82
etno-siyasi rəng verməklə gələcəkdə Azərbaycandan qoparılması
üçün siyasi zəmin yaratmaq idi. 1992-1993-cü
illərdə ermənilərin və
havadarlarının mərkəzi Laçın olan “Kürdüstan” qəzasının bərpa
edilməsi barədə hay-küy salması, informasiya yayması da öz kökü-
nü buradan alırdı. Bu fikirdəyik ki, 1926-cı ilin məlumatlarında
Zəngəzurda yaşayan kürdlərin sayı süni olaraq şişirdilmişdi. Bunu
Azərbaycan əhalisinin milli tərkibinə dair (1926, 1939, 1959, 1970
və 1979-cu illərin əhali sayımlarına görə) rəsmi statistik rəqəmlər də
təsdiq edir. Nəzərə alaq ki, kürdlər Azərbaycanda yığcam halda yal-
nız Zəngəzur bölgəsində, qismən də Kəlbəcər rayonunda yaşayırdı.
Azərbaycanda 1926-cı il kürdlərin sayı 41,3 min (1,8 %), 1939-cu
ildə 6,0 (0,2 %), 1959-cu ildə 1,5 min, 1970-ci il-ci ildə 5,5 min,
1979-cu ildə 5,7 min ( 0,1%) təşkil etmişdi [120,76].
1990-cı illərdə xüsusilə erməni separatizmi baş qaldıranda
Zəngəzur bölgəsində Moskva və Yerevanın təlimatı ilə kürd kartın-
dan istifadə etmək məqsədilə çox sayda qızışdırıcı yazılar dərc edi-
lərkən cavab olaraq bu istiqamətdə tərəfimizdən aparılan araşdırma-
ların yekunları barədə qəzetlərdə materiallar dərc etdirmiş və ərazi-
yə kürdlərin köçü, demoqrafik vəziyyəti, yerləşməsi barədə məqalə-
lərimdə bilgilər vermiş, Laçın, Qubadlı və Zəngilan rayonlarının
hansı kəndlərində kürdlərin yaşadığı da adbaad yazılmışdır [139,
s.18]. Yəni, Zəngəzur bölgəsinə daxil olan bu hər 3 rayona aid siya-
hıda 8-10 kənddə kürdlərin yaşadığını əsas gətirib hərəsində 90-110
kəndin olduğu, ən qədim türksoyluların vətəni olan rayonların əhali-
sini ucdantutma kürd əsilli hesab etmək, kürd soylu saymaq məna-
sız, əsassızdır. Amma bu bölgədə kürdlərin yaşamadığını demək də
düzgün deyil, həqiqətdən uzaqdır.
Kürdlərin bu yerlərə köçü, gəlişi barədə elmi-tarixi mənbələr-
də xeyli məlumatlar var. 1589-cu ildə I Şah Abbasın vaxtında
(1587-1629), Osmanlı sultanı III Muradın (1574-1595) 1579-cu il
13 aprel tarixli fərmanı ilə kürdlərin bu bölgələrə köçürülməsi barə-
də məlumatlar vardır. 1717-ci ildə Hüseyn xanın vaxtında daha in-
tensiv olub. Kürdlərlə bağlı məsələ sarayda müzakirə olunarkən və-
zir Ədhəm xan son vaxtlar onların dövlətə qarşı açıq-aşkar çıxış et-