ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

24 
- çar Rusiyasının müstəmləkəçilik, xristianlaşdırma siyasətinə 
uyğun olaraq başlatdığı köçürmələrdən sonra Qarabağın dağlıq his-
səsinin – Zəngəzurun etnik, milli tərkibində baş verən demoqrafik 
dəyişikliklər  və  onun  xalqımız  üçün  acı  nəticələri  sistemli  şəkildə 
tədqiq edilmişdir
- monoqrafiyada XIX əsrin əvvəllərindən etibarən çar Rusiya-
sının Azərbaycan torpaqlarına köçürülərək ermənilərin öz havadar-
larının təhriki və hərtərəfli köməyi ilə Azərbaycan xalqının başına 
gətirdiyi bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımları barədə ət-
raflı və dərin araşdırmaların aparılması öz əksini tapmışdır; 
- I  Dünya  müharibəsində  Rusiya,  ABŞ,  Böyük  Britaniya  və 
Fransanın  Osmanlı-Türkiyə  torpaqlarında  ermənilərə  vəd  etdikləri 
müstəqil dövlət yaratmaq planlarının puça çıxması ilə həmin ssena-
rinin  Qafqazda,  tarixi  Azərbaycan  torpaqlarında  reallaşmasına  ay-
dınlıq gətirilmişdir; 
- Zəngəzur bölgəsində törədilən qanlı qırğınlar, deportasiya və 
işğal planlarının əvvəlcədən düşünülmüş, ssenarisi cızılmış, böyük 
dövlətlərlə razılaşdırılmış şəkildə ardıcıllıqla həyata keçirilməsi, er-
məni  dövləti  yaratmaq  planının  tərkib  hissəsi  olduğu,  son  illərdə 
işıq üzünə çıxarılan arxiv sənədlərinə istinadla qiymətləndirilmişdir; 
- ilk dəfə olaraq, 1920-1929-cu illərdə qədim Azərbaycan tor-
pağı olan Zəngəzurun sovet Rusiyası işğalçılarının hərbi yardımı və 
SSRİ mərkəzi hökumətinin təzyiqi ilə, Azərbaycan xalqının iradəsi-
nin əleyhinə olaraq, Ermənistan SSR tərkibinə qatılması prosesi tək-
zibedilməz arxiv sənədləri ilə sübut olunmuşdur
- monoqrafiyada  Azərbaycan  Respublikasının  Prezidenti, 
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  söylədiyi  qətiy-
yətli və cəsarətli fikirlər, problemin həlli ilə bağlı Azərbaycan döv-
lətinin apardığı ardıcıl və prinsipial siyasət, Zəngəzurun tarixi Azər-
baycan  torpaqları  olması  və  bu  torpaqların  bağışlanılmaz  bir  səhv 
olaraq 1918-1929-cu illərdə ermənilərə verilməsi məsələləri, bütün 
itirilmiş  Azərbaycan  torpaqlarının,  o  cümlədən  qədim  Zəngəzurun 
azad ediləcəyi fikri öz əksini tapıb. 


 
 25
 
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti ondadır ki, monoqra-
fiyanın materialları, ümumiləşdirmələri və nəticələrindən Azərbay-
can tarixi üzrə müxtəlif ümumiləşdirici əsərlərin yazılmasında, dərs-
liklərin tərtibində, mühazirə və xüsusi kursların hazırlanmasında is-
tifadə edilə bilər.  Bu tədqiqat XIX  əsrin əvvəllərindən başlayaraq, 
Azərbaycan  torpaqlarına  köçürülüb  gətirilmiş  ermənilərin  bütün 
Qafqazda xalqların təhlükəsizliyi və əmin-amanlığına nə qədər bö-
yük zərbə vurduğunu, bugünkü Ermənistan adlanan oyuncaq dövlə-
tin  regionda  başlıca  gərginlik  ocağı  olduğunu  sübut  edən  daha  bir 
elmi ittihamnamə olacaqdır. 
 
 
 
 
 
 
 
 
 


26 
 
İXTİSARLAR 
 
ARDA 
Azərbaycan Respublikası Dövlət Arxivi 
ARDTA 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi 
ARPAİİSSA 
 
 
AXC 
Azərbaycan Respublikası Prezident Aparatı 
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 
 
Azərbaycan Xalq Cümhuriyyəti 
QAKA 
Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının 
[QAKA, rus. AKAK] 
 
MDTA 
Mərkəzi Dövlət Tarix Arxivi 
АКАК 
Акты Кавказской археографической 
комиссией 
МИЭБГКЗК 
Материалы для изучения экономического 
быта государственных крестьян 
Закавказского края 
СМОМПК 
Сборник материалов для описания 
местностей и племён Кавказа 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 27
 
 


28 
 
 
I FƏSİL 
 
ZƏNGƏZUR BÖLGƏSİ XIX ƏSRƏDƏK 
 
 
1.1. Qədim və orta yüzilliklər 
 
Zəngəzur Azərbaycanın çox böyük tarixi keçmişə malik olan 
əzəli bölgələrindən biridir. Zəngəzurun qədim tarixi haqqında nisbə-
tən ətraflı məlumatlan fars və ərəbdilli qaynaqlarda, həmçinin təh-
riflərlə  olsa  da,  erməni  salnaməçilərinin  müasir  dövrümüzə  qədər 
gəlib  çatmış  əsərlərində  tapmaq  mümkündür  [201,  s.217-218].  Bu 
bölgəmizdə  tarixin  müxtəlif  dövrlərində  qeydə  alınmış  və  müasir 
dövrümüzə qədər gəlib çatmış bir sıra toponimlərin tədqiqi bölgənin 
çox qədim və zəngin tarixə malik Azərbaycan-türk yurdu olması hə-
qiqətini bütün dünyaya bəyan etmək hüququnu verir. 
Doğrudur, dövrümüzə qədər gəlib çıxmış bu və ya digər tarixi 
qaynaqlarda  saxlanmış  məlumatların  kasadlığı  qədim  dövrlərdə 
Zəngəzur ərazisinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsinə çə-
tinlik törədir. Bununla belə bu qaynaqlara söykənərək iddia etmək 
olar ki, antik və erkən orta əsrlər dövründə Zəngəzur bölgəsinin sər-
hədləri daha geniş olmuş və hətta müasir Naxçıvan Muxtar Respub-
likasının ərazisinin bir hissəsini də əhatə etmişdir. 
Son dərəcə zəngin təbii ehtiyatlara, strateji coğrafi mövqeyə, 
alınmaz qalalara, yenilməz əhaliyə malik olan Zəngəzur bölgəsində 
zaman-zaman baş vermiş mürəkkəb və ziddiyyətli daxili siyasi pro-
seslər və xarici təsirlər nəticəsində hüdudları vaxtaşırı müəyyən də-
yişikliklərə  məruz  qalmış,  əldən-ələ  keçmiş,  müxtəlif  səltənətlərin 
tərkibinə qatılmışdır.
 
Haqqında  danışdığımız  bu  tarixi  Azərbaycan  bölgəsi  üzrə 
mənbələrdə xatırlanan ilk yer adı Mehridir. Assur hökmdarları I Tu-
kulti-Ninurta, I Tiqrat-palasar və II Adadnerari e.ə. XIII-IX əsrlərdə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə