Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə41/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
127 
sözü  yerində  işlətmək,  yüksək  ideya-məzmun,  fəlsəfi 
dərinlik,  sistemli  sintaktik  düzüm,  bədiilik,  obrazlılıq, 
ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət 
bu  əsərlərin  təsirliliyini,  estetik  siqlətini,  bədii  hüsnünü 
və  məna  dərinliyini  daha  da  artırır.‖  (Bax:  Hacıyev  T. 
―Şeirimiz, nəsrimiz, ədəbi dilimiz‖. Bakı, Yazıçı, 1990, s. 
177.) 
Müsahibələrinin  birində  isə  xalq  yazıçısı  yazırdı: 
―...Bizim  valehedici  el  ədəbiyyatımızın  mənə  çox  təsiri 
olub.  Mən  uşaqlıqda  el  nağıllarını,  el  qoşmalarını  çox 
eşitmişəm.  Bizim  yerlərdə  uzun  qış  gecələrində  xoruz 
banına  qədər  nağıl  deyərdilər.‖  (Bax:  İlyas  Əfəndiyev: 
Yazıçı  üçün  dil onun  ürəyinin tərcümanıdır. ―Qobustan‖ 
jur., 2009, say.1.) 
 Elə  bunun  nəticəsi  olaraq  ―İlyas  Əfəndiyevin 
yaradıcılığında  folklor  motivləri‖  mövzusunda  tədqiqat-
dissertasiya  işinin  yazılması  vacibliyi  ortaya  çıxmış, 
Gülxani  Pənah  bu  mövzuda  monoqrafiya  yazmış, 
dissertasiya müdafiə etmişdir. Bu da, ədəbi tənqidimizin 
ədəbiyyatşünaslığın  tədqiqat  siferasına  mühüm  təsir  və 
istiqamət verməsinə bariz bir misaldır... 
Bu  cəhətdən  onun  "İlyas  Əfəndiyevin  "Qəhrəman  və 
bülbülün  nağılı"  hekayəsində  folklor  nümunələri"  və 
"İlyas Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı", ―İlyas 
Əfəndiyev  yaradıcılığında  əfsanə,  rəvayət,  nağıl,  dastan 
süjetlərindən 
və 
motivlərindən 
istifadə‖, 
―İlyas 
Əfəndiyev  yaradıcılığında  bayatı,  aşıq  yaradıcılığı  və 
xalq  mahnılarından  bəhrələnmə‖  təkin  elmi  məqalələri 
diqqəti  çəkir.  Tədqiqat  xarakteri  daşıyan  bu  məqalələrdə 
İlyas  Əfəndiyevin  ən  sıx  tellərlə  Azərbaycan  folkloruna 
bağlı  olması  və  yeri  düşdükcə  folklordan  böyük 
məharətlə istifadə etməsi tədqiq və təhlil olunur.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
128 
Müəllif  yazır:  "İlyas  Əfəndiyevin  əsərlərinin  hər  biri 
və  bu  əsərlərdə  istifadə  etdiyi  xalq  ədəbiyyatının 
nümunələri  böyük  tərbiyyəvi  həyat  məktəbidir.  O, 
xalqını,  elini,  obasını  sevənləri,  onların  yüksək  əxlaqi 
keyfiyyətlərini  böyük  məhəbbətlə  qələmə  almağı, 
xalqına,  torpağına  pis  gözlə  baxanları,  yurdunu  zəbt 
etmək  üçün  günahsız  qanlar  axıdanlara  qarşı  nifrət  hissi 
yaratmağı  bacarmış,  hər  bir  oxucuda  vətənə,  elinə, 
torpağına 
məhəbbət, 
sədaqət 
hissini 
artırmağa 
çalışmışdır...  Xalq  ədəbiyyatına  həmişə  sənətkarlıqla 
yanaşmış  İlyas  Əfəndiyev  bu  xalq  hikmətlərindən 
yaratdığı  əsərin  bədii  dəyərini  artırmaq  üçün  yeni  ruhda 
onlardan  istifadə  etmişdir."  (Bax:  G.V.Şükürova.  ―İlyas 
Əfəndiyev  yaradıcılığında  xalq  ədəbiyyatı‖,  "Dil  və 
ədəbiyyat" jurnalı, 1999, say 3, s.25.) 
İlyas Əfəndiyevə qəhrəmanının daxili aləmini açmaq, 
onların  könlündən  keçən  arzu  və  istəkləri,  qəmi,  qubarı, 
sevinci  daha  təsirli,  daha  qabarıq  şəkildə  vermək  üçün 
eldən  gələn  bir  bayatı  da  bəs  edir.  Əsərlərində  milli 
koloriti  artırmaq  üçün  müəllif  roman,  povest  və 
hekayələrində,  dram  əsərlərində  el  kədərini,  el  sevinc  və 
istəyini ifadə etmək üçün dərin məzmunlu, geniş yayılmış 
bayatılardan yararlanır. 
Sənətkarın  həyatı  ilə  tanışlıq  göstərir  ki,  ―onun 
ömrünün  ən  gözəl  çağları  olan  uşaqlıq  illəri  bu  ba-
yatıların  həzin  zəngulələri  üstündə  köklənmişdir.‖  (Bax: 
İlyas  Əfəndiyev:  Yazıçı  üçün  dil  onun  ürəyinin 
tərcümanıdır. ―Qobustan‖ jur., 2009, say.1.) 
Bu  cəhətdən  Gülxani  Pənahın  (Şükürovanın)  ―İlyas 
Əfəndiyev  yaradıcılığında  bayatı,  aşıq  yaradıcılığı  və 
xalq  mahnılarından  bəhrələnmə‖  məqaləsinin  nəticələri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
129 
diqqəti  çəkir.  (Bax:  ―İlyas  Əfəndiyev  yaradıcılığında 
bayatı,  aşıq  yaradıcılığı  və  xalq  mahnılarından 
bəhrələnmə.‖,  Dil  və  ədəbiyyat,  say:  4(38),  Bakı,  2003, 
s.53-58.) 
Bu 
məqalədə 
İlyas  Əfəndiyevin  xalq 
bayatılarından yaradıcılığında istifadə faktları aşkarlanır. 
Tədqiqatçı  yazır:
  ―İ.  Əfəndiyevin  əsərlərində  milli 
koloriti  artırmaq  üçün  bir  bədii  priyom  kimi  istifadə 
etdiyi  xalqımızın  yaratdığı  qiymətli  söz  abidələrindən 
olan  bayatılarda  əsrlərin,  qərinələrin  qucağında  uyuyan 
bir  millətin,  xalqın  kədəri,  sevinci,  qəmi,  arzusu,  istəyi, 
cövrü-cəfası  öz  əksini  tapmışdır.‖  (Bax:  Yenə  orada, 
s.53.) 
Tədqiqatçı  dürüst  müəyyənləşdirir  ki,  ―bayatıdan 
yaradıcılığında  istifadə  priyomu  özü  də  İ.Əfəndiyev 
sənətində  göydəndüşmə  deyil.  Onun  ömrünün  ən  gözəl 
çağları olan uşaqlıq illəri bu bayatıların həzin zəngulələri 
üstündə köklənib və ömrünün o kiçik çağlarından eşitdiyi 
bu sənət nümunələri onun yaddaşına həkk olunub.‖ 
İlyas  Əfəndiyev  əsərində  bu  yaddaşı  belə  təzəliyir: 
―Köç  hündür  dağın  döşündən  sallanmış  el  yolu  ilə 
getdikcə  mənə  elə  gəlirdi  ki,  ulduzlu  göyün  bir  parçası, 
dəvənin  yırğalana-yırğalana  getməsi...  mənə  yuxu 
gətirirdi.  Hardan  gəlirik?  Hara  gedirik?...  bilinmirdi. 
Birdən  köçün  qabağıncan  nərin  üstündə  gedən  Səkinə 
nənə  bu  ulduzlu  göyün  altında,  bu  ulduzlu  dərənin 
üstündə uca səslə bayatı çağırdı: 
Aşıq gecələr gələr
Yatıb dincələr, gələr. 
İllər mübah keçəndə 
Karvan gecələr gələr  
Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa 
tərəfindən başqa bir bayatı çağırır.‖ 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə