Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə30/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
94 
Bu  məqalədən  sonra  ədəbi  mühitdə  yenidən  bir 
canlanma başladı və bir-birinin ardınca Mehdi Hüseynin, 
Seyfulla  Əsədullayevin,  Gülrux  Əlibəyovanın,  İsaq 
İbrahimovun, Cəlal Məmmədovun məqalələri dərc edildi 
və  görkəmli  tənqidçi  Cəfər  Cəfərov  yazıçıların  IV 
qurultayında  ―Ədəbi  tənqid  haqqında‖  məruzəsilə  bu 
məsələyə  bir  növ  yekun  vurmuş  oldu.  (Bax:  Elçin. 
Tənqid  və  ədəbiyyatımızın  problemləri.  Bakı,  Yazıçı, 
1981, s.187.) 
Cəfər  Cəfərov  konkret  olaraq  deyirdi:  «Körpüsa-
lanlar»  povesti  ilə  əlaqədar  olaraq  özünü  göstərən 
avamlıqlara  yol  verilməməli,  vaxtilə  Mustafa  Quliyevin 
dediyi  «müsəlman  tənqidinin»  qalıqları  ilə  mübarizə 
edilməlidir». (Bax: Cəfərov  C. Əsərləri.   İki cilddə,  2-ci 
cild,  Bakı,  1968,  səh.  388-389.)  Beləliklə  də 
―Körpüsalanlar‖ romanı ilə bağlı ―müsəlman tənqidinin‖ 
qalıqları‖na yekun vuruldu. 
Bu  məsələyə  münasibətdə  yekun  olaraq  bildirək  ki, 
60-cı illərdən başlayan və sonrakı dövr Azərbaycan ədəbi 
tənqidini və ümumiyyətlə, ictimai fikrini tədqiq edərkən, 
aşkar  görsənir  ki,  həmin  illərdə  ortaya  çıxmış  «Səriyyə 
məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə, 
bir  tərəfdən  vulqar  sosioloji  təfəkkür  tərzində,  digər 
tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının süqutu üçün 
dönüş mərhələsi təşkil edir. 
 Ədəbi  tənqid  sübut  etdi  ki,  «Körpüsalanlar»  və  bu 
povestin  qəhrəmanı  Səriyyə  obrazı  həm  bədii-estetik 
cəhətdən,  həm  də  mövzu  baxımından  Azərbaycan 
nəsrində  tamam  yeni  bir  hadisə  idi  və  özü  ilə  keyfiyyət 
dəyişikliyi  gətirdi,  ədəbi  mərhələyə  çevrildi,  eyni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
95 
zamanda,  ədəbi  tənqiddə  qeyd  etdiyimiz  dönüş 
mərhələsinin yaranmasına səbəb oldu. 
İlyas  Əfəndiyev  yaradıcılığının  ən  səriştəli  təd-
qiqatçılarından  biri,  bizim  gözəl  tənqidçimiz  Yaşar 
Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar» 
(1960), «Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə 
ifadə olunan yenilik, hər şeydən əvvəl, müəllifin «müsbət 
qəhrəman»  və  «mənəvi  gözəllik»  anlayışını  o  illərin 
stereotip  ölçü,  qəlib  və  normalarından  fərqləndirən 
cəhətlərdən idi. Belə ki, müəllif bilavasitə mövcud ədəbi 
ənənədən  yox,  həyatdan,  ictimai  və  mənəvi-əxlaqi 
inkişafda yeni mərhələnin formalaşdırdığı nəslin üzərində 
müşahidələrdən  çıxış  edərək,  müasir  insan,  məişət  və 
əxlaq  haqqında  öz  anlayışlarını  irəli  sürürdü.»  (Bax: 
Qarayev Y. «Xarı bülbülün nağılı», Bakı, 1995, səh. 19.) 
Tənqidçilərimizin  bir  qismi  ―Körpüsalanlar‖  poves-
tinin  baş  qəhrəmanı  Səriyyə  obrazının  xarakterindəki 
yeniliyin,  novatorluğun,  qadın  düşüncə  və  rəftarındakı 
müstəqilliyin,  sərbəstliyin,  azadxahlığın  ziddiyyətli  hal, 
xasiyyət,  rəftar  kimi  yozulmasında,  əlbəttə  ki,  haqlı 
deyildilər... 
Amma  sonrakı  mərhələlərdə,  elə  indinin  özündə  də, 
xüsusən ədəbiyyatşünaslığımızda bu obraza artıq yenidən 
qayıdış,  yeni  təhlillərlə  yanaşma  mövcuddur  və  davam 
etməkdədir  ki,  bu  da  ―Körpüsalanlar‖  romanının  daimi 
mövcud  olan  müasirliyindən  və  yüksək  bədiilik  prinsipi 
ilə  yaradıldığından  xəbər  verir.  Bu  cəhətdən  ədəbi 
tənqidimizin 
Yaşar 
Qarayev, 
Akif 
Hüseynov, 
Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil Alışanov, 
Tehran  Əlişanoğlu  və  s.  bu  kimi  nümayəndələrinin 
əsərlərində müəyyən ədəbi faktlar mövcuddur...  
Bir neçə bariz misalla kifayətlənək: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
96 
Akif  Hüseynov  əsərin  geniş  təhlilindən  sonra  yazır: 
―İlyas 
Əfəndiyevin 
―Körpüsalanlar‖ 
povestinin 
qəhrəmanı  Səriyyədə  şəxsi  sərbəstlik  hissi  çox  güclüdür. 
...Təhkiyyənin  emosionallığı,  lirizmi,  psixoloji  səhnələri 
ilə maraq doğuran bu əsərdə müəllif həmin xarakteri incə 
detallarla  nəzərə  çarpdırır,  fəhlə  surətlərini  məhəbbətlə, 
səmimiyyətlə  yaradır  və  Səriyyənin  hərəkələrini  məhz 
əks əxlaqi sifətlərin uyuşa bilməməsindən doğan təbii bir 
hal  kimi  təqdir  edir.  Bu  uyuşmazlıq  Səriyyənin  həssas 
təbiətində  və  müşahidələrində,  pak  mənəviyyatının  şüa-
sında öz qabarıq inikasını tapdığı kimi, onun intixabı ilə 
də  naqisliyin  mənəvi  cəzası,  inkarı,  nəcib  keyfiyyətlərin 
təsdiqi  kimi  səslənir.‖  (Bax:  Hüseynov  A.  Müxtəlifliyin 
birliyi, bakı, Yazıçı, 1983, s.199.) 
Filologiya  elmlər  doktoru,  tənqidçi-ədəbiyyatşünas 
Vaqif  Yusifli  isə  ədibin  yaradıcılığına  indiki  dövrdə  də 
dərin marağın olma səbəbini onun müasirliyində görərək 
yazır:  "...  Həmişə  müasir  İlyas  Əfəndiyev...  Onun 
haqqında  düşünəndə  hər  şeydən  öncə,  bu  müasirlik 
ifadəsi  yada  düşür.  Yəni  həmişə  təzə,  təravətli,  novator 
bir sənət." (Bax: "Azərbaycan" qəzeti, 3 oktyabr 2001.) 
Tənqidçi  Tehran  Əlişanoğlu  da  özünəməxsus  bir 
üslubda  yazır:  "Bizim  nəsrdə  bütün  XX  əsr  boyu  keçən 
bir  "qadın  mövzusu"  vardır.  Mən  onu  "qadın 
emansipasionu"  şəklində  qabardıram,  ...  cəmiyyət 
həyatında  qadın  oyanışı,  qadının  cəmiyyətdə  yerini 
axtarması.  Bizdə  bu  bir  xəttdir.  30-cu  illərdə  sosial 
plandadır. 50-60-cı illərdə nəsrdə güclü publisist aksentlə 
aktuallaşır.  Məsələn,  İlyas  Əfəndiyevin  qadın  obrazları. 
Siz  (Sema  Doqan)  deyən  başlanğıclar  lirik  məzmunda 
artıq  Nuriyyədə  var  –      "Söyüdlü  arx"  əsərində,  azadlıq 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə