88
edilirdi ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən
8-i erməni prokurora verdikləri ifadələrində göstərmişlər ki, onlar
80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın
hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı
alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər.
Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David
Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında
saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı
ilə kəndlə-
ri gəzir, pul yığır və həmin pulla güllə alır.
Həmin sənəddə göstərilir
ki, oktyabrın 13-də keşiş Ter-Arutyunovun evində Cəbrayıl
qəzasının rəisi Qaranı öldürmək üçün püşkatma keçirilmişdir.
Püşkatma nəticəsində üç nəfərə – xınzirəkli Arsen Dadaniyevə,
Ballıcalılı (Şuşa qəzası – H.A.) Baxşı Musaelova və irəvanlı Surenə
ölüm hökmünü icra etmək həvalə edilmişdir» [51, s.12-13].
Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də
Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol
qubernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-
cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin
edildikdən sonra bacanağı – qarakilsəli Vağarşak Safrazbəyovun
göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdü. Əsilov
və Safrazbəyovun fəaliyyəti nəticəsində sahənin erməni və
azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı
düşmən kəsilmişdilər. Qəza rəisi R.Pfelerin səyi ilə Əsilov 1-ci
sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar
başlanandan dərhal sonra Əsilov yenidən 1-ci polis sahəsinə gəlmiş,
erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük
iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə
qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala
bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili
tədbirlər görməyi xahiş etmişdi [49, s.41].
1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları
qırğınlar mart ayında İrəvana da sirayət etmiş, may ayından etibarən
isə Naxçıvan qəzasında şiddətli toqquşmalarla davam etdirilmişdi.
Lakin erməni terrorçu dəstələrinin Naxçıvan qəzasında törətdikləri