Xalid Qurbanov Kamil Fətəliyev Elçin İskəndərov eksperimentin planlaşdirilmasi


NƏZƏRİ VƏ EKSPERİMENTAL TƏDQİQATLAR



Yüklə 0,53 Mb.
səhifə2/6
tarix11.04.2018
ölçüsü0,53 Mb.
#37305
növüDərs
1   2   3   4   5   6

5. NƏZƏRİ VƏ EKSPERİMENTAL TƏDQİQATLAR


Tədqiqat üsuluna görə axtarış və tədbiqi elmi işlər nəzəri və eksperimental işlərə bölünür. Araşdırma, axtarış və ixtira nəzəri tədqiqatın əsasını təşkil edir.

Nəzəri tədqiqatlar. Nəzəri tədqiqatlar elmi tədqiqatların əsasını təşkil edir. Nəzəri tədqiqatların məqsədi dünyanı obyektiv əks etdirən qanunların öyrənilməsi, həmçinin orjinal nəzəriyyənin, hipotezin ixtirası və yeni prinsipin tətbiqindən ibarətdir.

Nəzəri tədqiqatlar hesabat xarakterli ola bilər, lakin onlar mürəkkəb və dəqiq eksperimentlərə əsaslanır. Nəzəriyyə hər hansı bir elm sahəsində əsas ideyalar və baxışlar sistemi, təbiətin, cəmiyyətin və zəkanın inkişafı, haqda qanunauyğunluqları, elmi izahı olub, amilləri izah edərək yeni faktları aşkar edən biliklər toplusudur. Orada anlayışlara əsaslanan təkliflər, rəylər toplanıb, hər hansı bir elmi və ya elm sahəsini əmələ gətirən ümumiləşdirilmiş əsasların izahı verilir. Onu davranış qaydaları yaradan fikirlər, mülahizələr formasında başa düşmək də olar.

Hipoteza verilmiş tədqiqatların əsasında qəbul edilib, məntiqi izahla yoxlanırsa nəzəri tədqiqat adlanır. Nəzəri tədqiqatlar, öyrənilən məsələlərlə və ya hadisələrlə bağlı məntiqi mülahizələr zənciridir. Mülahizələr riyazi forma alıbsa, bu halda araşdırılan məsələnin nəticəsi riyazi yolla müəyyən edilməlidir.

Riyazi tədqiqatlarda iki üsuldan istifadə edilir: 1) analiz, hadisənin amillərinin, xassələrinin və onların tərkib hissəsinin ayrı-ayrılıqda baxılması ilə elmi tədqiqat üslu; 2) sintez, hadisənin ayrılıqda və qarşılıqlı əlaqədə tədqiqi və analiz nəticəsində alınmış verilənlərin ümumiləşdirilməsi.

Riyazi analiz, riyazi elmlərin ümumiləşmiş nəticəsinə aiddır. Riyazi analizə aşağıdakılar daxildir: differensal və inteqral hesablama, sıralar nəzəriyyəsi, differensal təkliflər nəzəriyyəsi, analitik funksiyalar nəzəriyyəsi, vəriasiya hesablaması, inteqral təhliklər nəzəriyyəsi və funksional analiz.

Elementar və ali riyaziyyatın bölmələrinin hamısında sintezdən istifadə edilir. Onun tərkibində isə analizin elementləri olur. Sintez və analiz birbirləri ilə sıx əlaqəlidir.

Hadisənin hər hansı tərəfinə ayrılıqda riyazi baxılırsa, tədqiqat analitik adlanır.

Dahi İtalyan fiziki və astronomu Qalileo Qaliley analitik tədqiqatları belə ifadə etmişdir. Bütün ölçüdə bilənləri ölçmək və ölçülməyənləri buna tabe etmək lazımdır. Analitik tədqiqatların keyfiyyəti alınmış başlanğıc verilənlərin dürüstlüyündən asılıdır. Elmin və texnikanın inkişafının bu şəraitində riyaziyyat artıq sırf nəzəri elm deyil. Mühəndis -konstruktor məsələlərində, iqtisadi, bioloji, tibbi və s. sahələrin tədqiqatlarında ondan geniş istifadə edilir. Bəzi nəzəri tədqiqatlar zamanla ayaqlaşmır, elə tədqiqatlar da vər ki, tətbiq olunmaq üçün nəzəri araşdırmalar tələb edir. Birinci halda nəzəri tədqiqat yeni elmi istiqamətə qulluq edir, ikinci halda isə məlum olan konstruksiyanın elmi əsaslandırılmasına və təkmilləşdirilməsinə yönəlir.

Proseslərin riyaziləşdirilməsi və ya onların faktorları arasında əlaqənin təyini ilə riyazi moddelləşdirilməsinə, prosesə təsir edən faktorların aşkarlanması, riyazi aparatın tədbiqi ilə prosesin sintezi və analizi, riyazi üsulların və analitik mülahizələrin cəlb edilməsi ilə eksperimentin nəticələrinin təhlili, eksperimental tədqiqatların yeni metodikasının işlənməsi daxildir. Riyazi modelləşdirmə yeni maşınların və texnoloji proseslərin yaranmasının nəzəri əsasına çevrilir.

Kitab, broşyura, məqalə yazılması həmçinin nəzəri yaradıcılıq hesab edilir. Nəzəri tədqiqatlar obyektə və ya onun modelinə təsirlə bağlı deyil. Onlar riyazi üsulların və bilik vəsaitlərinin istifadəsinə əsaslanır.

Nəzəri tədqiqatın nəticələri eksperimental tədqiqatlarla yoxlanıla bilər. Riyazi üsulların tədqiqata tədbiq edilməsi vəxta və iqtisadi xərcə 8-10 dəfə qənaət etməyə səbəb olur.

Nəzəri eksperimental tədqiqatlar tətbiq yerində yoxlanmış riyazi asılılıqları, qanunauyğunluq və xassələrə əsaslanır.

Eksperimental tədqiqatlar. Eksperimental elm üç komponentin qarşılıqlı təsirindən yaranan sistemdir: alim, bilik vəsitəsi; bilik mənbəyi. Eksperimental elm birbaşa əmək prosesindən ayrılmış və sərbəst elm sahəsinə çevrilmiş bilik prosesidir. Eksperiment elmi cəhətdən qoyulmuş təcrübə və ya planlaşdırılmış ölçmə prosesidir.

Məlumdur ki, kəmiyyətlər arasında asılılığı təyin edən fiziki qanunlar, ölçmələrin təkmilləşməsi nəticəsində aşkara çıxmışdır. Lakin elm üçün ölçmələr kifayət etmir. Ölçmələrin nəticələrini analiz etmək və verilənləri ümumiləşdirmək elmə aparıb çıxarır.

Eksperimentin tədbiqi ilkin tədqiqat olub konstruktor işinin ayrılmaz hissəsidir. Eksperiment qısa zamanda, maksimal iqtisadi səmərə ilə yerinə yetirilməlidir. Bunu isə əməliyyatı avtomatlaşdıran elektron hesablama vəsitələri təmin edə bilər.

Yeni xassələr, əlaqələr qanunauyğunlar aşkar etmək məqsədilə eksperimental tədqiqatlar obyektlərin modellərində və ya natura nümunələrində aparılır. Eksperimental işdə nəzəri işin olması mütləqdir. Bunlara proqram və metodikanın işlənməsi, hipotezin qurulması, eksperimentin planlaşdırılması, nəticələrin işlənməsi və analizi daxildir.

Ayrı-ayrı kəmiyyətlər arasında əlaqəni və qanunları əldə etmək məqsədi ilə prosesi və ya hadisə elmi istiqamətlərdə öyrənilirsə bu zaman eksperimental tədqiqatdan istifadə olunur. Eksperimental tədqiqatda məsələnin həlli üçün məlum olmayan göstəricələr alınır. Bu göstəricilərin təhlilinin yekun nəticəsi elmi olmalıdır. Hər bir eksperimentdəki konstruktiv işlənmə, sınaq, müşahidə, təcrübə verilənlər bazası tədqiqat proqramının bir hissəsidir.

Sınaqda təcrübə materiallarının və ya maşınların təyinatı üzrə istifadəsində alınan kəmiyyətlərin yoxlanması nəzərdə tutulur.

Təcrübə maşın və aparatların hər hansı bir rejimində istifadəsi zamanı onları xarakterizə edən kəmiyyətə və keyfiyyət göstəricilərinin üzə çıxarılmasıdır. Sınaqlar xarakterizə olunmasına görə üç növ olur yoxlama, qiymətləndirmə və elmi-tədqiqat. Yoxlama sınaq-larının məqsədi obyekti zavodun nəzərdə tutduğu şəraitdə yoxlamaqdır. Yəni eksperimental nüsxənin texniki şərtlərə üyğunluğu müəyyən edilir. Bu sınaqlar standart metodika ilə aparılır.

Qiymətləndirmə sınağında maşın və aparatın ümumi və ya ayrı-ayrı hissələri üçün qiymətləndirilməsi aparılır. Burada maşın aparatın konstruksiyasının qiymətləndirilməsi üçün onun müsbət və mənfi göstəriciləri aşkarlanır. Məqsədindən asılı olaraq qiymətləndirmə sınaqları istehsalata qəbul olunmuş yeni konstruksiyaların dövlət seriya üzrə qəbul-təhvil, istismar sınaqlarına bölünür.

Elmi-tədqiqat sınaqları, nəzəri qaydaların təsdiqi məqsədilə, yeni aparatlarına maşın və mexanizmlərin öyrənilməsi, yeni yanacaq, yağ, material növlərinin tədbiqi və s. məqsədilə aparılır. Elmi-tədqiqat sınaqları üçün ümumi metodika yoxdur. Hər dəfə yeni metodika işlənir.

Tədqiqat sınaqlarının məqsədi maşın və aparatın işinin müxtəlif şəraitdə qiymətləndirilməsi, ayrı-ayrı hissələrin işinin onlara asılı olaraq yoxlanması, maşına aid edilən aqreqatların, aparatların işinin etibarlılığının yoxlanması və onlarda verən proseslərin yoxlanmasından ibarətdir.

Yerinə yetirilmə şəraitinə və üsullarına görə tədqiqatlar laborator, laborator-sahə, istehsalat növlərinə bölünür.

Laboratoriya tədqiqatları lazımi cihazlarla təchiz edilmiş binada stasionar şəraitdə, tədqiqat yüksək dəqiqliklə aparılır və onlara təsir edən kənar faktorlar aradan qaldırılır. Laboratoriya tədqiqatları sınağı keçirilən maşının iş şəraitini tam yaratmağa imkan vermir.

Bəzən maşın və aparatların laboratoriya istehsalat tədqiqatları istehsal sahəsinin xüsusi seçilmiş yerlərində aparılır. Bu həqiqi istismar şəraitində aparılan tədqiqat olur.

İstismar və ya istehsalat tədqiqatlarının məqsədi maşının işinin və etibarlılığının yekun yoxlanmasıdır. Bunun üçün sınaq seriyalı modellərdən seçilmiş maşın və aparatlar müxtəlif şəraitlərdə orta ixtisaslı istifadəçi tərəfindən xidmət olunmaqla yerinə yetirilir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə