Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
103 
yaxşılaşdıran,  onların  qəlbinin  dərinliklərinə  işıq  salan 
nufzlu  adamlardır.  Həyatın  müxtəlif  sahələrində  çalışan 
bu  qəhrəmanların  boyük  bir  qismi  cavan  qızlar  və 
oğlanlardır.  Lakin  yaşından,  fəaliyyət  sahəsindən, 
ixtisasından  asılı  olmayaraq,  ədibin  qəhrəmanları  öz 
böyük qayəsi, bu qayə uğrunda mübarizədə təzahür edən 
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili 
təlatümün  təbiiliyi  ilə  yaddaşlara  həkk  olunmuşlar.  Bu 
xüsusiyyətlər  keçmiş  həyatımızın,  tariximizin  ən  tipik 
lövhələrini əks etdirən ―Üçatılan‖, ―Geriyə baxma, qoca‖ 
romanları üçün də səciyyəvidir. 
Ədəbiyyatşünaslarımız,  tədqiqatçılarımız  yazıçının 
yaradıcılığı  ilə  bağlı  qiymətli  fikirlərini,  mülahizələrini 
söyləmişlər.  Görkəmli  alimimiz  Yaşar  Qarayev  yazırdı: 
―İlyas  Əfəndiyev  əfsanə,  mahnı  və  nağıl  kimi  qələmə 
aldığı  ilk  hekayələrlə  nəsrə  gəlmişdir...  Özü  də  ―nağıl‖, 
―əfsanə‖  sözlərini müəlif zahirən də  gizlətmir, onu hətta 
başlığa,  sərlövhəyə  çıxarır.  ―Sarıköynəklə  Valehin 
nağılı‖nda  belə  səciyyəli  ―nağıl  ifadələri‖,  təhkiyyə  və 
kompozisiya  əlamətləri  də  vardır:  -  ―aldı  Valeh,  aldı 
Sarıköynək‖  və  s.  Sanki  aşıq  dastan  danışır.‖  (Bax: 
Qarayev  Y.  ―Tənqid,  problemlər,  portretlər‖.  Bakı, 
Azərnəşr, 1976, s.5. – 212 səh.)  
Görkəmli tənqidçinin bu müşahidəsini ustad yazıçının 
özü  də  xatirələrində  təstiqləyir.  İ.Əfəndiyev  yazırdı: 
―Uşaq  vaxtı  eşitdiyim  nağıllar,  əfsanələr  uzun  illər 
boyunca  həmişə  mənimlə  olmuşdur  və  qəribədir  ki,  illər 
keçdikcə  də  elə  bil  ki,  onlar  mənim  üçün  yeni  boyalar, 
çalarlar  əldə  etmişdir.  Sonralar  məlum  olmuşdur  ki, 
mənim  uşaq  təfəkkürümü  tamam  sehrli  bir  aləmə  çəkib 
aparan  həmin  əhvalatların  bir  qismi  Azərbaycan 
nağıllarından,  hətta  ―Min  bir  gecə‖dən  gəlir,  bir  qismi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
104 
dastanlarımızdan,  əsatirlərimizdən,  qədim  inam  və 
ayinlərimizdən,  bir  qismi  də  hədislərdən,  dini  şərhlərdən 
gəlir, onların bəzisini qələmə alarkən mən ilkin mənbələri 
yox,  öz  yaddaşımı,  hisslərimi  əsas  götürmüşəm.‖(Bax: 
Əfəndiyev İ. ―Sən ey böyük Yaradan‖. Bakı, Şərq-Qərb, 
s.10.– 161 səh.) 
Elə,  böyük  yazıçımızın  əksər  əsərlərini,  həmçinin  bu 
əsərini də oxucu və tənqidçilərə sevdirən əsas bu cəhətlər 
idi – xalq ruhuna bağlılıq... 
 Akademik  Kamal  Talıbzadə  İlyas  Əfəndiyevin 
romanından  ("Sarıköynəklə  Valehin  nağılı")  danışarkən, 
ilk  növbədə,  onu  qeyd  edir  ki,  bu  roman  "problemləri, 
quruluşu,  konfliktin  xarakteri,  üslubu,  təhkiyyənin 
manerası  baxımından  tənqidi  fikrə  yeni  söz  deməyə, 
müasir  nəsrin  ideya-sənətkarlıq  xüsusiyyətlərindən, 
üslubi  istiqamətlərindən  söhbət  açmağa  imkan  verir" 
(Talıbzadə  K.  ―Tənqid  və  tənqidçilər‖,  Bakı,  1989,  səh. 
437).  
Tənqidçi  yalnız  romanın  bu  cəhətini  qeyd  etməklə 
qalmırdı,  əsərin  təhlili  gedişində  onun  verdiyi  bu 
imkanlardan  mümkün  qədər  dolğun  istifadə  edərək 
konkret  bu  romanın  timsalında  müasir  nəsrin  inkişaf 
meyllərini izləyir və meydana çıxarırdı. 
 Bunu  təkcə  tənqidçilər  deyil,  yazı-pozu  adamları, 
yazıçının qələm dostları da hiss edirdilər. Xalq şairi Cabir 
Novruzun  bu  barədə  müşahidələri  səciyyəvidir.  O, 
qəzetdə "İlyas Əfəndiyev itgisi..." adlı xatirə-məqalə dərc 
etdirmişdi. Müəllif yazır: 
"Onun oxunaqlı, orijinal hekayələri ilə nəsrimizə yeni 
ruh,  yeni  nəfəs  gəldi.  Təsadüfi  deyil  ki,  hər  dəfə  bu 
hekayələr  çap  olunanda  oxucuların  böyük  marağına 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
105 
səbəb 
olurdu. 
İlyas 
müəllimin 
ədəbiyyatımız, 
mədəniyyətimiz, mənəvi dəyərlərimiz haqqında çıxışları, 
mülahizələri,  müsahibələri,  söhbətləri  öz  təzəliyi, 
bənzərsizliyi ilə həmişə ehtiram doğururdu. Amma İlyas 
müəllimi 
milyonlarla 
oxucular 
arasında, 
ədəbiyyatsevərlər  içində  sevdirən,  tanıtdıran,  geniş 
şöhrətləndirən  nəsrimizdə  yeni  mərhələ  olan  "Söyüdlü 
arx", "Dağlar  arxasında  üç  dost", "Sarıköynəklə Valehin 
nağılı", "Geriyə baxma, qoca" romanları olub. Bu əsərlər 
indi də müasir və gərəklidir, gələcək nəsillərimiz üçün də 
əsl  tərbiyə  məktəbi  olacaqdır.  Bu  əsərlər  çap  olunanda 
geniş  əks-sədaya,  marağa,  sözün  yaxşı  mənasında 
mübahisələrə,  müzakirələrə,  ədəbi  aləmdə  canlanmaya 
səbəb  olurdu.  Ona  görə  ki,  yazıçı  dövrün  çox  mühüm 
ictimai-siyasi.  mənəvi  problemlərinə  toxunurdu.‖  (Bax: 
Cabir Novruz. ("Xalq qəzeti", 15 noyabr 1998.) 
Tənqidçi-ədəbiyyatşünas  Vaqif  Yusifli  İlyas  Əfən-
diyev  yaradıcılığını  obrazlı  şəkildə,  ümumən  belə 
qiymətləndirir:  "...İlyas  Əfəndiyev  haqqında  düşünəndə  
quruyub  xəzəl  olsa  belə,  öz  ətrini,  rayihəsini  itirməyən, 
elə  bil  yenicə  dirilən  boy  çiçəyini  xatırlayırsan.  İnsanlar 
arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin 
boy  çiçəyinin  ətri  ilə  müqayisə  etmək  olar.  Bir  də  ona 
görə  ki,  İlyas  Əfəndiyevin  nəsri  və  dramaturgiyası 
bütünlükdə  bu  incə  hissləri  şairanə  bir  dillə  tərənnüm 
edir.‖  (Bax:Vaqif  Yusifli.  ―Tənqid  yarpaqları‖.  Bakı, 
1998, səh. 26.) 
Tənqidçinin  müşahidə  etdiyi  onun  bu  özünəməxsus-
luğu,  lirizmi,  zərifliyi,  ən  kövrək  və  bakirə  hissləri 
―Sarıköynəklə  Valehin  nağılı‖  romanında  da  özünü  tam 
göstərir.  


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə