www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
97
hissini içindən keçirir. "Körpüsalanlar"da – Səriyyədə
hətta "üsyan" tiplidir, milli qadın olaraq qalmaqala,
təzadlı şəkildə, buxovlara ictimai planda etiraz edir."
(Bax: Tehran Alışanoğlu. Sema Doqanla müsahibə,
"Rezonans" qəzeti, 30 sentyabr - 2 oktyabr, 1998.)
Tehran Əlişanoğlu başqa bir planda – ―müsbət
qəhrəman‖ problematikası bucağından da Səriyyə
obrazına diqqət yetirir. O, bu məsələdə İlyas Əfəndiyevin
oz sözlərindən çıxış edərək yazır:
"Mən heç bir zaman səni qəhrəman hesab
etməmişəm" (İlyas Əfəndiyev, ―Seçilmiş əsərləri‖, altı
cilddə, ikinci cild, "Yazıçı", Bakı, 1984, səh. 122) –
Səriyyənin Adilə qarşı üsyanı təkcə idealın mövcud
gerçəkliklərlə təzadını ifadə etmir, həm də artıq
"qəhrəman" anlayışının etik və estetik məzmunlarının
bir-birini tamamlamadığını göstərirdi, bununla da bir
bədii kateqoriya kimi, tərkibi olduğu sosrealizmlə birgə
estetik əhəmiyyətini itirmiş olurdu. Səriyyə bu sırada
sonuncu surətdir. 50-ci illər nəsrinin "qəhrəman"
ölçülərinə sığmayıb bir tərəfdən onun apologiyasını,
digər baxımdan isə inkarını ziddiyyətli şəkildə özündə
birləşdirir.‖ (Bax:Tehran Əlişanoğlu. "Qobustan" jurnalı,
1-2, 1998; Tehran Əlışanoğlu. ―Azərbaycan yeni nəsri‖,
Bakı, 1999, səh. 23; 25.)
Yeni mərhələ tənqidçilər, ədəbiyyatşünaslar nəslinin
digər bir nümayəndəsi – İsmayıl Öməroğlu İlyas
Əfəndiyev yaradıcılığını belə görür: "İlyas Əfəndiyevin
bədii nəsrində şəxsiyyətin fərdi xüsusiyyətlərini
göstərmək,
xarakterlərin
özünəməxsusluğunu
müəyyənləşdirmək, həyatın gedişində meydana çıxan
insani və ictimai ziddiyyətlərin mahiyyətinin üzə
çıxarılmasında
fərdi
münasibətlərin
rolunu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
98
əsaslandırmaq, sübuta yetirmək kimi keyfiyyətlər
ədəbiyyatımızda layiqincə qiymətləndirilmişdir." (Bax:
İsmayıl Öməroğlu. ―İnsan həyatda və sənətdə‖. Bakı,
1998, səh. 106.)
Göründüyü kimi, ―Səriyyə problemi‖ vaxt-bivaxt,
müxtəlif mərhələlərdə tənqidimizi düşündürsə də, 60-cı
illərdə baş vermiş bu diskusiyalar və narahatlıqlar artıq
arxada qalıb. Biz bilərəkdən dərinə getmədik. Çünki
yanlışlıqlar burulğanındakı keçmişi ―qurdalamaq‖ bizi də
yanlışlığa gətirər. Həmçinin bu diskusiyalarda iştirak
edənlərin də fikir fərqlərinə hörmət etmək borcümüzdur...
Onu, bir daha qeyd edək ki, bədiiliyin və yeniliyin
təssübkeşi olan tənqidimiz Səriyyə obrazının yeniliyini
qəbul edərək onu hər cür haqlı-haqsız tənqidlərdən
qoruya bildi. Bu əsər İlyas Əfəndiyevin digər əsərləri
kimi
XX
əsr nəsrimizin sevilə-sevilə oxunan
şedevrlərindən biri oldu. Yazıçıya böyük məhəbbət və
uğur qazandırdı.
Bu da nəsrimizin və ədəbi fikir tariximizin maraqlı bir
fraqmentidir...
İndi isə İlyas Əfəndiyev yaradıcılığının bu qisimdə
başqa bir faktı barəsində ədəbi fikir tariximizin digər bir
fraqmentini nəzərdən keçirək.
****
―Sarıköynəklə Valehin nağılı‖ da təxminən eyni
tərzdə,
―Körpüsalanlar‖ kimi ədəbi mübahisələr
doğurmuşdu. Azərbaycan bədii nəsrinin klassik
nümunələri sırasında layiqli yer tutmuş bu romanın da
yolu şahrah olmamışdı. Əlbəttə, İlyas müəllimin digər
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
99
əsərləri kimi ―Sarıköynəklə Valehin nağılı‖ da oxucular
və tənqidçilər arasında geniş maraq doğurmuşdu.
Onun ən maraqlı əsərlərindən – romanlarından biri
olan ―Sarıköynəklə Valehin nağılı‖dır. Bu əsərin də
―Körpüsalanlar‖ romanı kimi qəribə və maraqlı taleyi
olmuş, ədəbi tənqiddə, ən doğrusu, ideoloji işlə məşğul
olan yuxarı təşkilatlarda, orta nihilist siferada bu əsər
xüsusi bir qısqanclıqla qarşılanmışdı. Əsas ittihamlardan
ən əsası bu idi ki, əsər sovet ideologiyasına uyğun deyildi
və sovet hüquq qanunlarının ―humanist‖ əsalarını dağıdır.
Yazıçının oğlu, xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas,
filologiya elmlər doktoru, professor Elçin Əfəndiyev
həmin mübahisələri xatırlayaraq yazır:
"Yenə bir hadisə yadıma düşür.
«Sarıköynəklə Valehin nağılı» romanının çapından
sonra, oxucuların böyük marağını, tənqidçilərin istəyini
nəzərə alaraq, Yazıçılar İttifaqı, bu romanın da, İlyas
Əfəndiyevin başqa romanları və ümumiyyətlə, başqa
əsərləri kimi, sovet ideoloji tələbləri baxımından
ögeyliyinə baxmayaraq, Mərkəzi Komitədən də heç bir
icazə almadan, məşhur Natəvan adına klubda romanın
geniş müzakirəsini keçirdi və «Ədəbiyyat və incəsənət»
qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977).
Və birdən-birə Mərkəzi Komitənin yüksək rütbəli
çinovnikləri (xüsusən, mədəniyyət şöbəsinin müdiri)
böyük bir cidd-cəhd və kin-küdurətlə Yazıçılar
İttifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə
alıblar və nə üçün bu romanın müzakirəsini keçiriblər,
«Ədəbiyyat və incəsənət» qəzetindən də ciddi izahat
tələb etdilər ki, nə üçün bu müzakirənin materiallarını
dərc edib?
Dostları ilə paylaş: |