www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
79
... Ən axırda, bəlkə də ən başlıcası
onu demək istərdim
ki, İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra, milli
səhnəmizin çətin, ağır və şərəfli yükünü az qala yarım əsr
öz çiyinlərində daşıdı, ona Cəfərdən sonra ikinci nəfəs
verdi, özünün "İlyas Əfəndiyev teatırı"nı yaratdı. İlyas
Əfəndiyev aktyorluq məktəbi pərvəriş tapdı. İlyas
Əfəndiyevdən sonra elə bil ki, səhnəmizdə bir boşluq
yaranıb. Bu boşluq uzun illər hiss ediləcəkdir. Ta İlyas
Əfəndiyev ənənələrini, ruhunu, dramaturq duyumunu,
teatrımızda yaratdığı obrazlar silsiləsinin xələflərini
səhnəmizə gətirən yeni, həqiqi istedadlı bir dramaturqun
doğuluşuna kimi." ( Bax: "Xalq qəzeti", 15 noyabr 1998.)
Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologiya
elmləri doktoru Elçin görkəmli nasir, dramaturq və
ədəbiyyatşünas alimdir. Uzun müddət «Vətən»
cəmiyyətinin sədri, Yazıçılar Birliyinin katibi olmuş
Elçin həm də görkəmli dövlət xadimidir. O, Azərbaycan
Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışır.
Kiçik
oğlu
Timuçin
Əfəndiyev
tanınmış
ədəbiyyatşünas alim, professordur. O, uzun illər
Azərbaycan
Dövlət
Mədəniyyət
və
İncəsənət
Universitetində professor və rektor vəzifəsində çalışmış,
indi sərəncamdadır... (Qeyd: yazıçının həyatına aid
faktların bir çoxu ―İlyas Əfəndiyev – Vikpediya‖dan
götürülmüşdür.)
İlyas Əfəndiyev ocağını səciyyələndirən digər bir fikir
də maraqlıdır:
"Həmişəyaşar sənət dünyamızda heç
zaman sönməyən əbədi bir ocaq var - İlyas Əfəndiyev
ocağı, Elçin ocağı, Timuçin Əfəndiyev ocağı... Çox
evlərə işıq düşüb bu ocaqdan. Doğulduğu torpağa, xalqa,
milli ruha və irsə sədaqəti ilə seçilib bu ocağın övladları.
"Yox açan kimsə qapım, badi səbadan qeyri"