ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   10   ...   73

 
 21
 
dent  Aparatı  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivinin 
(ARPAİİSSA), eləcə də Türkiyənin müxtəlif fondlarından aşkara çı-
xarılmış çoxsaylı sənədlər və materiallar təşkil edir. 
Həmin qaynaqlar Zəngəzur bölgəsinin demoqrafik durumuna 
güclü təsir göstərən amillər, burada yürüdülmüş müstəmləkə, köçür-
mə siyasəti, törədilmiş soyqırımları haqqında aydın təsəvvürün ya-
radılmasında mühüm rol oynamışdır. 
Mənbə bazasına daxil olan qaynaqlar sırasında XIX – XX əs-
rin əvvəllərində Bakı, Sankt-Peterburq, Yerevan, Tiflis və b. yerlər-
də çapdan çıxmış kütləvi və digər nəşrləri də xüsusi qeyd etmək is-
tərdik. Bunların sırasında  «Qafqaz təqvimləri», «Qafqaz  yerləri və 
tayfalarını təsvir etmək üçün materiallar topluları», «Cənubi Qafqaz 
diyarı dövlət kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materi-
allar» və bu «Materialların topluları», bir çox digər nəşrlərin adları-
nı çəkmək lazımdır. 
Demoqrafik  durumun  təkamülünü  əks  etdirmək  baxımından 
müxtəlif dövrlərdə keçirilmiş kameral siyahıyaalmalar, müxtəlif il-
lərdə  keçirilmiş  əhali  sayımı  materialları  da  çox  qiymətli  qaynaq 
qatlarını təşkil edir və monoqrafiyanın sonrakı bölmələrində onlar-
dan istifadə edilmişdir. 
Son illər İran tarixçilərinin də bu ölkə ərazisində erməni qətli-
amları haqqında tədqiqatları işıq üzü görüb. Məsələn, görkəmli ta-
rixçi Səməd Sərdariniyənin «Arazın hər iki tayında müsəlmanların 
soyqırımı», «İrəvan müsəlman sakinli vilayət olmuşdur» kitabların-
da  Qarabağ,  Zəngəzur  bölgələrində  törədilmiş  erməni  qətliamları 
barədə də məlumatlar vardır.
 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları 
tərəfindən  ayrı-ayrı  bölgələrlə  yanaşı  Zəngəzurdakı  soyqırımları 
haqqındakı materialların çap edilməsi də böyük əhəmiyyətə malik-
dir. Həmin materiallar Zəngəzurun 1917-1920-ci illər tarixinin araş-
dırılmasında bizə yaxından yardımçı olmuşdur. 
XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunan mətbuat 
orqanlarında  çap  edilmiş  bir  çox  materiallardan  da  tədqiqatımızda 
istifadə olunmuşdur. 


22 
Tədqiqatın məqsəd və vəzifələri monoqrafiyanın adında ehti-
va edir. Yuxarıda gətirdiyimiz qısa tarixşünaslıq xülasəsi də bir da-
ha sübut edir ki, Azərbaycan – türk torpağının ayrılmaz tərkib hissə-
si olan Zəngəzurun XIX-XX əsrin əvvəlləri tarixi indiyədək xüsusi 
monoqrafiyanın, elmi-tədqiqatın mövzusu olmamışdır. 
Bu  monoqrafiyada  qarşıya  qoyulan  əsas  elmi  məqsəd  ölkə-
mizdə, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və digər xarici ölkə-
lərdəki  arxiv  materialları,  yazılı  mənbələr  əsasında  tədqiqata  cəlb 
olunmuş, Zəngəzur bölgəsinin demoqrafik vəziyyəti, etnik mənzərə-
si bütöv şəkildə, XIX və XX əsrin təlatümlü hərbi-siyasi hadisələri 
fonunda öyrənilməsidir. Bu başlıca məqsədə çatmaq üçün aşağıdakı 
konkret elmi vəzifələrin həllinə nail olunmuşdur: 
-
 
ən  qədim  zamanlardan  XIX  əsrin  əvvəllərindən  Zəngəzur 
bölgəsinin tarixinə və tarixi coğrafiyasına qısa ekskurs edilməsi
-
 
Zəngəzur bölgəsinin qədim oğuz-türk yurdu olmasının bir 
daha əsaslandırılması; 
-
 
