www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
93
münasibətim. Yenə həmin sayda; Ramazanova Z. Siz
necə baxırsınız? ―Azərbaycan qadını‖ jurnalı, 1961,
say.7, s.22; Xəlilova R. Biz belə düşünürük…
―Azərbaycan qadını‖ jurnalı, say 8, s. 16; İsmayılova A.
Mənim fikrim belədir. ―Azərbaycan qadını‖, jurnalı,
1961, say 10, s.18 və s.)
Lakin bu oxucu məktubları içərisində (dərc olunanları
nəzərdə tuturuq, amma yazıçıya yüzlərlə Səriyyəni
müdafiə xarakterli məktublar gəlirdi) Hacıyev O. adlı bir
oxucunun
―Səriyyənin
məhəbbəti‖
(―Azərbaycan
gəncləri‖ qəzeti, 19 aprel 1993-cü il) oxucu məktubu
buna misaldır.
İş o yerə çatmışdır ki, akdemik Məmməd Cəfər kimi
nüfuzlu bir tənqidçi bu cür oxucu məktublarına cavab
olaraq ―Bir mübahisə münasibətilə‖ (1962) məqaləsində
bu cür yanlış münasibətlərə ədəbi arqumentlərlə cavab
verdi. (Bax: Məmməd Cəfər. Həyatın romantikası. Bakı,
Azərnəşr, 1968, s.149.)
Belə bir məqamda tənqidçi Məsud Əlioğlu onu tənqid
edənlərə cavab yazaraq ―Azərbaycan‖ jurnalında dərc
etdirdi. (Bax: Məsud Əlioğlu. ―Sevil‖dən ―Saçlı‖ya‖.
―Azərbaycan‖ jurnalı, 1962, say 3, səh. 228-240.)
Tənqidçi ədəbiyyatımızda yaradılan qadın obrazları
silsiləsini təhlil edərək, yenə də Səriyyə obrazı
barəsindəki əvvəlki fikirlərini bir az da dərinləşdirərək
yazırdı: ―Səriyyənin ailə-əxlaq normalarının saflığını
pozan sərbəst hərəkətləri bizi narazı salır. Nuriyyədən
fərqli olaraq (―Söyüdlü arx‖ romanının qəhrəmanı – J.Q.)
Səriyyə, nə müasir həyatla, nə də milli adət-ənənələrlə
bağlanmayan açıq-saçıq, ipə-sapa yatmayan, hərcayi bir
qızdır.‖ (Bax:
Yenə orada, s.238.)