ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

 
 101
 
təmin  edilən  ermənilər  avqustun  9-da  Oxçu-Şəbədək  kəndlərinə 
hücum  edirlər.  Köhnə  silahlarla  silahlanan  azərbaycanlılar  4  gün 
ermənilərə  müqavimət  göstərmiş,  onları  mövqelərindən  çıxararaq 
Kecalan  erməni  kəndinə  qovmuş  və  nəhayət,  erməniləri  məğlub 
etmişlər. Erməni komandirləri Qatardakı ehtiyat hissələrini və ətraf 
erməni  kəndlərindəki  silahlıları  da  cəlb  edərək  avqustun  14-də 
Oxçu-Şəbədək  kəndlərini  işğal  edirlər.  Silah-sursatı  tükənən 
azərbaycanlılar  Saqqarsu  dağına  çəkilirlər.  Kəndi  tərk  edə 
bilməyənlərin hamısını ermənilər qətlə  yetirib bir-birlərinin üstünə 
qalaqlamışdılar. Tək-tək sağ qalanlar çıl-çılpaq Ordubada və Cəbra-
yıl  qəzasının  kəndlərinə  pənah  aparmışdılar.  Bu  qanlı  cinayətin 
təsvirindən  aydın  olur  ki,  XX  əsrin  sonlarında  Xocalıda  törədilən 
soyqırımının  analoqu  həmin  əsrin  əvvəllərində  Saqqarsuda 
törədilmişdir.  Ordubaddan  Yelizavetpol  qubernatoruna  vurulan 
yüzlərlə  teleqramdan  sonra  general-qubernator  Ordubada  bir  rota 
draqun  süvarisi  göndərir.  Saqqarsuda  toplaşan  800  nəfərə  yaxın 
ordubadlı  könüllülərin  də  köməyi  və  1000  nəfərə  yaxın  Oxçu-
Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək 
kəndləri  ermənilərin  işğalından  azad  edilir.  Sağ  qalan  əhalinin 
yenidən  öz  kəndlərinə  qaytarılması  prosesi  başlanır.  Ordubad 
tərəfdən  gələn  silahlı  dəstələrdən  ağır  zərbə  alan  ermənilər 
qırğınlara ara verməyə məcbur olmuşdular [156, s.138-140]. 
Zəngəzurda  yaşanan  hadisələrə,  erməni  quldurlarının 
törətdikləri vəhşiliklərə dövrün müəlliflərindən heç kəs laqeyd qala 
bilmirdi.  Zəngəzurda  törədilən  qırğınlar  Mirzə  Rəhim  Fənanın 
«1905-ci il hadisəsi»  kitabında, qısa da olsa, işıqlandırılmışdır. O, 
yazırdı  ki,  Şuşa  qalasındakı  dava  xəbəri  ildırım  sürətilə  elatlara 
çatdıqdan sonra onlar dağlardan arana enmək qərarına gəlirlər. Şuşa 
köçərilərinin bəziləri dağdan enən zaman Minkənd kəndinin erməni 
məhəlləsində yaşayanlar arasında toqquşma baş verir. Bu hadisənin 
sədası Gorus məntəqəsinə yetdikdə, minlərlə erməni hərəkətə gəlib 
dağlar  döşündə,  dərələr  küncündə  məskunlaşan  yerli  ac-susuz  və 
silahsız  azərbaycanlıların  üzərinə  tökülərək  qarışqa  kimi  onları 
dağıdıb,  birinə  də  aman  vermədən  uşaqlı-böyüklü  hamısını 


102 
vəhşicəsinə qətlə yetirib sonradan yandırırlar. Ermənilər Malıbəyli, 
Qarıqışlaq, müsəlman Minkəndi, Bozlu, Sümüklü, Türklər, Sultanlı, 
Əcəbli, Qarz, Qazı, Qurdəli və s. kimi kəndlərə hər yerdən hücum 
edib onları viran qoyurlar. M.R.Fəna daha sonra yazırdı:  «Atmağa 
bir  silahı  belə  olmayan  əliyalın  camaatın  üzərinə  düşmən  coşmuş 
dəniz  kimi  tökülüşür.  Bu  günahsız  insanlara  qarşı  göstərilən  zülm 
və  vəhşət  ancaq  mənfur  ermənilərə  xas  xüsusiyyətdir  ki,  onun 
şərhini  qələmə  almaq  üçün  daş  ürəkli  və  polad  təbiətli  olmaq 
gərəkdir. Hadisə bir bununla bitmir, Sisian mahalına, Bərgüşad və 
Həkəri  dərəsinə  qədər  yayılır...  Bu  zavallıların  can  və  mal  itkiləri 
həddindən  artıq  çox  olur.  Bununla  yanaşı,  qaladərəli  ermənilər 
saylarının,  yaraq-yasaqlarının  çox  və  yerlərinin  möhkəm  olmasına 
güvənərək  islam  ümmətinin  yollarını  bağlamağa  başlayıb,  zəif 
müsəlman  qonşularına  həmlələr  edib,  ələ  düşən  müsəlmanı 
öldürmüşlər.  Bu  biçarə  müsəlmanlar  saylarının  az  və  silahlarının 
olmaması  səbəbindən  müqavimət  göstərə  bilməyib  məğlub 
olmuşlar.  Lakin  Bağırbəyli  davasında  müsəlmanlar  çoxsaylı 
ermənilərin böyük əksəriyyətini qətlə yetirib onların hücumunu dəf 
etməyə  müvəffəq  olmuşlar.  Qaladərəlilər  müsəlmanlara  vurduğu 
zərərə  və  törətdikləri  cinayətlərə  görə  lazımi  qisasa  məruz 
qalmadılar.  Belə  ki,  onlardan  ciddi  hesab  istənilmədi.  Həkəri 
dərəsində Əliquluuşağı deyilən erməni kəndinin sakinləri öz yerləri-
ni  boşaldıb  qaçsalar  da,  zərərsiz  keçinə  bilmədilər  [153,  s.91-92]. 
Həmin müəllif daha sonra ac-yalavac Zəngəzur qaçqınlarının vəziy-
yətini belə təsvir edirdi: «Noyabr ayının ikinci günündə [1636-cı il] 
öz  yerlərindən  didərgin  düşən  Zəngəzur,  Malıbəyli  əhli  payızın 
şiddətli  sazağı  yetdikcə,  Zəngəzur  məntəqələrində  qalmağa  imkan 
bulmayıb  ac  və  üryan  övrət-uşaqla  bir  yerə  yığılıb  köç  edərkən 
Xocalı postunda duran kazaklar qarşısından keçdikləri zaman yolun 
alt və üstündə pusquda duran ermənilər küçə tərəf atəş açırlar (bu 
məqam  1992-ci  il  aprelin  26-da  ermənilərin  Xocalıda  törətdikləri 
qırğınların  ssenarisini  xatırladır  –  H.A.).  Kazaklarla  söhbət  edən 
quldurların  başçısı  naxçıvanikli  Hatəm  bəy  Pirimov  açılan  atəşin 
köç  tərəfindən,  guya  kazaklara  tuşlandığını  söyləyir.  Bu  sözdən 


 
 103
 
sonra kazaklar heç nə söyləmədən köç əhlinə hücum edərək onları 
gülləboran  edirlər.  Zavallılardan  bir  ölür  və  dördü  isə  yaralanır. 
Məzlumların  naləsi  göyə  ucaldıqda,  onların  günahsız  olduqları 
kazaklara məlum olur». M.R.Fəna daha sonra qeyd edirdi ki, həmin 
Hatəm  bəyi  Daşnaksutyun  partiyasına  etdiyi  xəyanətə  görə 
ermənilərin özləri qətlə yetirirlər, onun qardaşı Şəmir bu hadisədən 
sonra  ermənilərdən  üz  döndərib  müsəlmanların  tərəfinə  keçmiş, 
ailəsi ilə birgə Muğanlı kəndinə köçür və Kərbəlayı Kazımım evinə 
sığınmışdı  [153,  s.131-132].  Rəsmi  hakimiyyət  orqanlarının 
cinayətkar laqeydliyi, bəzi hallarda isə dəstəyi ilə müşayiət olunan 
erməni 
vəhşiliklərinə 
qarşı 
tədricən 
azərbaycanlıların 
təşkilatlanması, «Difai» partiyasının ermənilərin terroruna tutarlı ca-
vab verməsi də onların silahlı qarşıdurmadan əl çəkmələrinə səbəb 
olmuşdu.  Lakin  bunlara  baxmayaraq  qırğınlara  son  qoyulanadək 
Zəngəzurda  və  Qarabağda  yüzlərlə  kəndi  ermənilər  viran 
qoymuşdular.  Ümumiyyətlə,  ermənilər  təkcə  həmin  ilin  iyul 
ayından  başlamış  avqust  ayının  axırına  kimi  Zəngəzurun  Xələc, 
Karxana,  Qatar,  İncəvar,  Çöllü,  Yeməzli,  Saldaşlı,  Mollalar, 
Batman,  Oxçu,  Şəbədək,  Atqız,  Pirdavdan,  Zurul,  Guman,  İyilli, 
Sənəli, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq kəndlərini 
viran  qoymuş,  əhalisini  qətlə  yetirmişdilər.  Milli  münaqişələr  böl-
gədə  genişmiqyaslı  dağıntılara,  çoxsaylı  qətllərə  səbəb  olmuşdur. 
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə, 1905-1906-cı 
illərdə  Zəngəzur  qəzasında  43  müsəlman,  14  erməni  kəndi 
dağıdılmışdı  [156,  s.136].  Digər  erməni  müəllifi  A-do  dağıntılara 
məruz qoyulmuş aşağıdakı 43 azərbaycanlı kəndinin adlarını çəkir: 
Bayandur,  Hələk,  Binəyeri,  Kosalar,  Malıbəyli,  Cağazur,  Çaylı, 
Kalavalax,  Novruzlu,  Cecimli,  Hacılar,  Bağırbəyli,  Qarahunc, 
Unanav,  Kürdlər,  Ağvani,  Danzaver  (Armudlu),  Sisian,  Ağdü, 
Dərəbas,  Pul,  Ərikli,  Şükar,  Məliklər,  Yeməzli,  Xəştap,  Almalı, 
Karxana, Qatar, Cibilli, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, 
Atqız, Pirdavdan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq və b. [223a, s.305-
306]. Bir çox tarixi qaynaqlardan məlum olur ki, qanlı-qadalı 1905-
1906-cı  illər  ərəfəsində  Zəngəzur  qəzasında  mövcud  olmuş  406 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə