www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
82
―Qaçaq Süleymanın ölümü‖ (1993), ―Xan qızı
Gülsənubərlə tarzən Sadıqcanın nağılı‖ (1996) kimi
əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə
yüksəltmişdir. İlyas Əfəndiyevin ədəbi-bədii irsi XX əsr
azərbaycanlısının təfəkkürünün, düşüncələrinin, psixolo-
giyasının, ictimai-sosial həyatının, məişətinin, yaşantıla-
rının, duyumlarının aynasıdır, problemlərinin, ağrı və
acılarının, iztirablarının, iftixar və günahlarının arxividir,
öyrənc yeridir.
Bu cür qələm sahiblərinin əsərləri onların sağlığında
və sonra dönə-dönə müxtəlif qəzet və jurnallarda seçmə
halında, ayrı-ayrı nəşriyyatlarda kitablar kimi bütöv halda
nəşr edilir, dərsliklərə düşür, pyesləri müxtəlif teatrlarda,
fərqli rejissorlar tərəfindən dönə-dönə tamaşaya qoyulur,
efir və ekran vasitəsilə səsləndirilir və nümayiş etdirilir.
Bu əsərlər ardıcıl olaraq ədəbi və ictimai mühit
tərəfindən dönə-dönə qiymətləndirilir, barəsində fikirlər
söylənilir, ədəbi-tənqidi məqalələr yazılır, ətrafında
tədqiqatlar aparılır, dissertasiyalar yazılır...
Ədəbi tənqidimizin fikrincə (Elçin, Yaşar Qarayev,
Akif Hüseynov, Şamil Salmanov, Yaqub İsmayılov,
Əmin Əfəndiyev, Nizaməddin Şəmsizadə, Şirindil
Alışanlı, Vaqif Yusifli və başqaları... ) İlyas Əfəndiyevin
yaradıcılığı bütünlükdə Azərbaycan ədəbiyyatının vaxtilə
sovet dövrü adlandırılan ikinci respublika mərhələsinin
ədəbiyyatına dair əsaslı ədəbi düşüncələr üçun zəngin
material verir.
XX əsr ədəbi-tənqidimizin korifeylərindən olan
akademik Məmməd Arif yazırdı: ―Sovet ədəbiyyatının
inkişafında, onun ideya-bədii təkamülündə İlyas
Əfəndiyevin rolu olduqca böyükdür. Cəsarətlə deməliyik
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
83
ki, İlyas Əfəndiyev sovet dramaturgiyasının tarixində
xüsusi bir mərhələ təşkil edir. ...İlyas Əfəndiyev hər cür
milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın
beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan
ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların
necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını
dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.‖ (Bax:
―Kommunist‖ qəzeti, 1974, 17 noyabr.)
Akademik Məmməd Arifin bu fikrinə münasibət bil-
dirən filologiya elmlər doktoru, şair-ədəbiyyatşünas
Qasım Qasımzadə yazırdı: ―Bu sözlər Cəfər Cabbarlı,
Səməd Vurğun kimi sənətkarlarımızın irsini tədqiq edib
monoqrafiyalar yazan, özünə-sözünə həmişə tələbkarlıqla
yanaşan mötəbər bir alimin, akademik Məmməd Arifin
qələmindən çıxdığı üçün, demək olar ki, ədəbi
ictimaiyyətin də qənaətidir.‖ (Bax: Qasımzadə Q.
―Ədəbiyyatımız, mənəviyyatımız‖. Bakı, Yazıçı, 1988,
s.233.)
Lakin bu o demək deyildi ki, İlyas Əfəndiyevin
yaradıcılıq yolu ədəbi tənqiddə həmişə şahrah gedibdir.
Ədəbi tənqiddə yazıçının bir sıra əsərləri ciddi
mübahisələrə və diskusiyalara da səbəb olubdur. Xüsusən
onun ―Körpüsalanlar‖ və ―Sarıköynəklə Valehin nağılı‖
əsərləri ədəbi tənqidimiz tərəfindən bir mənalı
qarşılanmamışdı...
****
―Körpüsalanlar‖ əsəri 60-cı ildə işıq üzü görüb. Bu
əsərin ilk nəşri və sonrakı taleyi barədə İlyas Əfəndiyevin
oğlu, Xalq yazıçısı, ədəbiyyatşünas-tənqidçi, professor
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
84
Elçinin və akademik Bəkir Nəbiyevin maraqlı xatirə və
qeydləri vardır.
Məlumdur ki, 60-cı illər və ondan sonrakı mərhə-
lələrdə İlyas Əfəndiyevin yaradıcılığı ən coşğun və
kamilləşmə
dövrünü
keçirmişdir.
1960-cı
ildə
Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını
almış İ.Əfəndiyevin yaradıcılığında, xüsusilə 60-90-cı
illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun
yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-
birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi
problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik
səviyyəli
nümunələri
kimi
şöhrət
qazanmış
«Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost»
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə
baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və
romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram
əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi
məhsuldar yaradıcılıq yolu keçir.
Bunların sırasında ―Körpüsalanlar‖ povesti (sonralar
bu əsəri müəllif roman kimi təqdim etmişdir) xüsusi
əhəmiyyət kəsb edir. Çünki bu əsər o dövrdə ədəbi
tənqiddə xüsusi maraq, diskusiya və mübahisələr
doğurmuşdu. Belə diskusiyalar və gərgin münasibətlər
onun yaradıcılıq həyatında yeni deyildi. Hələ, 40-cı
illərin axırlarında İ.Əfəndiyev artıq özünü istedadlı bir
nasir və dramaturq kimi təsdiq etmişdi, qeyd etdiyimiz
kimi, onun yaradıcılığı ətrafında müxtəlif fikirlər və
ziddiyyətli münasibətlərin olması da təbii idi...
Xalq şairi, akademik Səməd Vurğunun bu fikri həmin
dövrün obyektiv ictimai fikrinə gözəl nümunədir: ―İlyas
Dostları ilə paylaş: |