XIX-XX əsrin əvvəllərində bölgənin tarixi və sosial-iqtisa-
di həyatının ümumi mənzərəsinin yaradılması; 
-
 
çarizmin köçürmə siyasətinin Zəngəzurun demoqrafik du-
rumuna təsirini ardıcıllıqla araşdırmaq; 
-
 
XIX-XX əsrin əvvəllərində bütövlükdə Zəngəzurun etnik-
demoqrafik durumunun təkamülünü izləmək
-
 
1905-1906-cı  illərdə  ermənilərin  Zəngəzurda  törətdikləri 
soyqırımların nəticələrini araşdırmaq; 
-
 
böyük dövlətlərin bu dövrdə yürütdükləri bölgə siyasətinin 
məqsəd və xüsusiyyətlərini dəyərləndirmək
-
 
1917-1920-ci  illərdə  daşnakların  Zəngəzur  bölgəsində  tö-
rətdikləri antibəşəri cinayətləri açıb göstərmək; 
-
 
AXC  hökumətinin  Zəngəzur  siyasətini  incələmək  və 
dəyərləndirmək; 
-
 
Zəngəzurda  yerli  əhalinin  erməni-daşnak,  bolşevik-rus  iş-
ğalına  qarşı  dirənişi,  kortəbii  də  olsa  mübarizəsini  mənbələrə  isti-
nadla tədqiq etmək


 
 23
 
-
 
Zəngəzurun  bolşevik-rus,  sovet  işğalından  sonra  məruz 
qaldığı faciələrin nəticələrini işıqlandırmaq. 
Tədqiqatın nəzəri və metodoloji əsaslarını tarixi gerçəkliklərə 
obyektiv, tərəfsiz şəkildə yanaşma, dünya və ölkə tarixi üzrə yazıl-
mış  obyektiv  ümumiləşdirici  əsərlər,  habelə  tarixi  qaynaqlara  ob-
yektiv yanaşma, tədqiqatlarda tənqidi yanaşma, müqayisə, təhlil və 
s. təşkil etmişdir. 
Tədqiqatın elmi yeniliyi ondadır ki, bu monoqrafiyada Azər-
baycan tarixşünaslığında ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində 
Azərbaycanın Zəngəzur bölgəsində əhalinin demoqrafik durumunun 
təkamülü  ardıcıl,  sistemli  şəkildə,  arxiv  materialları,  elmi-tarixi 
mənbələrə əsaslanaraq tədqiq olunmuşdur. 
Bir daha sübut edilmişdir ki: 
- Zəngəzur bölgəsi ən qədim dövrlərdən Azərbaycanın dövlət-
çilik tarixinin ayrılmaz parçası olmuşdur
-  Müsəlman-türk,  azərbaycanlı  əhalinin  bu  torpaqlara  gəlmə 
olduğuna dair bir sıra xarici ölkə alimlərinin təhrif və saxtalaşdırma-
ları tamamilə əsassızdır, əksinə elmi-tarixi faktlar ən qədim dövrlər-
dən bu torpaqlarda oğuz türkləri – azərbaycanlıların yaşadığına heç 
bir şübhə yeri qoymur
- çar Rusiyasının işğalı və müstəmləkə, ruslaşdırma, xristian-
laşdırma, Cənubi Qafqazda İran və Türkiyəyə qarşı özünə plasdarm 
yaratmaq siyasətinin reallaşması məqsədilə XIX əsrin əvvəllərindən 
başlayaraq  ermənilərin  Zəngəzur  bölgəsinə  köçürülməsi  hesabına 
bölgənin  demoqrafik,  etnik  tərkibində  dəyişikliklərə  nail  olduğu 
əsaslandırılmışdır; 
- Rusiya,  ABŞ,  Fransa,  Böyük  Britaniyanın  xristian  təəssüb-
keşliyi,  Qafqazda  nüfuz  savaşı,  Bakı  neftinə  sahib  olmaq  uğrunda 
mübarizəsində ermənilər «maşa», alət rolunu oynamışdır; 
-bu  dövlətlərin  səxavətlə  silahlandırdıqları,  ardıcıl  mənəvi, 
hərbi-siyasi dəstək verdiyi erməni nizami qoşun hissələri Zəngəzur-
da müsəlman türk əhalinin soyqırımı və deportasiyasını həyata ke-
çirmiş,  demoqrafik  vəziyyəti  öz  xeyrinə  dəyişdirməyə  təşviq 
olunmuşdur; 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə