Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə49/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
151 
qoca‖,  ―Üçatılan‖  kimi  məşhur  romanlarını,  ―Seçilmiş 
pyeslər‖ini  oxumaq  imkanı  əldə  ediblər.  Bu  əsərlər  türk 
ədəbiyyatşünaslarının  da  diqqətindən  yayınmayıb.  Bir 
sıra  Türkiyə  universitetlərində  elmi  tədqiqat  işlərinin 
mövzusu İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlıdır. 
Bu yaxınlarda Ankaradakı ―Fenomen‖ nəşriyyatı türk 
ədəbiyyatşünası,  Atatürk  Universitetinin  dosenti  Sedat 
Adıgözəlin  ―İlyas  Əfəndiyev.  Həyatı,  əsərləri,  üslub 
özəllikləri,  sosialist  gerçəklik  baxımından  qəhrəmanları‖ 
adlı  elmi  monoqrafiyasını  nəşr  edib.  İlyas  Əfəndiyevin 
həyatı  haqqında  ətraflı  məlumat  verən  müəllif,  ədibin 
yaradıcılığından 
geniş  bəhs  edir,  onun  üslub 
xüsusiyyətlərinin, bədii-estetik rəngarəngliyinin müfəssəl 
elmi  təhlilini  aparır,  yazıçını  XX  əsr  Azərbaycan 
ədəbiyyatının 
aparıcı 
simalarından 
biri 
kimi 
qiymətləndirir.‖ 
Bu  da  maraqlıdır  ki,  Sedat  Adıgözəl  İlyas  Əfəndiyev 
yaradıcılığının  mühüm  bir  məqamını  xüsusi  olaraq 
vurğulayıbdır:  ―Əsərlərinin  böyük  əksəriyyəti  sovet 
dönəminə  təsadüf  edən  İlyas  Əfəndiyev  1939-cu  ildə 
çapdan  çıxmış  və  oxucuların  sevgisini  qazanmış 
―Kənddən  məktublar‖  adlı  ilk  kitabından  başlayaraq, 
ömrünün 
sonuna 
kimi 
yazdığı 
romanlarında, 
hekayələrində, pyeslərində sovet sosialist ideologiyasının 
əsiri olmamış, bu ideologiyanı tərənnüm etməmiş, insani 
hissləri, hər gün gördüyümüz adi adamların məhəbbətini, 
onların  daxili  aləmininin  psixoloji  təsvirini  yüksək 
sənətkarlıqla  qələmə  almışdır.  Heç  zaman  Sovet  İttifaqı 
Kommunist  Partiyasının  üzvü  olmamış  İlyas  Əfəndiyev 
əsərlərində  də bədii-estetik prinsipləri əsas götürmüşdür. 
Onun  parlaq  istedadı  sovet  rəhbərlərinin  vəsfinə  yox, 
sənətə xidmət etmişdir.‖ (Bax: Yenə orada.) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
152 
Məriyəm  Əlizadə  adı  çəkilən  məqaləsində  onu  da 
qeyd edir ki, ―Məsələ budur ki, İlyas Əfəndiyevin yazdığı 
20  pyesdən  düz  19-u  Azərbaycanın  və  eləcə  də 
Türkiyənin  müxtəlif  teatrlarının  səhnəsində  uğurla 
oynanılmışdır.  Azərbaycan  Milli  Dram  Teatrının  müasir 
tarixi  isə  birbaşa  şəkildə  onun  adı  ilə  bağlıdır.  İlyas 
Əfəndiyevin  bu  teatrların  səhnəsində  son  50  il  ərzində 
tamaşaya  hazırlanmış  ―İşıqlı  yollar‖  (1947),  ―Bahar 
suları‖  (1948),  ―Atayevlər  ailəsi‖  (1954),  ―Sən  həmişə 
mənimləsən‖  (1964),  ―Unuda  bilmirəm‖  (1968),  ―Məhv 
olmuş  gündəliklər‖  (1969),  ―Mahnı  dağlarda  qaldı‖ 
(1972),  ―Qəribə  oğlan‖  (1973),  ―Xurşidbanu  Natəvan‖ 
(1981),  ―Büllur  sarayda‖  (1983),  ―Şeyx  Məhəmməd 
Xiyabani‖  (1986),  ―Bizim  qəribə  taleyimiz‖  (1988), 
―Sevgililərin  cəhənnəmdə  vüsalı‖  (1989),  ―Tənha  iydə 
ağacı‖  (1991),  ―Ağıllılar  və  dəlilər‖  (1992),    ―Hökmdar 
və  qızı‖  (1994)  kimi  pyesləri  çağdaş  teatr  təfəkkürünün 
inkişafına  güclü  təsir  göstərmişdir.  Məhz  lirik-psixoloji 
dram  janrının  nəzəri-estetik  prinsipləri,  bədii  qayəsi,  bu 
pyeslərin  poetikası  və  arxitektonik  quruluşu  əsasında 
ədəbiyyatşünaslıq  tərəfindən  müəyyənləşdirilir.‖  (Bax: 
Yenə orada.) 
Hətta  Məryəm  Əlizadə  İlyas  Əfəndiyev  yaradıcılığını 
tamamilə  yeni  yöndə,  təzə  tədqiqat  prinsiplərinə  uyğun 
şəkildə yenidən öyrənilməsi vacibliyini irəli sürərək, özü 
demiş,  bir az  obrazlı  şəkildə  olsa da  yazır: ―Azərbaycan 
milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı 
(institusional)  -    (anlayış  iqtisadi  termindir  və  müəllifin 
anlayışı  burada  hansı  mənada  işlətdiyi  məlum  olmur  – 
J.Q.)  mərhələsini  belə  donmuş,  statik  hadisə  kimi  deyil, 
zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
153 
Bu  mənada,  Azərbaycan  teatrında  konkret  zaman 
kəsiyində  İlyas  Əfəndiyev  amilini  və  ya  fenomenini 
məhz 
prosesimizin 
əbədi  hərəkəti 
kontekstində 
araşdırmaq  məqamı  yetişibdir.  Obrazlı  desək,  ―İlyas 
Əfəndiyev  fenomeni‖ni  açıqlamaq  üçün  Jül  Vernin 
məşhur  romanındakı  Kapitan  Nemonun  sualtı  qayığının 
devizini xatırlamaq yerinə düşər: ―Hərəkətli hərəkətlidə.‖ 
Yeni  elmi  düşüncənin  əsaslarında  duran  Kvant 
fəlsəfəsi  qeyri-səlis  məntiqlə  izah  olunur,  açılır  və 
fövqəladə  yeni,  gözlənilməz  qənaətlərə  gəlməyə  imkan 
verir.  Çağdaş  elmdə  məhz  bu  yeni  açılan  perspektivlər 
məni 
İlyas 
Əfəndiyevin 
yaradıcılığını 
ənənəvi 
ədəbiyyatşünaslıq və  ənənəvi teatrşünaslıq  mövqeyindən 
deyil, ―Zaman içində  dalğa‖  fenomeni kimi  araşdırmağa 
sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, 
mətləbə  keçməzdən  öncə  bir  şeyi  tam  əminliklə  və  tam 
məsuliyyətlə deyim: 
İlyas  Əfəndiyevin  şəxsiyyəti,  ədəbi  və  dramaturji 
yaradıcılığı,  əsərlərinin  teatr  təcəssümü  və  onlardan 
qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına 
məhz  yeni  elmi  konsepsiyaların  araşdırma  üsulları  ilə 
yanaşmaq  imkanını  verir.  ‖  (Bax:  Əlizadə  M.  Sözlü 
adam.―525-ci qəzet‖, 03.06.2009, s.7.) 
Məsələn,  elə  buradaca  teatrşünas-tənqidçi  Məryəm 
xanım  İlyas  Əfəndiyev  dramaturgiyasında  ―z  a  m  a  n‖ 
konsepsiyasını belə izah edir: 
―İnsan  varolmasının  dördüncü  ölçüsü,  boyutu  olan 
Zaman özü-özlüyündə  paradokslardan və fenomenlərdən 
ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları 
düşündükcə,  çox  tez  dəqiq  elmi  düşüncədən  bədii-
yaradıcı  düşüncəyə  keçməli  olursan.  Fiziki  zaman, 
astronomik zaman, təqvimi zaman, psixoloji zaman, nisbi 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə