www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
115
Əfəndiyevin əsərləri ilə yaxından tanış olmuş, pyeslərinin
tamaşalarına baxmış, çıxışlarından birində bildirdiyi
kimi, onun yaradıcılığını boyük minnətdarlıq hissilə
xatırlamışdı. Və biz ayrıca bölmədə bu barədə daha
ətraflı danışacağıq...
****
Xalq şairi Zəlimxan Yaqub çıxışlarının birində haqlı
olaraq demişdi: ―Mənim düşüncəmə görə İlyas
Əfəndiyev bütövlükdə Azərbaycan tarixidi, Qarabağ
tarixidi. Böyük tənqidçimiz Yaşar Qarayev çox gözəl
deyib ki, yeddi Qarabağnamə var, amma İlyas Əfəndiyev
yaradıcılığı bütövlükdə səkkizinci Qarabağnamədir. Bəli,
bu, doğrudan da belədir. İlyas Əfəndiyev əsil-nəcabətli
bir ailənin yetirməsidir və oradan, Qarabağdan gətirdiyi o
duruluğu, saflığı həmişə qorudu. Ona görə də nəsrin
poeziyasını yarada bildi. Onun əsərlərini ən lirik şeir,
bayatı kimi oxuyuram. Çünki onun yaradıcılığında xalq
ruhu, dağ çiçəyinin ətri, qayaların əzəməti, axar-baxarı
var. Çünki bu cür insanlar tərbiyə məktəbidi, mədəniyyət,
ibadət yeridi… İlyas Əfəndiyevi sevmək həm də
Azərbaycanı sevməkdi, ədəbiyyatı, keçmişi, bu günü və
gələcəyi, xalqı, dövləti, dövlətçiliyi sevməkdi.‖
Yaşar müəllimin ―İlyas Əfəndiyev üslubundakı
lirizm‖ məsəlsinə münasibətini də, yeri gəlmişkən
xatırladaq: «...əlbəttə, mübahisə etmək olar ki, İlyas
Əfəndiyev daha çox nasirdir, ya dramaturq? Hətta
mübahisə etmək olar ki, nəsrdə də, dramaturgiyada da o,
daha çox ədibdir, yoxsa şairdir? Lakin bir şey
mübahisəsizdir: İlyas Əfəndiyev, hər şeydən əvvəl, bir
lirikdir, şairanə istedad və üsluba malikdir». (Bax:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
116
Qarayev Y. Müasirliyin sabitliyi. // Əfəndiyev İ.
―Seçilmiş əsərləri‖. 6 cilddə, 1-ci cild, B., Yazıçı, 1984,
s.5.)
Bu münasibətlə tanınmış dilçi-alim, filologiya elmləri
doktoru, professor Qəzənfər Kazımovun fikri də
diqqətəlayiqdir: "..."İlyas Əfəndiyev" sözündə ədəbi bir
işıq, bir kövrəklik, yuxu aləmində uca insanın hiss etdiyi
rahatlıq, yüngüllük, ecazkarlıq var. ... Digər nəsr
ustalarımızın böyük zəhmətinə, müqəddəs ruhuna
etinadsızlıq göstərmədən deyə bilərik ki, əgər nəsrin
şeriyyətini öyrənmək lazım gələrsə, "Dədə Qorqud"dan
sonra İlyas Əfəndiyevin "Qarı dağı", "Qəhrəman ilə
bülbülün nağılı", "Tar", "Kiçik bir poema", "Apardı sellər
Saranı" və başqa hekayələrini öyrənmək lazım gələrdi.
Bu əsərlərdəki şeiriyyət tədricən genişlənərək "Söyüdlü
arx"a, "Körpüsalanlar"a, "Sarıköynəklə Valehin nağılı"na
və başqa əsərlərə hopmuşdur." (Bu fakt ―Sənətkarın
ikinci ömrü‖ (tərtibçi və redaktoru Elçindir) kitabından
götürülmüşdür. Bakı, Çinar-Çap, 2002.)
Ümummilli lider Heydər Əliyev məhz bu xüsusiy-
yətlərinə görə İlyas Əfəndiyevin yaradıcılığına yüksək
qiymət vermişdir: ―Mən bu gün İlyas Əfəndiyevin bütün
yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq
hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız
qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını
şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə,
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər
qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç
vaxt unutmayacaqdır.‖
Bunlar isə yeni dövrün, müstəqillik dövrünün
yanaşma prinsipləridir. Bu prinsipləri şərh edən Yaşar
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
117
Qarayev yazır: ―Keçmiş SSRİ-də, о cümlədən də xüsusilə
Azərbaycanda minilliyin axırlarında baş verən tarixi
ictimai hadisələr zəminində dövlət müstəqilliyi əldə etmiş
ölkələrdə bərqərar olan yeni təfəkkür tərzi işığında bu
gün bir çox ədəbi, mədəni dəyərlərə, о cümlədən də
bütünlükdə ədəbi prosesə münasibət əsaslı surətdə
dəyişmiş,
təzə
baxımdan
qiymətləndirılməyə
başlanmışdır. Az qala dünənə qədər agır təzyiq və təsiri
altında olduğumuz ―ədəbiyyatın partiyalılığı‖, ―bədii
yaradıcılığın sinfi səciyyəsi‖, ―sosialist realizmi
yaradıcılıq metodunun qanunauyğunluqları‖ deyilən
tələblər
bir
zamanlar
zorla
beyinlərə
yeridilən
―Proletkult’, ―AzAPP‖, ―Таг daloy‖ və sair anlayışlar
kimi artıq ədəbi məişətimizdən köçünü çəkib arxivlərin
künclərində toz basmağa məhkum edilmişdir. Lakin bu
heç də о demək deyil ki, vaxtilə ədəbiyyat cəmiyyət
qarşısında yerinə yetirməli olduğu böyük vəzifələrindən
tamamilə uzaq düşmüşdür.
Əlbəttə yox. Klassik irsimizin görkəmli nüma-
yəndələrinin yaradıcılığı kimi ötən əsrin sovet dövrü
kəsiyinə məxsus ədəbiyyatımızın da ən qiymətli
nümunələri gah həzin və kövrək lirik duyğuları, gah
vüsətli epik lövhələri, gah da gərgin dramatik
kolliziyaları yüksək bədii səviyyədə əks etdırmək
əsasında, bəzən müdrik nəsihətlər, bəzən də adamın
yeddi qatından keçən kəskin satirik ifadələr vasitəsilə
çağdaşlarımızın milli, mənəvi aləminin formalaşması,
vətənpərvərlik duyğularının pərvəriş tapması, bəşəri
ideallar ruhunda tərbiyələnməsi sahəsində öz tarixi
vəzifəsini yorulmaq bilmədən yerinə yetirmişdir.
Azərbaycan ədəbiyyatının bir qədər fərqlə son yarım
əsrini bu baxımdan araşdırarkən siması gözlərimiz
Dostları ilə paylaş: |