ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

 
 29
 
Sanqibuti  və  Armarili  vilayətlərinin  sərhədində,  Urmiya  gölündən 
şimalda yerləşən Mehri adlı ölkəni viran qoyduqlarını, sərvətlərini, 
var-yoxlarını daşıyıb apardıqlarını yazır. E.ə. XIII əsrin hett mətnlə-
rində  bildirilir  ki,  huri  icmalarından  birinin  başçısı  Urhi-Teşub 
Mehrinin  çarı  ilə  müqavilə  bağlamışdır.  O  dövrün  Aşşur  kitabələ-
rində Mehri sakinlərinin kuti hərbi tayfa ittifaqının əsas hərbi qüv-
vələrindən biri olduğu qeyd edilir [183, s. 5-8]. İ.M.Dyakonovun as-
sur-babil mənbələrində Urartu və qədim tarix icmalarına dair yazdı-
ğı şərhlərdə istedadlı Azərbaycan tarixçisi mərhum S.M.Qaşqay bu 
yerin doğru olaraq Zəngəzurun cənub torpağı olan Mehri bölgəsi ilə 
eyni olduğunu göstərir [106, s.20-21].
 
Antik dövrün tanınmış tədqiqatçıları da Mehri adının II Aded-
neraninin  zamanında  yenə  xatırlandığını  qeyd  edirlər,  Urartu  çarı 
Menuanın  [e.ə.  810-786-cı  illər]  zamanında  urartulular  Cənubi 
Azərbaycanın Qaradağ mahalında yerləşən əraziləri tuturlar, 21 qa-
lasını,  45  yaşayış  məskənini  öz  hakimiyyəti  altına  alırlar.  E.ə.VII 
əsrin 70-ci illərində Azərbaycanın Araz çayından şimaldakı ərazilə-
rində,  Manna  və  Urartu  arasında  Skif  şahlığı  meydana  gəldi.  Bu 
dövlətin hüdudları Şəki və Gəncədən Urmiya gölünə qədər uzanırdı. 
Zəngəzur skiflərin Urartuya yürüşlərinin əsas dayaq məntəqəsi idi. 
Eramızdan  əvvəl VII  əsrdə Skif şahlığı Mada-Midiya ordusu tərə-
findən  Zəngəzur  bölgəsi  də  daxil  olmaqla  tam  işğal  olunur. 
İ.M.Dyakonovun fikrincə e.ə. 321-ci ildə Azərbaycan torpaqlarında 
Atropatena  şahlığı  yaranarkən  Zəngəzur  da  çox  geniş  bir  ərazini 
əhatə edən bu dövlətin tərkibində olmuşdur [183, s.21-22]. 
Məlumdur  ki,  urartuluların  böyük  hərbi,  strateji  əhəmiyyətə 
malik Zəngəzur ərazisini tutmaq üçün I Rusanın hakimiyyəti illərin-
də  [e.ə.  735-713]  apardıqları  əməliyyatlar  barədə  Göyçə  gölünün 
Zəngəzur torpaqlarına bitişik cənub sahillərində aşkar edilmiş Sovi-
nar kitabəsində məlumat verilir. Urartu mətnlərində xatırlanan topo-
nimlərin  lokalizə  problemi  ilə  məşğul  olan  tədqiqatçılar  birmənalı 
şəkildə Sovinar kitabəsində adı çəkilən 19 ölkənin Göyçə gölündən 
şərqdə  və  cənubdakı  əraziləri,  o  cümlədən  Gorus,  Qapan,  Sisian, 


30 
Laçın, Qubadlı və Zəngilanı, bir sözlə, Zəngəzurun geniş bir hissə-
sini əhatə etdiyini bildirirlər [106, s.117-118]. 
Urartu mənbələrindəki İrdua, yaxud İridu şəhəri Sisianın qə-
dim abidələrlə zəngin Urud kəndinin adında yaşamaqda davam edir.
 
Zəngəzurun şimal-şərq hissəsini təşkil edən Laçın rayonunda-
kı Zerti kəndinin adını dilçilik baxımından kutilər və lullubilərin öl-
kəsi olan Mannanın paytaxtı Zirtu [və ya Zirte, İzirtu] şəhərinin adı 
ilə müqayisə etmək olar. Tarixdən də məlum olduğu kimi, Zəngəzur 
kimmerlərin, skiflərin, mannalıların və midiyalıların əsarətinə, miq-
rasiyalarına məruz qaldığı üçün  cənubdakı toponimlərin şimala  da 
«miqrasiyasını» təsəvvür etmək olar.
 
Antik dövrlərdə Zəngəzurun müxtəlif bölgələri Atropatena və 
Albaniya ərazilərinə daxil olmuş, bu torpaqlarımız hər iki dövləti-
mizin  üzvi  tərkib  hissəsi  olmuşdur.  Bəzi  məlumatlara  görə,  hətta 
Albaniya hökmdarı Aran Sisakan nəslinə mənsub idi [97, s.33]. 
Mütəxəssislərin fikrincə, həm də Böyük İpək yolunun üstündə 
yerləşməsi  Zəngəzur  bölgələrində  sənətkarlıq  və  ticarətin  intişar 
tapmasını şərtləndirmişdi. 
Zəngəzurun  tarixinin  qədimliyi  həm  də  arxeoloji  qazıntılar, 
aşkar  edilən  maddi  sübutlarla  da  öz  təsdiqini  tapır.  Ümumdünya 
mədəni  irsində  layiqli  yerini  tutan  Azıx  mağarasına  yaxın  ərazidə 
yerləşməsi, şimaldan Xocalı-Gədəbəy mədəniyyəti ilə, şərqdən Qu-
ruçay və Köndələnçay mədəniyyətləri ilə, qərbdən Naxçıvan mədə-
niyyəti  ilə,  cənubdan  Arazın  sağsahil  ərazilərindəki  zəngin  mədə-
niyyət  ocaqları  ilə  əhatələnməsi  Zəngəzurun  qədim  tarixi  keçmişə 
malik olduğunu söyləməyə əsas verir. Qubadlı, Laçın və Zəngilanda 
xeyli sayda təbii və süni mağaraların (yerli sakinlər onları «kaha», 
bəzən isə «daran» adlandırır) olması onların hələ paleolit dövründən 
insanlar tərəfindən məskunlaşdığını təsdiq edir. Bu bölgənin Araz-
dan  sonra  ən  iri  su  qaynaqları  olan  Bərgüşad  və  Həkərinin  axdığı 
vadilərdə və dağətəyi ərazilərdə bir-birinə yaxın məsafədə yerləşən 
bu mağaralar özünəməxsus yaşayış məskənləri kompleksi təsiri ba-
ğışlayır. Azərbaycanda ibtidai insan düşərgələri olan belə mağaralar 
sonralar  əhali  tərəfindən  müqəddəsləşdirilmişdir.  Qubadlıdakı  “İç-


 
 31
 
oğuz”, “Daşoğuz”, “Ağ kaha”, “Qara kaha”, “Göyqala” mağaraları 
belə  ziyarətgahlardandır  [85,  s.49-50].  Gavur  dərəsindəki  mağara 
məbədi bu növ memarlıq abidələrinin IV əsrə qədər istifadə olundu-
ğunu  göstərir.  Yaxşı  məlumdur  ki,  tədqiqatçılar  tərəfindən  Sisian 
ərazisində aşkara çıxarılmış qayaüstü təsvirlər e.ə. III-II minilliklərə 
aid edilir. Burada əks olunmuş ov səhnələri, maral və atların sxema-
tik təsvirləri sakinlərin təsərrüfatında ovçuluğun aparıcı sahə oldu-
ğundan  xəbər  verir.  Qubadlı  rayonu  ərazisində  aşkara  çıxarılmış 
«Xırman  yeri»  adlı  yaşayış  məskəni  (Qubadlı  qəsəbəsi),  Koroğlu 
qalası (Əliquluuşağı kəndi), Qalaça (Əliquluuşağı kəndi), Maltəpəsi 
(Muradxanlı kəndi) son tunc – ilk dəmir dövrünə aid edilən abidə-
lərdir  [52,  s.91].  Bu  yaşayış  yerlərində  aşkara  çıxarılmış  tikililər 
Xocalı-Gədəbəy mədəniyyəti üçün səciyyəvidir. 1989-cu ildə arxeo-
loq T.R.Əliyev Həkəri çayı üzərində tikilməsi planlaşdırılan su qov-
şağının əhatə edəcəyi sahəni nəzərdən keçirərkən, tunc dövrünə aid 
«Maltəpəsi» adlı iri bir yaşayış məskəni, bir kurqan, orta əsrlərə aid 
yaşayış  yeri, bir cüt qoç heykəli olan qəbiristanlıq qeydə almışdır. 
Həmin səfər zamanı Qubadlı rayonunun mərkəzində «Xırman yeri» 
adlı təpə də nəzərdən keçirilmişdir. Bu nəhəng təpənin üstündə və 
yamaclarında dəvəgözü (obsidian) parçaları və tunc dövrü üçün sə-
ciyyəvi olan gil qab qırıqları da aşkara çıxarılmışdır. 
Lakin o da məlumdur ki, bu bölgədə kəşfiyyat xarakterli ilk 
qazıntılar  hələ  XIX  əsrin  sonlarında  aparılmışdır.  Belə  ki,  1906-cı 
ildə rus arxeoloqu A.A.İvanovski Cənubi Qafqazın müxtəlif yerlə-
rində e.ə. II-I minilliklərə aid qutu qəbirlərin tədqiqi ilə məşğul ol-
muşdur. Maraqlıdır ki, o, Gədəbəydə, Qaramuradda və Qonaqkənd-
də  tapılan  qəbir  avadanlığının  Göyçə  gölü  sahilindəki  Gözəldərə 
kəndinin yaxınlığında aşkar olunmuş qutu qəbirlərin materialları ilə 
eynilik təşkil etdiyini göstərirdi [9, s.137]. 
Diakonoff  I.M.  [221],  Eidem  J.  [223],  Grayson  A.K.  [222], 
Каpаnçanyan Qr.А. [193], Меlikişvili Г.А. [202], Меşşaninov И.И. 
[204],  Пеrixanyan  А.Г.  [212],  Тurayev  С.А  [217]  və  digər  xarici 
alimlərin  tədqiqatlarında  Zəngəzurun  qədim  tarix,  mədəniyyətinə, 
məişətinə dair  çox sayda tutarlı məlumatlar vardır. Bu mənbələrin 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə