ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

 
 73
 
cinayətkar siyasəti nəticəsində Zəngəzurda müsəlman əhaliyə qarşı 
törədilmiş  qırğınlardan  sonra  bir  çox  kəndlərin  müsəlman  əhalisi 
qaçqın  düşsə  də,  onların  əksəriyyəti  bir  müddətdən  sonra  doğma 
yurdlarına geri qayıtmış, öz həyatlarını yenidən qurmağa müvəffəq 
olmuşdular.  Zəngəzur  bölgəsinin  demoqrafik  mənzərəsini,  əhali 
məskunlaşmasını,  etnik  tərkibini,  eləcə  də  etnoqrafiyasına  dair  ən 
dolğun  məlumatlar,  bəzi  təhriflərə  baxmayaraq,  S.P.Zelinskiyə 
məxsusdur. Onun erməniləri görüb tanıyıb, həmsöhbət olub gəldiyi 
qənaətlər hətta, üstündən əsr ötsə də, tamamilə həqiqətə uyğundur, 
reallığı əks etdirir. O, Zəngəzurla bağlı tədqiqatında qeyd edirdi ki, 
Zəngəzur erməniləri kobudluqları və söhbətcil olmamaqları ilə seçi-
lirdilər, onlar qətiyyən inkişaf etməmişlər və bu mənada Zaqafqazi-
yanın digər ermənilərindən geri qalırdılar. Daim özünümüdafiə qay-
ğısı  tələb  edən  yerli  şərait  bu  ermənilərdə  ürkəklik  yaratmışdı. 
İnamsızlıq və şəkki-şübhə buradakı ermənilərin səciyyəvi cəhəti idi. 
Onlar  demək  olar  heç  kimə  inanmırlar  və  daim nədənsə  qorxurlar 
[186, s.12]. S.P.Zelinski daha sonra qeyd edirdi ki, bu yerlərdə sığı-
nacaq  tapmış  ermənilər  öz  xəyanətkarlıqlarının  girovu  olduqların-
dan onlar taleyin hər cür sınaqları ilə üzləşmiş, zaman-zaman «düş-
mənlər» tərəfindən sıxıntılara və təzyiqlərə məruz qalmış, talan edil-
mişlər.  Bu  da  onlarda  yuxarıda  sadalanan  keyfiyyətləri  yaratmaya 
bilməzdi [186, s.12]. Yeri gəlmişkən, bu keyfiyyətlər Cənubi Qaf-
qazın erməni əhalisinin böyük bir hissəsi üçün xarakterik idi. Ona 
görə də Zəngəzur və Qarabağda yaşayan ermənilər özləri üçün yaşa-
yış yerlərini gediş-gəliş yollarından aralı seçirdilər. 
Rusiya imperiyasının bütün mövcudluğu dövründə haqlı ola-
raq ən mükəmməl əhali sayımı sayılan 1897-ci il siyahıya alınması-
na görə, Zəngəzurda 142 min nəfər yaşayırdı. Onların 71 206 – 51,6 
faizi azərbaycanlı, 63622-si – 44, 8 faizi erməni, 1807 nəfəri – 1,3 
faizi kürd, 1236 nəfəri – 0,3 faizi qeyri millətlər idi [79, s.27]. Ze-
linskiyə  görə  isə,  1886-cı  ildə  Zəngəzurun  xəzinə  torpaqlarına  aid 
olan 161 kəndin 111-i müsəlman kəndi idi [186, s.31]. 
Qəzanın sahələri arasında fərq əhalinin həyat tərzinə də təsir 
göstərirdi. Zəngəzur və Qafan sahələrində əsas etibarilə qədim dövr-


74 
lərdən yaşayan azərbaycanlılar və qismən də olsa kürdlər məskun-
laşmışdılar. Qubadlı və Zəngilan camaatı yaz səpini apardıqdan, bir 
çox yerlərdə isə baramanı yığdıqdan sonra öz kəndlərindən mal-qa-
ra  ilə  Qafanın,  Sisyanın,  Laçının  və  Gorusun  yaylaqlarına  çəkilir, 
əkinlərə nəzarəti isə muzdlu işçilərə tapşırırdılar. Mehri və Sisyan 
sahələrində azərbaycanlıların əksəriyyəti oturaq həyat tərzi keçirir-
dilər,  bir  yerdən  başqa  yerə  köçmürdülər,  yalnız  öz  mal-qaralarını 
çobanlar  və  kənddəki  işlərinə  yaramayan  ailə  üzvləri  ilə  birlikdə 
yaylaqlara göndərirdilər [141, s.238]. 
Qarabağ xanlığının Rusiya tərəfindən ilhaqını təsdiq edən Kü-
rəkçay (1805), habelə rus-Qacar müharibələrinə son qoymuş ədalət-
siz  Gülüstan  (1813),  Türkmənçay  (1828)  müqavilələrindən  sonra 
Qarabağda  ermənilərin  sayı  köçürmələr  hesabına  artdı.  Xaçatur 
Abovyan «Ermənistan yaraları»nın sağalmasının başlanğıcını məhz 
Cənubi  Qafqazda  çar  Rusiyasının  hakimiyyəti  ilə  əlaqələndirirdi 
[109, s. 83]. 
Hələ XIX əsrin ortalarında Zəngəzur azərbaycanlıları bir çox 
nəsillərə, tayfalara, tirələrə bölünürdülər.  Lakin zaman ötdükcə bu 
tayfalar bir-birinə o qədər qaynayıb qarışdılar ki, əksəriyyəti öz il-
kin tirə, tayfa mənsubiyyətini itirdi və islam dininin qüdrətli təsiri 
altında ümumi bir ad - «müsəlman» adı altında birləşdilər. Azərbay-
canlı tayfalardan yalnız bir neçə icma öz ilkin mənsubiyyətini uzun 
müddət qoruyub saxlamışdılar. Bunun müəyyən cəhətlərini müxtəlif 
qaynaqlar, habelə kameral təsvirlərin sayəsində öyrənirik. Kameral 
təsvirlərin tərtibçiləri onların həmin dövrdə yaşadıqları kəndlərin və 
ya qışlaqlann sakinləri kimi təsvir etməyiblər. Bir çox hallarda onla-
rı  bir-birindən  3-100  verst  aralıda  yerləşən,  bir,  hətta  iki  və  ya  üç 
qəzaya  səpələnmiş  kəndlərdə  yaşayan  vahid  bir  tayfa  kimi  qeydə 
alırdılar. XIX əsrin 80-ci illərinin ortalarına aid belə qaynaqların bi-
rində bu tayfalar haqqında aşağıdakı məlumat verilmişdir: Sofulular 
19 kənddə yaşayırlar, bunlardan dördü Cəbrayıl qəzasında, beşi Sis-
yanda, qalanları isə Qafan və Qubadlıda yerləşir; dərzililər Qafan və 
Zəngilan sahəsinin müxtəlif  yerlərindəki 11 kənddə  yaşayırlar; sa-
rallılar Qafan, Qubadlı və Laçın sahəsində yerləşən 13 kəndi tutur-


 
 75
 
lar;  Laçın  ərazisində  məskunlaşmış  Haçısamlılar  və  Qaraçorlular 
demək olar ki, təkcə qeyd olunan məntəqələrdə deyil, həm də Qu-
badlı bölgəsindəki iki kəndi tuturdular; puşanlılar Zəngilan, Qafan 
və Mehri sahələrindəki 7 kənddə yaşayırdılar; gığılılar Gığıdərəsi və 
Qafan sahələrindəki 4 kəndi tuturdular; Xocamsaxlılar 3 kənddə ya-
şayırdılar ki, onlardan da biri Sisyan, ikisi isə Qubadlı sahəsində idi. 
Bu  qaynaqda  1-ci  Baharlı  adı  ilə  göstərilən  baharlılar  Basutçayın 
mənsəbi  yaxınlığında  yerləşən  iki  kənddə,  bir  qismi  isə  Gığıçayın 
üstündə yerləşən Baharlı kəndində yaşayırdılar. Dövlət kəndlərində 
digər  azərbaycanlı  tayfalarından  olan  bərgüşadlılar  da  yaşayırlar. 
Lakin bu tayfa digərləri ilə qarışmış və başqa azərbaycanlıların için-
də  ərimişdir.  Onlardan  yalnız  Qubadlı  kəndinin  sakinləri  özlərinə 
bərgüşadlı deyirdilər. Özünü türk-azərbaycanlı adlandıran başqa bir 
tayfa da var [109, s.87]. Bu tayfa on dövlət kəndində, bir sahibkar 
kəndində və onun bir neçə qəsəbəsində yaşayırdı. Zelinskinin yazdı-
ğına görə, Zəngəzurda tatlar da yaşamışdılar. Onların kəndləri Meh-
ri sahəsində  yerləşirmiş, buradakı bütün tayfaların dili eyni (Azər-
baycan – türk dili) idi. Mehridəki tatlar tədricən dillərini itirmişdi-
lər. Vaxt ötdükcə onların arasında tat dilini bilən bircə adam da qal-
mamışdı. Onların hamısı Azərbaycan dilində danışsalar da, tələffüz-
ləri, ləhcələri, vurğuları fərqli idi [109, s.88]. 
Azərbaycanlıların çox böyük hissəsi şiə təriqətinə mənsub idi; 
bu bölgədə sünnilər çox az idi. Zəngəzur qəzasının yaşayış kəndləri-
nin və əhalisinin sayına dair S.Zelinskinin tərtib etdiyi statistik mə-
lumatlardan da açıq-aşkar görünür ki, haqqında söhbət gedən müəl-
lif siyahıyaalma zamanı ermənilərin təsiri altına düşmüşdür. Bu, er-
mənilər yaşayan kəndlərdə əhalinin sayını göstərən zaman xüsusilə 
nəzərə  çarpır.  Zeilnski  bəzən  özü-özünü  təkzib  edir,  bəzi  yerlərdə 
isə  ermənilərin  fitvasını  unudub  həqiqəti  yazır.  Ermənilər  yaşayan 
kəndlərdən bir neçəsini çıxmaqla, yerdə qalanında 20-30-dan artıq 
ev tikmək mümkün deyildi. Ancaq Zelinski öz cədvəlində sadaladı-
ğı kəndlərdə şişirdilmiş rəqəmlər də göstərir [186, s.10]. 
Digər tərəfdən, bu azmış kimi, hər erməni ailəsini 10-15 ailə 
üzvü ilə göstərir. Sonra özü qeyd edir ki, ermənilərin az uşaqlı ol-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə