Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
130 
 Bu  bayatılardakı  məna  tutumu,  axıcılıq,  ürəyə 
yatımlılıq güclüdür. Yazıçı qəhrəmanın daxili aləmini bu 
misralar üzərində  kökləyir. Hadisələri danışan qəhrəman 
bu bayatılarda şahidi olduğu hadisələrdə qəhrəmanlarının 
daxili  aləmindən  xəbər  verən  bir  məna  yaxınlığı  gəzir. 
Onların  başına  gələn  faciələrin  köklərini  eşitdiyi  qəmli 
misralarda tapır: ―Sükut içində zınqrov səsləri sanki asta-
asta  Çahargah  muğamına  çevrilərək  mənim  xəyalımı 
çəkib  dərk  eləmədiyim,  ancaq  əsrarlı  şirinliyini  hiss 
etdiyim  uzaqlara  aparırdı  və  bu  naməlum  uzaqlarda 
eynilə belə aylı – ulduzlu qaranlıqda çöllərdə gedən Qız-
yetəri, gah qızıl taxtda əyləşən, özü də mənim anam kimi 
gözəl  olan  pərilər  padşahını  və  onun  qabağında  rəqs 
eyləyən qızları görürdüm.‖ ( Bax: Əfəndiyev İ. ―Seçilmiş 
əsərləri‖,  7  cilddə,  6-cı  cild,  Bakı,  ―Çinar-Çap‖,  2002, 
s.153.) 
 İ.Əfəndiyev  yaradıcılığı  bu  gözəl  sənət  nümunələrini 
yaradan  xalq  təfəkkürünün  zəngin  xəzinəsi  üstündə 
pərvəriş  tapıb.  Kamil  sənət  nümunələri  olan  bu  folklor 
nümunələrinin hər biri qiymətli sənət abidəsidir. 
 İ.Əfəndiyevin öz əsərlərində müraciət etdiyi bayatılar 
da  onun  yaratdığı  obrazın  fikir  və  arzularını  ifadə  edir. 
Qızyetər  çoban  Mahmudu  sevir,  lakin  onun  sevgisi  el 
içində  yaxşı  qarşılanmır.  Ərsiz,  dul,  üç  övlad  anası 
Qızyetərin  sadə  xalq  içində  kinayəylə  qarşılanan 
məhəbbəti  ona  ancaq  tənə  gətirir.  Elin  eyham  və 
tənələrindən,  kinayəli  baxışlarından  uzaq  olmaq  üçün 
Qızyetər  yanıqlı-yanıqlı,  bayatı  üstündə  çobandan  xahiş 
edir:  
 
 Şamamanın gülü sarı, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
131 
 Üzməmişəm, gülü sarı. 
 Apar məni, canım çoban, 
 Gün çıxmamış aran sarı.  
           (Bax: Yenə orada.) 
 
Yuxarıda  obrazların  dilindən  deyilən  bu  bayatılar 
yazıçının  qəhrəmanının  öz  daxili  aləminin  ovqatı  kimi 
səslənir.  Eldən  gələn  bu  dörd  misra  qəhrəmanın  daxili 
aləmini açmaq, onun zəngin  mənəvi əxlaqi keyfiyyətlərə 
malik  olduğunu,  öz  milli-mənəvi  dəyərləri  üzərində 
kökləndiyini oxucuya çatdırmaq üçün qiymətli mənbədir. 
Vətəninə,  yaşadığı  məkana  bəslənən  sonsuz  məhəbbəti 
hər  şeydən  üstün  tutan  yazıçı  bu  kiçik,  lakin  dərin 
məzmunlu 
bayatıdan  yararlanmaqla  qəhrəmanının 
qəlbindəki ayrılıqdan doğan səmimi hissləri daha obrazlı 
şəkildə verir. 
 Yazıçı  ―Külli-Qarabağın  abı-həyatı,  nərmə-nazik 
bayatıdır-bayatı‖ları  (M.V.Vidadi  -  red.)  Qarabağlı  qəh-
rəmanlarının  dilində  istifadə  etməklə  yaratdığı  əsərin 
bədii-estetik  dəyərini  artırmışdır.  Bu  nümunələrdə  onun 
el  ədəbiyyatına  qırılmaz  tellərlə  bağlılığını,  xalq  şerinə 
olan mehr-məhəbbətdən irəli gəldiyini görürük.  
Ümumiyyətlə,  Qarabağ  həyatı,  mühiti,  təbiəti  İlyas 
Əfəndiyevin  bütün  yaradıcılığının  baş  qəhrəmanıdır. 
Bunu  dürüst  duyan  xalq  şairi,  akademik  Bəxtiyar 
Vahabzadə  yazırdı:  "Qarabağ  torpağından  boy  atan  əziz 
qardaşım,  Sizin,  demək  olar  ki,  bütün  əsərlərinizə 
Qarabağın  ab-havası,  ruhu,  özünəməxsus  təbiəti,  bir 
sözlə,  bütün  gözəllikləri  hopub.  Sizin  əsərlərinizdə 
Daşaltı çayının şırıltısı, Xarı bülbülün əfsanəvi gözəlliyi, 
İsa bulağının zümzüməsi, Qarabağ bülbüllərinin cəh-cəhi 
yaşayır.  Bunu  yalnız  yazıçı  müşahidəsinin  nəticəsi  kimi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
132 
izah etmək düz olmazdı. Bu, doğulduğunuz torpağa, onun 
can  dərmanı  olan  ab-havasına,  mənəvi  dünyasına,  bütün 
gözəlliklərinə sonsuz vurğunluğun nəticəsidir. Sizi yazıçı 
edib  əlinizə  qələm  verən  də  bu  torpaq,  bu  torpağın 
mənəvi  dünyasıdır.  Sizin  əqidəniz  də  məhz  elə  bu 
torpaqdan pöhrələnib.  Sizi durduğunuz indiki  mərtəbəyə 
qaldıran o böyük əqidənizə və bu əqidədən od alan yanar 
ürəyinizə  minnətdar  olmalıyıq."  (Bax:  Bəxtiyar 
Vahabzadə. ―Zaman və mən‖, Bakı, 1999, səh. 76.) 
Ədibin  yaradıcılığına  nəzər  saldıqda,  buradakı 
sənətkarlıq  məsələlərinə  diqqət  yetirdikdə  yazıçının  həm 
lirik-emosional bədii ifadə vasitələrindən istifadə etməklə 
əsərlərinin  psixoloji  duyumunu  artırdığını  görürük,  həm 
bütün  dövrlərdə  yaşayıb-yaratmış  və  özündən  əvvəlki 
zəngin  sənət  əsərləri  qoyub  getmiş  böyük  sənət 
dühalarının  ənənəvi  yaradıcılıq  metodlarına  dərindən 
bələd 
olmaqla, 
onların 
yaradıcılıq 
üslubundan 
öyrənməklə  xalqımızın  şifahi  şəkildə  bu  günə  qədər 
böyük  bir  məhəbbətlə  qoruyub  saxladığı  xalq 
yaradıcılığından  gələn  obraz,  motiv  və  süjetlərdən 
istifadə  etməklə  yaratdığı  əsərlərin  bədii  təsir  gücünü 
duyuruq. 
Təcrübə  göstərir  ki,  hər  bir  sənətkar  hansı  dövrdə, 
hansı cəmiyyətdə yaşayıb-yaratmasından asılı olmayaraq 
öz  milli-mənəvi  kökləri  üzərində  pərvəriş  tapdıqda  daha 
dərin,  daha  mənalı,  məzmunlu,  yüksək  ideyaları  özündə 
cəmləşdirən  sənət  əsərləri  yarada  bilir.  Bu  əsərlər  isə 
xalqın  mədəni  həyatının  təfəkkür  tərzini,  ideoloji 
duyumunu,  bəşəri  hisslərini  özündə  daha  yaxşı  təcəssüm 
etdirdiyindən həm mənsub olduğu xalq-millət tərəfindən, 
həm  də  yüksək  ideyalara,  insani  keyfiyyətlərə  hörmətlə 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə