www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
85
Əfəndiyev
əməkçilərin
zəhmət
birliyini
böyük
məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini
parlaq və real boyalarla göstərir... Biz «Bahar suları»
əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki,
həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda
yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı
yaradılır.‖ (Bax: ―Ədəbiyyat və incəsənət‖ qəzeti, 1974,
23 noyabr.)
Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah
insanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini
istəməyənlər də tapılırdı və bu məsələlərə biz yuxarıda
toxunmuşuq. Sonralar yazıçının ―Söyüdlü arx‖,
―Sarıköynəklə Valehin nağılı‖ romanlarının
taleyi də eyni
sınaqlardan keçməli olmuşdu.
Ölməz sənət nümunəsi kimi Azərbaycan nəsrinin
xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu,
incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan
―Körpüsalanlar‖ povestı bədii təfəkkür tərzində yeni bir
mərhələ açdı. Bu tipli əsərlərin məna və mahiyyətini
Bəkir Nəbiyev belə şərh edirdi:
―İlyas Əfəndiyevin ―Söyüdlü arx‖, ―Körpüsalanlar‖,
―Sanköynəklə Valehin nağılı‖ kimi yazıldığı dövrün
gerçəkliyini əks etdirən əsərlərinin qəhrəmanları
mərkəzdən uzaq rayonlarda təzə binalar tikən, dağlar
qoynundakı fermalara yol çəkən, gur çaylar üstündən
körpülər salаn, bu binalar, yollar, körpülər vasitəsilə
kəndə
mədəniyyət
aparan,
adamların
rifahını
yaxşılaşdıran, onların qəlbinin dərinliklərinə işıq salan
nufzlu adamlardır. Həyatın müxtəlif sahələrində çalışan
bu qəhrəmanların boyük bir qismi cavan qızlar və
oğlanlardır. Lakin yaşından, fəaliyyət sahəsindən,
ixtisasından asılı olmayaraq, ədibin qəhrəmanları öz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
87
müəllim əsəri göndərdi. Beləliklə də, ―Körpüsalanlar‖ı
Əfəndiyevlər ailəsindən sonra ilk
dəfə tam halda oxumaq,
onun haqqında redaktorda konkret obyektiv rəyin
formalaşmasna kömək etmək şərəfi mənə nəsib oldu.
Bunu xatırlayanda, üstündən 45 il keçdiyinə baxmayaraq
bu gün də duyğulanıram...
Həmin il sentyabrın 7-dən başlayaraq ―Körpüsalanlar"
müntəzəm olaraq parçalar halında qəzetdə çap olunmağa
başladı.‖ (Bax:
Yenə orada, s.11.)
Lakin bu əsər də ədəbi tənqid tərəfindən bir mənalı
qarşılanmadı, hətta o vaxtlar Respublika KP MK-nın
xüsusi göstərişi ilə bu əsərin çapının yarımçıq
dayandırılması haqda göstəriş verilmiş, əsər ətrafında
ziddiyyətli diskusiyalar baş alıb getmişdi...
Bu barədə prof. Elçinin də xatırlamaları bir çox
həqiqətləri ortaya çıxarır. Elçin müəllim yazır:
―Yadıma gəlir, «Körpüsalanlar» povestini İlyas
Əfəndiyev 1959-cu ilin sonunda yazıb bitirmişdi və
unudulmaz Sona xanımın – mən gözümü açandan
Yazıçılar İttifaqında işləyən və İlyas Əfəndiyevin ərəb
əlifbası ilə xəttini oxuyan yeganə makinaçının çap etdiyi
əlyazmanın ilk oxucusu mən oldum. O zaman 10-cu
sinifdə oxuyurdum və «Körpüsalanlar»ın romantikası, o
əsərdəki lirika, psixoloji məqamlar mənə çox təsir
etmişdi, hətta o qədər təsir etmişdi ki, bunu atamdan
gizlətməyə çalışırdım...
İlyas Əfəndiyev «Körpüsalanlar»ı da, başqa əsərləri
kimi, əvvəlcə «Azərbaycan» jurnalına vermək istəyirdi.
Ancaq hər şey başqa cür oldu.
O zaman ən nüfuzlu qəzet Azərbaycan Kommunist
Partiyasının orqanı olan «Kommunist» qəzeti idi və o
qəzetin redaktoru rəhmətlik İsrafil Nəzərov həmin