Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə34/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
106 
Vaqif  Yusiflinin  görkəmli  tənqidçi  Akif  Hüseynovla 
birlikdə  1978-ci  il  ədəbi  prosesində  nəsr  haqqında 
yazdıqları  icmalda  İlyas  Əfəndiyevin  ―Sarıköynəklə 
Valehin nağılı‖ romanı geniş, əsaslı elmi-nəzəri və estetik 
təhlilə  cəlb  edilibdir.  Məqalədə  oxuyuruq:  ―Romanın 
qəhrəmanları  bizim  müasirlərimizdir.  İ.Əfəndiyev 
qələminin  tanış  xüsusiyyətlərini  bu  romanda  da  aşkar 
görürük.  Əsərdə  həyata  realist  və  romantik  baxış 
qovuşmuşdur.  Sərt,  kəskin  boyalarla  şeiriyyətli,  poetik 
yüksəkliyə qaldırılmış lövhələr bir-birini əvəz edir. 
   ...Romanın  kompozisiyasında  nağılvari  əlamətlərin 
mövcudluğu  təhkiyyəyə  şirinlik  və  cazibədarlıq  aşılayır. 
Müəllif  burada  nağıl-dastan  üslubundan  istifadə  edərək 
dövrün  və  cəmiyyətin  yaratdığı  pisliklərə,  mənfiliklərə, 
şərə  qarşı  mübarizə  motivini  önə  çəkir,  şirin  bir 
təhkiyyədə təzadlı lövhələr yaradır.‖ (Bax: ―Ədəbi proses 
–  1978  (nəsr,  poeziya,  dramaturgiya,  tənqid)‖,  Bakı, 
―Elm‖ nəşriyyatı, 1980.) 
Bu roman haqqında danışan digər bir tənqidçi, əsərin 
məziyyətlərini bunda görür:  
"İlyas  Əfəndiyevin  bədii  nəsrində  şəxsiyyətin  fərdi 
xüsusiyyətlərini 
göstərmək, 
xarakterlərin 
özünə-
məxsusluğunu  müəyyənləşdirmək,  həyatın  gedişində 
meydana  çıxan  insani  və  ictimai  ziddiyyətlərin 
mahiyyətinin  üzə  çıxarılmasında  fərdi  münasibətlərin 
rolunu əsaslandırmaq, sübuta  yetirmək kimi keyfiyyətlər 
diqqəti  xüsusilə  cəlb  edir.‖  (İsmayıl  Öməroğlu.  ―İnsan 
həyatda və sənətdə‖. Bakı, 1998, səh. 106.) 
―Sarıköynəklə  Valehin  nağılı‖  romanı  oxuculara, 
gənclərə  ciddi  mənəvi-əxlaqi  təsir  göstərmiş,  əsərin 
qəhrəmanlarının  mövqeləri  və  xarakterləri  örnəyə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
107 
çevrilmişdi.  Mətbuatı  nəzərdən  keçirərkən  bir  neçə 
nümunələrlə rastlaşdıq. 
 ―Müxalifət"  qəzetinin  hüquq  şöbəsinin  reportyoru 
Sona Qasımova ixtisasca hüquqşünasdır. O yazır ki, ―orta 
məktəbdə  təhsil  alarkən  "Sarıköynəklə  Valehin  nağılı"nı 
(İlyas 
Əfəndiyev) 
oxuduqdan 
sonra, 
gələcəkdə 
hüquqşünas olmaq fikrinə gəlib." (Bax: "Bu gün" qəzeti, 
9-13 sentyabr 1998.) 
 Məşhur  xalq  artisti  İlham  Əsgərov  müsahibəsində 
jurnalistin sualını belə cavablandırır: 
"-  Yaratdığınız  rollar  arasında  xaraktercə  sizə  yaxın 
olanı varmı? 
-  ...  Məsələn,  "Sarıköynəklə  Valehin  nağılı"ndakı 
(İlyas Əfəndiyev) Valeh... haradasa mənə oxşayır." (Bax: 
İlham  Əsgərov  –  müsahibə.  "Yeni  Azərbaycan"  qəzeti, 
22 avqust 1998.) 
