www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
112
Bu müzakirələr fonunda mətbuatda bir-birinin ardınca
maraqlı və məzmunlu ədəbi-tənqidi məqalələr dərc
edilmişdir. Bunlardan ən bariz nümunələri nəzərə
çatdırırıq: Seyidov Y. «Sarıköynəklə Valehin nağılı»
(Eyni adlı roman haqqında) //Ulduz. - 1979. - №l. - s.30-
34. ; Nəbiyev Bəkir. Sarıköynəklə Valehin nağılı
//Nəbiyev B. Təzə izlər sorağında. - Bakı: Yazıçı, 1979. -
s.138-155. ; Məmmədov K. Saf məhəbbət dastanı.
(«Sarıköynəklə Valehin nağılı» romanı haqqında)
//Kommunist. - 1979. - 3 avqust; Talıbzadə Kamal.
Yazıçnın ideyası və təhkiyə. («Sarıköynəklə Valehin
nağılı» romanı haqqında qeydlər) //Ədəbiyyat və
incəsənət.1980, 4 aprel və s.
Adlarını çəkdiyimiz məqalələrdən bir nümunəyə nəzər
salaq: ―İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də
heç kimə oxşamayan yazıçılarımızdandır. Onun öz
mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və
üsulu
vardır.
Bu
yaradıcılığını
məşhur
edən
problemlərində özünəməxsusluq, orijinallıq güclüdür.
Ədib, adətən, hamı üçün aydın və məlum olan həyat
problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə
həqiqətlərini, elə məsələləri üzə çıxarmağı bacarır ki,
onlar həm də yeni olur, ədəbi maraq oyadır, müasir
problemlər barədə düşünənləri hərəkətə gətirir və təsadüfı
deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.‖
(Bax: Talıbzadə K. Yazıçının ideyası və təhkiyə.
//Ədəbiyyat və
incəsənət, 1980, 4 aprel.)
Maraqlı faktlardan biri də budur ki, İlyas müəllimin
―başı bəlalar çəkmiş‖ hər iki əsəri - «Sarıköynəklə
Valehin nağılı» və «Körpüsalanlar» romanları Moskvada
«Sovetskiy pisatel nəşriyyatında yüksək tirajla çapdan