www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
109
aləmdən şərh etmək İlyas Əfəndiyevin yaradıcılığı üçün
səciyyəvidir." (Bax: Doktor Cavad Heyət. "Azərbaycan
ədəbiyyatı tarixinə bir baxış", Bakı, 1998, səh. 267-268.)
Xalq yazıçısı Hüseyn Abbaszadə isə bu əsərin ən
böyük məziyyətini onun yüksək bədii keyfiyyətində və
müasirliyində görürdü: ―Mən İlyas Əfəndiyevin
«Sarıköynəklə Valehin nağılı» romanının oxucular və
ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılanma-sının
əsas səbəbini onun bədii keyfıyyətində, sənətkarlıqla
yazılmasında görürəm. Xalqı narahat edən problemlərə
toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq
məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu,
ədəbiyyatın zəruri vəzifələrindən biridir...
Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla
bir-birini izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca
aparır. Müasirlik böyük şərtdir.‖ (Bax: Abbaszadə H.
Müasirlik böyük şərtdir. (Azərbaycan Yazıçılar
İttifaqında «Sarıköynəklə Valehin nağılı» romanının
müzakirəsində çıxışı) //Ədəbiyyat və incəsənət. - 1977. -
14 may.)
Yuxarıda qeyd etdiyimiz kimi ―Sarıköynəklə Valehin
nağılı‖
ictimaiyyət
arasında
böyük
rezonas
doğurduğundan bu əsər ―Müasirlik böyük şərtdir‖
problemi işığında Azərbaycan Yazıçılar İttifaqında və
Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnsti-
tutunun geniş Elmi şurasında ətraflı şəkildə müzakirə
edilibdir. Bu müzakirələrdə dövrün ən tanınmış yazıçı,
alim, tənqidçi, ədəbiyyatşünaslarından tutmuş, gənc
tədqiqatçılara, oxuculara qədər iştirak etmiş, müzakirə və
mübahisələrə qoşulmuşlar. Bu müzakirələrin geniş şərhi
və xronikası ―Ədəbiyyat və incəsənət‖ qəzetində (14 may
1977) əksini tapmışdır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
110
Burada xalq yazıcılarından Əli Vəliyev, İmran
Qasımov, Bayram Bayramov, Hüseyn Abbaszadə, Kamal
Talıbzadə, Yaşar Qaryev, Əliağa Kürçaylı, Qulu Xəlilov,
Nəriman Həsənzadə, Xalidə Hasilova, Pənah Xəlilov,
Yəhya Seyidov, Yaqub İsmayılov, Seyfulla Əsədullayev,
Əzizə Cəfərzadə, Əkbər Ağayev, Bəkir Nəbiyev, Gülrux
Əlibəyova, Elçin, Kamran Məmmədov, təbii ki, İlyas
Əfəndiyevin özü və b. iştirak etmiş əsər haqqında maraqlı
mülahizələr və fikirlər söyləmişlər. Ümumi nəticədə,
bütün iştirakçılar əsərin yüksək ədəbi-bədii hadisə olduğu
qənaətinə gəlmişlər.
Xalq yazıçısı Əli Vəliyevin çıxışı, elə bil, müzakirəyə
bir fon, bir istiqamət vermiş olurdu. O, öz məzmunlu və
səmimi çıxışını belə yekunlaşdırmışdı: ― İlyas Əfəndiyev
bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi
diqqət verir və qələmə alır. Onun qəhrəmanları
dövrümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar
yaşayıb-yaratmaqdan, xarüqələr yaratmaqdan həzz
alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə
ömür sürən, əliəyrilərə, gözüdağınıqlara, vəziyyətdən sui-
istifadə edən şöhrətpərəstlərə qarşı barışmaz olan bu
adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol
tapır, özünü sevdirir.‖ (Bax: ―Ədəbiyyat və incəsənət‖
qəzeti, 14 may 1977.)
Professor Seyfulla Əsədullayev roman haqqında
danışarkən fikrini belə ümumiləşdirmişdi:
―Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradı-
cılığının mühüm məziyyətlərindəndir. Yenilik hissi onda
qüvvətlidir. O, daim axtarışda olan məzmun, mövzu və
bədii formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan
yazıçılardandır. İlyas Əfəndiyev romantik üslubda
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
111
yazılmış hekayə və povestlərin, psixoloji dramların və
lirik səpkili realist romanların müəllifıdir. Liriklik,
romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun
ana xəttidir.‖ (Bax: Yenə orada.)
Professor Qulu Xəlilov isə münasibətini belə ifadə
etmişdir: ―Onun təkcə bu romanı deyil, bütün hekayələri,
oçerkləri, dramları, roman və povestləri, kino ssenariləri,
məqalələri - tam halda yaradıcılığı müasir həyatın duru
və şəffaf çeşməsindən su içmişdir... Onun bütün
əsərlərində əsas, aparıcı problem müasir insan, bu insanın
psixoloji, əxlaqi cəhətdən formalaşması, onun davranışı,
fikir və düşüncələri, mənəvi dünyasıdır. İlyas Əfəndiyev
müasir həyatımızın tərənnümçüsüdür.‖ (Bax: Yenə
orada.)
Tənqidçi-ədəbiyyatşünas, professor Əkbər Ağayev isə
elə bil, bütün müzakirəyə qoşulanların hamısının
fikirlərini ümumiləşdirərək deyirdi: ―İlyas Əfəndiyev
müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır,
onun qələmi, istedadının təkraredilməz xüsusiyyətləri öz
təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika,
romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir.
Buraya yazıçının mənəvi aləmin dərinliklərinə baş
vurmaq bacarığı da əlavə olunsa, gozümüz önündə
İ.Əfəndiyevin
yaradıcılığı
üçün
səciyyəvi
olan
məziyyətlərin geniş və əlvan mənzərəsi açılır...
İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim
hərəkət və inkişafdadır, yeni əsərlərlə zənginləşir və
dolğunlaşır. ―Sarıköynəklə Valehin nağılı‖ romanında da
bütün bunları asanlıqla görmək mümkündür. Əlavə edim
ki, bu əsərdə xoşagələn bir vüsət və şairanəlik var.‖ (Bax:
Yenə orada).
Dostları ilə paylaş: |