Xalq  şairi,  filologya  doktoru  Sabir  Rüstəmxanlı  İlyas 
Əfəndiyev  yaradıcılığının  ədəbi-estetik,  mənəvi-əxlaqi, 
ruhi-psixoloji tərəfindən danışarkən yazır: 
"Sevimli  xalq  yazıçımız  İlyas  Əfəndiyevin  əsərləri 
dağlar arxasındakı uzaq dağ kəndlərində, sonsuz görünən 
yeniyetməlik  və  gənclik  illərində  bizim  yaxın  dostumuz 
olmuşdu.  Hekayələrindən,  povestlərindən  can  atdığımız 
bir  həyatın,  istedad  və  qabliyyətlə  bütün  qapıları  açmaq 
mümkün olan, sevgisi şan-şöhrətdən, toxluqdan çox sadə 
halallığa,  duyğulu  nəcibliyə  meyl  edən  bir  dünyanın 
həniri üzümüzə vururdu. Ona öz yazıçımız kimi baxırdıq. 
Çünki  gələcəyimizə  olan  ümidlərimizə  qanad  taxırdı; 
kənddə  böyüməyin,  kasıblığın  üzüqaralı  olmadığına, 
əksinə,  bir  çox  hallarda  üstünlük  olduğuna  inandırırdı. 
Təsvir 
etdiyi 
həyatın 
romantikası 
yeniyetməlik 
xəyallarımızla  üst-üstə  düşürdü.  O  sanki  bizim  yaşadı-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
108 
ğımız təbiətin şəklini çəkirdi.‖ (Bax: Sabir Rüstəmxanlı. 
"Ədəbiyyat qəzeti", 7 avqust 1998.) 
 Bütün 
bunlar  İlyas  Əfəndiyev  yaradıcılığının 
təbiiliyindən,  xarakterlərinin  həyatiliyindən,  hadisələrə 
həssas  münasibətindən,  yaratdığı  gənclərin  obraz-
larındakı 
romantik  vüsətdən,  insanlar  arasındakı 
münasibətlərdəki  inandırıcı  səmimiyyəti  dürüst  əks 
etdirməkdən irəli gəlirdi. 
Böyük,  həssas  cənublu  ziyalımız,  yazıçı-publisist, 
ədəbiyyatşünas  Doktor  Cavad  Heyət  (Cavad  Heyət  –  
cərrah-alim,  İranda  ilk  dəfə  açıq  ürək  əməliyyatını 
(koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar 
Cəmiyyətinin  idarə  heyətinin  və  Paris  Cərrahlar 
Akademiyasının 
üzvü, 
professor 
Həmid 
Nitqi, 
Məhəmmədəli  Fərzanə,  Həsən  Məcidzadə  Savalan, 
Kərim  Məşrutəçi  (Sönməz),  Mənzuri  Xamneyi,  Səməd 
Sərdarniya,  Qulamhüseyn  Beqdeli  ilə  birlikdə  Tehranda 
"Varlıq"  dərgisinın  təsisçisi  /36  ildir  nəşr  edilir/, 
türkologiyaya  aid  yeddi  cildlik  kitabın  müəllifi, 
Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və 
professoru,  Türk  Dil  Qurumunun  fəxri  sədri,  eləcə  də 
İstanbul Universitetinin fəxri doktoru – red.) İlyas Əfən-
diyevdən  bəhs  edən  oçerkində  bütün  bunları  duyaraq, 
yazır:  "İlyas  Əfəndiyev  Azərbaycan  ədəbiyyatında 
qüvvətli  və  qabaqcıl  bir  nasir  və  dramaturq  kimi 
tanınmışdır...  Onun  əsərlərində  incə  lirika  vardır. 
Hadisələrə olan həssas münasibəti nəticəsində ən sadə və 
adi  mövzulara  romantik  vüsət  vermək,  hadisə  və 
təzadlardakı,  insanlar  arasında  olan  münasibətlərdəki 
daxili  duyum  (əqidə)  və  qaynaqları  açıb  göstərmək, 
surətləri  içəridən,  ruhi  hallarını  baş  verdiyi  daxili 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə