarət  həmin  kəndin  digər 
sakinlərinin isə Şuşa qəzasının Xankəndi kəndi ətrafındakı tatarlara 
məxsus  ərazidə  məskunlaşmaq  üçün  yola  çıxdıqları  qeyd 
olunmuşdur [109, s.151]. 
XX  əsr  görkəmli  Azərbaycan  ədəbi  xadimi  M.S.Ordubadi 
«Qanlı  illər»də  1906-cı  ildə  Zəngəzur  qəzasının  5-ci  sahəsində 
ermənilərin törətdikləri qırğınlar haqqında müfəssəl məlumat verir. 
O, yazırdı ki, 1906-cı ilin yayında ermənilər Şuşa qəzasında məğlub 
olduqdan və öz niyyətlərinə çata bilmədikdən sonra  əsas  güclərini 
Zəngəzurun 5-ci sahəsinə yönəltmişdilər. Bu sahədə mis mədənləri 
və  Oxçu  dərəsindəki  böyük  və  coğrafi  mövqeyinə  görə  strateji 
əhəmiyyətli  azərbaycanlı  kəndləri  yerləşirdi.  Bu  müəllif  Oxçu, 
Şəbədək, Pirdavdan və Atqız kəndlərinin müsəlmanlarının ən cəsur 
və şücaətli adamlar olduqlarını, erməniləri dəhşətə saldıqlarını qeyd 
edirdi.  Ermənilərin  Qafan  dərəsində  topladıqları  silahlı  qüvvələri 
kifayət  etmədiyindən  daşnaklar  tərəfindən  İrəvandan,  Gümrüdən, 
Abarandan, Sörəyeldən əlavə quldur qüvvələri çağırılmışdı. Şuşada 
məğlub  edilən  erməni  silahlıları  iyulun  sonlarında  mis  mədənləri 
yerləşən  Qatar  tərəfə  göndərilmişdi.  Müasir  silahlarla  və  toplarla 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə